BALETÇİ
BALIQ
OBASTAN VİKİ
Baletmeyster
Baletmeyster (alm. Ballettmeister‎) — səhnədə balet sərinə quruluş verən və operalarda balet səhnələrini, xareoqrafik musiqi nömrələrini qurub hazırlayan sənət ustası. Balet əsərinin baletmeysteri güclü olduqda quruluşçu rejissora ehtiyac qalmır. Azərbaycanda Qəmər Almaszadə, Leyla Vəkilova, Rəfiqə Axundova, Maqsud Məmmədov, Nailə Nəzirova, Tamilla Şirəliyeva, Vladimir Pletnyov, Çimnaz Babayeva və b. baletmeysterlər fəaliyyət göstərmişdirlər. == Mənbə == Rəhimli, İlham. Azərbaycan Teatr Ensiklopediyası. III cild. Bakı: Azərnəşr. 2016.
Maqsud Məmmədov (baletmeyster)
Maqsud Davud oğlu Məmmədov (30 may 1929, Gəncə, Gəncə dairəsi – 6 fevral 2024) — Azərbaycan balet artisti, baletmeyster, Azərbaycan SSR xalq artisti (1970). == Həyatı == Maqsud Məmmədov 30 may 1929-cu ildə Gəncədə anadan olub. 1950-ci ildə Moskva Xoreoqrafiya Məktəbini bitirib (Nikolay Tarasovun sinfi). Bakıya qayıtdıqdan sonra 1951-ci ildən Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında solisti işləyib. Maqsud Məmmədov həm milli baletlərimizdə, həm də dünya klassiklərinin əsərlərində mürəkkəb partiyaları böyük uğur və şərəflə ifa edib. Sənətkarın ifa yaradıcılığının əsasını Polad ("Qız qalası", Əfrasiyab Bədəlbəyli), Mənzər, Lenni ("Yeddi gözəl" və "İldırımlı yollarla", Qara Qarayev), Fərhad ("Məhəbbət əfsanəsi", Arif Məlikov), Azad ("Gülşən", Soltan Hacıbəyov), Pərviz ("Qaraca qız", Əşrəf Abbasov), Albert ("Jizel", Adolf Adan), Dezire, Ziqfrid, Şahzadə ("Yatmış gözəl", "Sonalar gölü" və "Şelkunçik" Pyotr Çaykovski), Xli Şan Fu və Ma Li Çen ("Qırmızı lalə", Reynqold Qlier), Pyero ("Qızıl açar", Boris Zeydman), kolen ("Arlekinada", Rikardo Driqo), Vatslav ("Bağçasaray fəvvarəsi", Boris Asafyev), Frondoso ("Laurensisa", Aleksandr Kreyn), Qəhrəman ("Şopeniana", Frederik Şopen), Bazil ("Don Kixot", Lüdviq Minkus) obrazlarının ifası təşkil edir. Arif Məlikovun "Məhəbbət əfsanəsi" baletindəki Fərhad rolu Maqsud Məmmədovun ən uğurlu işlərindəndir. O, Azərbaycan Opera və Balet Teatrının Monte-Karlo, Fransa, Lüksemburq qastrollarında qalib olub. 1972-1973-cü illərdə Əlcəzairdə baletmeyster və pedaqoq işləyib. Maqsud Məmmədov 1979-cu ildən Sov.İKP üzvü olmuşdur.
Mədinə Əliyeva (baletmeyster)
Mədinə Vaqif qızı Əliyeva (4 may 1965, Bakı) — xoreoqraf, baletmeyster, Azərbaycan Respublikasının xalq artisti (2002), Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü (2008). "Qızıl Dərviş" və "Zirvə" mükafatı laureatı. Mədinə Vaqif qızı Əliyeva 4 may 1965-ci ildə Bakıda anadan olmuşdur. 1983-cü ildə Bakı Xareoqrafiya Məktəbini bitirmiş, 1985-1986-cı illərdə Moskva Xareoqrafiya Məktəbində təcrübə keçmişdir. Mədinə Əliyeva 1983-cü ildən Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti, aparıcı balerinası və balet truppasının rəhbəri olmuşdur. 1999-cu ildə Əfrasiyab Bədəlbəylinin "Qız qalası" baletində Gülyanaq obrazını ifa etmişdir. 2012-ci ildə Bakıda, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında tamaşaya qoyulan Motsartın "Hamı belə edir" operasında rəqslərə quruluş vermişdir. 2014-cü ildə Belarusun paytaxtı Minsk şəhərində səhnəyə qoyulmuş Fikrət Əmirovun "Min bir gecə" baletinin quruluşçu-baletmeysteri olmuşdur. "Belarus səhnəsində əsrarəngiz "Min bir gecə"", Mədəniyyət. — 2014.

Значение слова в других словарях