BAŞINAĞACI

сущ. бот. калина:
1. кустарник из сем. жимолостных с красными горькими ягодами
2. ягоды калины
BAŞINACAN
BAŞINALIQ
OBASTAN VİKİ
Başınağacı
Başınağacı (lat. Viburnum) — bitkilər aləminin fırçaotuçiçəklilər dəstəsinin adoksakimilər fəsiləsinə aid bitki cinsi. Azərbaycanda yabanı halda 3 növü yayılıb, təbabətdə adi başınağacı (lat. Viburnum opulus) istifadə edilir. Adi başınağacı – yaşıltəhər, qonur – boz rəngdə qabıqlı gövdəyə malik koldur. Qarşı-qarşıya düzülmüş, yumurtaşəkilli, kənarı iri dişli yarpaqları vardır. Çiçəkləri ağdır, çətir formada yerləşir. Al qırmızı rəngli yumurtavari – girdə formada bir çəyirdəkli yeməli meyvələri var. Bitki may – iyun aylarında çiçəkləyir, meyvələri avqust – sentyabrda yetişir. Başınağacı Azərbaycanda Böyük və Kiçik Qafaqzın meşəliklərində və Talışda – ovalıqdan başlayaraq orta dağ qurşağına kimi geniş yayılıb.
Adi başınağacı
Adi başınağacı (lat. Viburnum opulus) — bitkilər aləminin fırçaotuçiçəklilər dəstəsinin adoksakimilər fəsiləsinin başınağacı cinsinə aid bitki növü. == Botaniki xarakteristikası == Yarpaqları qarşı-qarşıya düzülmü uzunluğu 5-12 sm-dir, dəyirmi və ya yumurtaşəkilli-dəyirmidir, yuxarı yarısında üç bölümlü və bundan başqa iri kəsilmiş -dişli olub, çılpaqdır, qaidə hissəsində xırda qılşəkilli yalançı zoğları vardır. Saplaları çılpaqdır, yuxarı hissədə oturaq vəziciklidir, aşağı hissədə isə vəziciklər oturaq deyil, ayaqcıq üzərindədir. Çiçəkləri ağ rəngli, ətirli olub, iri, sıx olmayan qalxanaoxşar yastı çiçək qrupunda toplanmışdır, orta çiçəkləri kiçik, ikicinsli düzgün olub, qıfaoxşar-zınqırovvari tacı vardı, kənar çiçəklər isə bar verməyən, iriləşmiş ağappaq çarxşəkilli bölümlü tacı vardır. Meyvələri giləmeyvəyə bənzər olub, lətli, ovaldır, parlaq-qırmızı rəngdədir, dadı acıdır, diametri 8–10 mm-dir. Toxumları təkdir və yastıdır. May-iyun aylarında çiçəkləyir, avqust-sentyabr aylarında meyvə verir. == Ekoloji qrup və bitdiyi yerlər == Kseromezofitdir, meşə-kol və sahilyanı bitkilik tiplərində rast gəlir. Əsasən meşə və meşə kənarlarında, kolluqlarda və çay kənarlarında seyrək bitir.
Həmişəyaşıl başınağacı
Həmişəyaşıl başınağacı (lat. Viburnum tinus) — bitkilər aləminin fırçaotuçiçəklilər dəstəsinin adoksakimilər fəsiləsinin başınağacı cinsinə aid bitki növü. == Təbii yayılması == Təbii halda Aralıq dənizyanı ölkələrində bitir. == Botaniki təsviri == Hündürlüyü 4 m-ə çatan həmişəyaşıl koldur. Cavan zoğları çılpaq və ya tükcüklü,illik zoğları qonurdur. Yarpaqları dərili, ellipsvari (12 x5,5 sm), kənarları bütöv, üstü parlaq yaşıl, alt tərərfi açıq rəngli, damarcıqları tükcüklüdür. Çiçəkləri çəhrayı-ağ, ətirlidir, çətirvari süpürgələrdə toplanmışdır, diametri 10 sm-dir. Yazın sonunda çiçəkləyir. Meyvəsi şirəli, bir çəyirdəklidir, qara-göy, şarşəkilli və ya yumurtavaridir. Meyvəsi payızda yetişir.
Lantana başınağacı
Lantana başınağacı (lat. Viburnum lantana) — bitkilər aləminin fırçaotuçiçəklilər dəstəsinin adoksakimilər fəsiləsinin başınağacı cinsinə aid bitki növü. == Təbii yayılması == Cənubi və Qərbi Avropada, Şimal-Qərbi Afrikada və Cənub-Qərbi Asiyada və Qafqazda yayılmışdır. == Botaniki təsviri == Boyu 4 m-ə çatan, çətirli və qövsvari qalxan zoğlu, gözəl, sıxyarpaqlı koldur. Yarpağı qaidə hissədən yumurtavari-ovalvari və ya ürəkvaridir, kənarları zəif dişlidir, uzunluğu 18 sm-dək, üstü tünd-yaşıl, alt tərəfi boz, keçə tüklüdür. Gövdəsinin qabığı tünd-qonur rəngdə olub, məxməri yumşaqdır. Cavan zoğları tükcüklüdür. Ağ, xırda meyvə verən çiçəkləri budaqların uclarındaçətirvari çiçək qruplarına yığılmışdır. May ayında çiçəkləyir, çiçəkləri ikicinslidir, xırdadır, qalxanvarı çiçək qrupunda yerıəşir. Meyvəsi payızda yetişir.
Məğrur başınağacı
Qırışvariyarpaqlı başınağacı
Qırışvariyarpaqlı başınağacı (lat. Viburnum rhytidophyllum) — bitkilər aləminin fırçaotuçiçəklilər dəstəsinin adoksakimilər fəsiləsinin başınağacı cinsinə aid bitki növü. Vətəni Mərkəzi və Qərbi Çindir. HÜndürlüyü 3 m-ə çatan, yarpağını tökən, həmişəyaşıl ağac və ya koldur. Yarpaqları qalın, yumurtavari-uzunsovdan, uzunsov lansetvariyədək dəyişir, parlaq, qırışlı, qalın, boz və ya sarımtıl keçə ilə örtülmüşdür, kənarları bütöv, uzunluğu 19 sm-ə çatan, aydın görünən damarcıqlıdır. Çiçəkləri sarımtıl-boz, uc qalxanvari çiçək qruplarında yerləşib, diametri 20 sm-dək olur. May ayında çiçəkləyir. Çiçək çətrində olan giləmeyvələri müxtəlif vaxtlarda yetişir. Meyvələri yumurtavari, xırda, əvvəlcə qırmızı, sonra qara, parlaq olur. Uzunluğu 0,8 sm-ə çatır.
Şərq başınağacı
Şərq başınağacı (lat. Viburnum orientale) — bitkilər aləminin fırçaotuçiçəklilər dəstəsinin adoksakimilər fəsiləsinin başınağacı cinsinə aid bitki növü. Şərq başınağacı Qərbi və Şərqi Zaqafqaziyada, dağların orta və aşağı zolağında bitir. Hündürlüyü 2 m-dək, hamar, qonur qabıqlı koldur. Budaqların və gövdələrin qabığı hamar, qonur, bünövrəsində çatlar vardır. Yarpaqları yumru, uzunluğu 6-15 sm, yuxarı hissəsi 3 pərli, əlvari yayılmış, damarcıqlı, bünövrələri ürəkvari və ya uzunsovdur, kənarı iri və iti dişli, bəzən qeyri-bərabərdir. Yarpaq ayasının üstü tünd-yaşıl, çılpaq, alt tərəfi daha açıqdır. Tumurcuqları 2 cüt pulcuqlu, qısa ayaqlarda yerləşir. Saplaqları qısa, bünövrələrində sapvari yarpaq altlıqları yerləşmişdir. Çiçəkləri ikicinslidir, altı-səkkiz şüalı, çoxçiçəkli, diametri 4-7 sm olan, çətirvari süpürgələrə yığılmışdır.
Başınağacıkimilər
Başınağacıyarpaq şaqqıdaqmeyvə
Başınağacıyarpaq şaqqıldaqmeyvə
Başınağacıyarpaq şaqqıldaqmeyvə (lat. Physocarpus opulifolius) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin şaqqıldaqmeyvə cinsinə aid bitki növü. == Təbii yayılması == Amerikada, Kanadada təbii halda yayılmışdır. == Botaniki təsviri == Yarımşar formalı, çətirli, tüksüz, açıq şabalıdı rəngli zoğları olan 3 m-ə qədər hündürlükdə kollardır. Yarpaqları 3-5 dilimlidir. Orta dilimi uzanmış dəyirmi elliptik, mişarvarı dişcikli, çılpaq, üstdən yaşıl, alt tərəfdən isə açıq yaşıl rəngdə olmaqla 2-4 sm uzunluqdadır. Çiçəkləri 10–12 mm diametrli çılpaq və ya seyrək tükcüklərlə örtülmüş çiçək qrupunda yerləşmişdir. Erkəkciyi 3 ədəd olub, qırmızı rəngdədir, dişiciyi 3-5-dir. Ləçəkləri ağ və ya çəhrayı rəngdədir. Yarpaqcıq meyvə, kasa yarpaqlarından 2 dəfə və ya daha çox uzundur.

Значение слова в других словарях