BALAĞ

I
(Ağdam, Biləsuvar, İsmayıllı, Kürdəmir, Lənkəran, Naxçıvan, Tovuz)
camışın körpə balası. – Balağı pəyyə sal (Kürdəmir); – Bizim balağımız boğulub öldü (Biləsuvar); – Comuşun balağını kölgüyə bağla (Tovuz); – Balağ xəndəyə düşüb boğulub (Lənkəran)
II
(Füzuli)
qamışa oxşar bitki adı. – Gərəx’ gedif bir az balağ qıram gətirəm
BALADƏMİR
BALAĞAGİRƏN
OBASTAN VİKİ
Balağa Ağayev
Ağayev Balağa Məmməd Hənifə oğlu (17 oktyabr 1899, Bakı) — Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin xüsusi qərarı ilə dövlət hesabına ali təhsil almaq üçün xaricə göndərilmiş tələbələrdən biri. == Həyatı == Balağa Ağayev 1919-cu ildə Bakıdakı kommersiya məktəbini bitirmişdir. Parlamentin 1919-cu il 1 sentyabr tarixli qərarına əsasən tibb sahəsində təhsil almaq üçün Fransanın Paris Universitetinə göndərilmişdir. Sonrakı taleyi barədə məlumat hələlik aşkar olunmamışdır.
Balağay
Balağay - Yuxarı Qarabağın Arasbar nahiyəsində kənd adı. == Həmçinin bax == Arasbar == Ədəbiyyat == Qeybullayev Q.Ə. Azərbaycan türklərinin təşəkkülü tarixindən. Bakı, 1994. Ələkbərli Ə. Qədim türk-oğuz yurdu. Bakı, 1994.
Seyfəddin Balağayev
Balağa Bağırov
Balağa Bağırov (1929, Xəlifəkənd, Lerik rayonu – 26 mart 2012) — Azərbaycanlı alim, cərrah, əməkdar həkim, səhiyyə əlaçısı, tibb elmləri namizədi. == Həyatı == Balağa Rəzzaq oğlu Bağırov Lerik rayonunun Xəlifəkənd kəndində anadan olmuşdur. 1990-cı ildə Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin Fərmanı ilə Balağa Bağırova "Əməkdar həkim" fəxri adı verilmişdir.