Hacıturalı bələdiyyəsi
Ağdam bələdiyyələri — Ağdam rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr.
== Bələdiyyələr barədə məlumatlar ==
Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis edilmişdir.
=== Ağdamda mövcud olan bələdiyyələr ===
=== Bələdiyyələrin inkişaf tarixi ===
Ağdam rayonunun digər yaşayış məntəqələri işğaldan yeni azad olunduğuna görə, onlara bələdiyyələrə aid edilməyib.
Azərbaycan Respublikasının 07.12.1999-cu il tarxili 771-IQ nömrəli Qanunun ilkin redaksiyasında cəmi 8 bələdiyyə olub: Quzanlı, Xındırıstan, Üçoğlan, Qərvənd, Çəmənli, Zənkişalı, Qaradağlı, Əfətli.
Azərbaycan Respublikasının 29.06.2004-cü il tarixli 715-IIQ nömrəli Qanunu ilə ağağıdakı dəyişikliklər edilib:
Qərvənd bələdiyyəsinin əhatə etdiyi Əhmədağalı, Çıraxlı, Kolqışlaq və Mirəşelli kəndlərində Əhmədağalı bələdiyyəsi təşkil edilib;
Mərzili kəndinin ərazisini əhatə edən Mərzili bələdiyyəsi təşkil edilib;
Üçoğlan bələdiyyəsinin əhatə etdiyi Alıbəyli, Böyükbəyli və Kiçikli kəndlərində Alıbəyli bələdiyyəsi təşkil edilib;
Təzəkənd kəndinin ərazisini əhatə edən Təzəkənd bələdiyyəsi təşkil edilib;
Əfətli bələdiyyəsinin əhatə etdiyi Hacıturalı, Həsənxanlı və Qəhrəmanbəyli kəndlərində Hacıturalı bələdiyyəsi təşkil edilib;
Çəmənli bələdiyyəsinin əhatə etdiyi Sarıcalı və Şükürağalı kəndlərində Sarıcalı bələdiyyəsi təşkil edilib.
=== Bələdiyyə statistikası ===
2015-ci ildə "BƏLƏDİYYƏLƏRİN STATİSTİK ƏRAZİ TƏSNİFATI"nda Ağdam bələdiyyələri aşağıdakı kimi göstərilib:
60940007 Alıbəyli bələdiyyəsi 60940016 Birinci Alıbəyli q. 60944016 İkinci Alıbəyli q. 60919048 Alıbəyli k. 60919028 Böyükbəyli k. 60919078 Kiçikli k.