bəllilik
bəmdən
OBASTAN VİKİ
Bəm
Bəm — İranın Kirman ostanının şəhərlərindən və Bəm şəhristanının mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 73,823 nəfər və 19,572 ailədən ibarət idi. Parfiya dövründə (b.e.ə.247- b.e. 224) salındığı təxmin edilən və Sasanilər imperatorluğu dövründə önəmli bir mərkəz olan şəhərə X əsrdə gələn ərəb səyyah İbn-i Həval, Surət-ul Ərz adlı kitabında , şəhərin qalasından və əl işləməli geyimlərin gözəlliyindən danışır. Bu şəhərin əl toxumalı geyimləri o qədər məşhur olub ki hədda onu Mərkəzi Asiya və Misirdən də alarmışlar.Farsların qurduğu bu şəhər Səfəvi xanədanlığı zamanında yüksək inkişaf dövrü yaşadı. Bəm səhralıqda olmağına baxmayaraq bu gün olduğu kimi qədim zamanlarda da ənkinçilik mərkəzi olmuşdu. Tarixən güclü bir qalaya sahib olması isə onun hərbi bir mərkəz rolunda da iştirak etməsini şərtləndirmişdi . Bəm qalasının tikililərindən bu günə qədər qalan hissələri əsas etibarı ilə 12-ci əsrdə tikilmiş və 6 km2 sahəyə malikdir. Kərpicdən tikilmiş qala 13000 insanın yaşaya biləcəyi bir qaladır. Burada 1850-ci ilə qədər yaşayış olmuşdur.
Bəm qalası
Bəm qalası — Bəm şəhərinin ətrafında, Kirman şəhərindən 200 km aralıda yerləşir. Ümumi sahəsi 6 kv. km-dir. Çiy kərpicdən tikilib. 150 il əvvəl yaşayış məskəni olduğu güman edilən Ərqebəm qalası təqribən 2000 il əvvəl tikilib və dəfələrlə təmir edilib.
Bəm zəlzələsi
Bəm zəlzələsi — 26 dekabr 2003 ildə İranın qədim Bəm (Kirman ostanı) şəhərində yerli saatla 5:26, Rixter şkalası ilə 6,3 bal gücündə baş vermiş zəlzələ. Zəlzələ nəticəsində Bəm şəhərinin 200 min əhalisindən 35 min (səhiyyə naziri 70 min adamın [1]öldüyünü bildirmişdi) adam həlak olmuş, 22 mini yaralanmışdı. Tarixi şəhərin gil tikililərinin 90% dağılmışdı[2]. Zəlzələnin belə dağıdıcı nəticələri Bəm şəhərinin əksər tikililərinin 1989 il yerli normalara cavab verməməsi olmuşdur. İran hakimiyəti dünya ictimaiyətinə yardım üçün müraciət etmişdi. Qəzanın nəticələrinin aradan qaldırılması üçün 44 ölkə yardım üçün personal göndərmişdi, 60 ölkə isə təklif etmişdi. İran hakimiyətinin, dağılmış şəhərin əvəzinə yeni şəhər salmaq niyyətləri zəlzələdə sağ qalmış əhalinin etirazlarına səbəb olmuşdu.
Bəm şəhristanı
Bəm şəhristanı— İranın Kirman ostanının şəhristanlarından biridir. Şəhristanın inzibati mərkəzi Bəm şəhəridir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhristanın əhalisi 118,037 nəfər və 31,124 ailədən ibarət idi.
Bəmpur
Bəmpur — İranın Sistan və Bəlucistan ostanının İranşəhr şəhristanının Bəmpur bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 9,073 nəfər və 1,664 ailədən ibarət idi.
Bəmşad
Bəmşad (fars. بامشاد‎) — II Xosrov Pərviz (591–628) hakimiyyətdə olduğu zaman Sasanilər dövründə yaşamış musiqiçi. "Dehkoda Lüğətnaməsi"ndə o, Bərbədə bərabər olan məşhur musiqiçi kimi təsvir edilir. Fars şairi Mənuçöhrinin bir şeirində də xatırlanır. == Mənbə == === İstinadlar === === Ədəbiyyat === BĀMŠĀD / Tafażżolī A. // Encyclopædia Iranica : [англ.] / ed. by E. Yarshater. — 1989. — Vol.

Значение слова в других словарях