Ağayev Balağa Məmməd Hənifə oğlu (17 oktyabr 1899, Bakı) — Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin xüsusi qərarı ilə dövlət hesabına ali təhsil almaq üçün xaricə göndərilmiş tələbələrdən biri.
Balağa Ağayev | |
---|---|
Balağa Məmməd Hənifə oğlu Ağayev | |
Doğum tarixi | |
Doğum yeri | Bakı, Rusiya imperiyası |
Vəfat tarixi | ? |
Balağa Ağayev 1919-cu ildə Bakıdakı kommersiya məktəbini bitirmişdir. Parlamentin 1919-cu il 1 sentyabr tarixli qərarına əsasən tibb sahəsində təhsil almaq üçün Fransanın Paris Universitetinə göndərilmişdir. Sonrakı taleyi barədə məlumat hələlik aşkar olunmamışdır.