Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Kosmik məkik
Kosmik şattl — ABŞ-də NASA tərəfindən yaradılmış kosmik gəmi tipidir. ABŞ-də raket inkişafı ərəfəsində yerə geriyə qayıda bilən gəmi konsepti işlənilir. Bu bir dəfə tətbiq olunan raketlərə nisbətən xərclərə qənaət verməli idi. Ancaq bu məqsədi əldə etmək mümkün olmadı, belə ki, bu gün bir Kosmik şattl gəmisinin qiyməti yarım milyard dollara çatır. 1960-cı illərdə bir pilləli raket sistemi artıq öz imkanlarını tükətdiyindən bu gəminin hazırlanması zamanı çoxpilləli raket sistemindən istifadə edilmişdir. Kosmik şattl gəmisi xarici yanacaq çənləridnən və bərk yanacaq raketindən ibarət olan sistemlə təchiz olunmuşdur. Kosmosa raket kimi buraxılan bu gəmi geriyə təyyarə kimi qayıdır. Əsas məqsədi kosmosa faydalı yüklərin daşınması olan bu gəmilər azı 100 dəfə kosmosa və geriyə uçmalı idilər. Ancaq bu günə kimi ən çox kosmosa uçan məkik "Discovery" cəmi 33 dəfə bu səyahətdə olmuşdur.
Məkik diplomatiyası
Məkik diplomatiyası və ya incə toxuma diplomatiyası — iki ixtilaflı tərəf arasında həllə nail olmaq üçün vasitəçi və ya asanlaşdırıcı rolundakı III bir tərəfin klassik diplomatiya qaydalarına əməl etmədən həyata keçirdiyi və hər iki tərəfdə də ardıcıl danışıqlarla nəticəyə çatmağa çalışdığı diplomatiya növü. Bu termin III tərəfin ixtilaflı olan ölkələr (və ya onların paytaxtları) arasında məkik toxuması (İng. - to shuttle) hərəkatından götürülərək adlandırılmışdır. Məkik diplomatiyası adətən bir-birini rəsmi olaraq tanımayan, ancaq yenə də müzakirə etmək istəyən tərəflər arasında gerçəkləşdirilir. Bu termin ABŞ XİN-i Henri Kissincerin 1979-cu ildə Misir və İsrail arasındakı müzakirələr zamanı Qahirə və Təl-Əvivə etdiyi ardıcıl səfərlərlə yekunlaşdırdığı dövrdə geniş şəkildə işlədilməyə başlamışdır. 60-cı TC XİN-i Əhməd Davudoğlunun 2008-ci il İsrail-Qəzzə qarşıdurmalarında oynadığı rol məkik diplomatiyasına misal göstərilə bilər. Müasir günümüzdə xüsusilə BMT Baş katibləri böhran vaxtlarında xüsusi təmsilçiləri vasitəsilə məkik diplomatiyası həyata keçirdikləri kimi ölkələr də çox vaxt bürokrat və ya diplomat səviyyəsində, bəzən də XİN-ləri vasitəsilə eyni üsula əl atmaqdadırlar.
Məlik
Məlik — ərəb dilində kral. Ərəb monarxlarının, xarici dillərə tərcümə olunmayan əmir, yaxud sultan kimi titullarından fərqli olaraq malik (məlik) sözü (titulu), adətən, kral kimi tərcümə edilir. Məlik Azərbaycanda vilayətlərə tabe olan mahalların başçılarına verilən ünvan idi.
Məlik-Aslanovlar
Məlik-Aslanov nəsli — Azərbaycanda yaşayan alban əsilli azərbaycanlılaşmış sülalə, Azərbaycanın tanınmış soylarından biri. Hələlik, bu gün etibarlı şəkildə məlumdur ki, Məlik-Aslanov nəsli Qarabağda Məlik ailələri arasında yeganə tam azərbaycanlı ailəsidir. 1836-cı ildə Çar Rusiyası tərəfindən alban kilsəsinin ləğv edilərək qriqoryan kilsəsinin tabeliyinə verilməsi ilə Azərbaycan ərazisində (əsasən, Dağlıq Qarabağda) yaşayan aborigen xalq — albanlar seçim qarşısında qaldılar; onlar ya dini mənsubiyyətlərini rəhbər tutaraq qriqoryan dəsti-xətti ilə erməniləşməli, ya da etnik mənsubiyyətlərini əsas tutaraq ətrafda yaşayan türklərə qarışmalı idilər. Belə vəziyyətdə bəzi albanlar birinci yolla, bəziləri isə ikinci yolla hərəkət etdilər. Həmin dövrdə Qarabağda öz nüfuzu ilə seçilən alban kökənli Məlik Yeqan və onun ailəsi ikinci yolu seçənlərdən oldu. ● Fərhad bəy Məlik-Aslanov ● Firudin bəy Məlik-Aslanov ● Xudadat bəy Məlik-Aslanov ● Lütfəli Məlik-Aslanov ● Məlik Aslan bəy ● Muxtar Aslanov (Məlik-Aslanov) ● Püstə xanım Məlik-Aslanova ● Ramiz Məlik-Aslanov ● Sadıx bəy Məlik-Aslanov ● Məlik-Aslanovlar [+] ● Azərbaycan Respublikası Dövlət Tarix Arxivi. F.24. Op.1. D.142. ● Azərbaycan Respublikası Dövlət Tarix Arxivi.
Məlik-Yeqanovlar
Məlik-Yeqanovlar - Azərbaycanda yaşayan alban əsilli bir qolu qriqoryanlığı qəbul etməklə erməniləşmiş , digər qolu isə islamlaşma və türkləşmə nəticəsində azərbaycanlılaşmış zadəgan sülaləsi. Azərbaycanda Stalin repressiyaları dövründə Məlik-Yeqanovlar ailəsinin bir çox üzvləri “Vətən xaini” damğasından qorxaraq ata-baba soyadlarını Yeqanlı, Yeqanov, Rzayev, Zeynalov, Behbudov və s. ilə əvəz etməyə məcbur olmuşlar. Məlik Yeqan Məlik-Yeqanovların, Məlik-Aslanovların və Məlik-Abbasovların ulu babası hesab edilir. Cavad bəy Məlik-Yeqanov - Bakı və Lənkəran şəhərlərinin general-qubernatoru Məlik Aram — Dizaq mahalının II məliki. Qaqik Azatoviç Yeqanyan - tibb elmləri professoru, Ermənistanın baş terapefti.
Məlik Adi
Məlik Adi — Dövlət qarşısındakı xidmətlərinə və sədaqətinə görə 1607-ci ildə I Şah Abbasın xüsusi fərmanı ilə Buduq kəndinin sahibi olmuşdur.
Məlik Aram
Məlik Aram Məlik Yeqan oğlu (?- 1746) — Dizaq mahalının II məliki. Aram Məlik Yeqan oğlu Qarabağ bəylərbəyiliyinin Lori qəzasının Artu kəndində doğulmuşdur. Dini təlim-tərbiyə almışdır. 1717-ci ildə ailəsi ilə birlikdə Dizaq qəzasının Tuğ kəndinə köçmüşdür. Məlik Aram atasının vəfatından sonra, 1744-cü ildə Dizağın məliyi olur. Nadir şah Qırxlı-Avşara 6.000 tümən cərimə ödəyib, ətraf mahallara da başçılıq etməyə başlamışdır. Məlik Aram 1746-cı ildə vəfat etmişdir. Məlik Aram Gövhər xanımla ailə qurmuşdu. Bağır bəy, Bəxtiyar bəy, Avaq bəy, Vaxtanq bəy və Avanes bəy adlı oğulları vardı. Ənvər Çingizoğlu, Məlik Yeqan və onun törəmələri, "Soy" elmi-kütləvi dərgi, 2011, № 3, səh.23–34.
Məlik Ağamalov
Məlik Arif oğlu Ağamalov — Qərbi Avropa ənənələri altında, Barokko üslubunda, əsasən natürmort janrında işləyən rəssam, Azərbaycanın əməkdar rəssamı (2015). 1962-ci ildə Bakıda rəssam ailəsində anadan olub. Onun dünyagörüşünün formalaşması və, təbii, özünün şəxsiyyət kimi yetkinləşməsi Rəssamlar İttifaqının üzvü olan yaxın qohumları ilə sıx ünsiyyət şəraitində keçirdi. Orta məktəbi bitirdikdən sonra rəssam 1978-ci ildə Ə.Əzimadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbinə, daha sonra isə 1982-ci ildə o, ciddi seçmə imtahanlarından müvəffəqiyyətlə çıxıb Surikov adına Moskva Dövlət Rəssamlıq İnstitutunun rəngkarlıq şöbəsinə professor Tahir Salahovun yaradıcılıq emaltxanasına qəbul olundu. Xarici ölkələrdə səfərlərdə olması onun yaradıcılığına bilavasitə təsir edir. Təşkil ounan bir çox sərgilərin iştirakçısı olur. 1997-ci ildə Məlik Ağamalov Azərbaycan Rəssamlar İttifaqına daxil olur və yenidən qrup sərgilərində iştirak etməyə başlayır. Muzeyimizdə rəssamın “Mantis” (kətan, yağlı boya), “Oyun-3” (kətan, yağlı boya) adlı əsərləri nümayiş olunur. Məlik Ağamalov Azərbaycanın müasir sənətinin "intellektual qanadı"nın əsas fiqurlarından hesab olunur. O, əsərinin məhvər ideyasını məharətlə oynatmaqla, həcmli formalardan istifadə etməklə, materialın fakturasını dəyişməklə, bəzən latın sözlərinin qrafik təsvirini verməklə sanki ara qarışdırır, fitnə-fəsada əl atır, heyrətləndirir, lakin heç vaxt zövqün kövrək sərhədlərini aşmır.
Məlik Dadaşov
Məlik Yusif oğlu Dadaşov (7 iyun 1924, Bakı, Azərbaycan SSR – 2 dekabr 1996, Bakı) — Azərbaycan teatr və kino aktyoru. Azərbaycan SSR xalq artisti (1974), Azərbaycan SSR Dövlət mükafatı laureatı (1986). Əsasən mənfi rolların ifaçısıdır. Məlik Dadaşov 1924-cü il iyunun 7-də Bakıda doğulub. İkinci Dünya müharibəsində iştirak edən aktyor beynindən zədə alaraq uzun müddət müalicə olunur. 1945-ci ildə Gənc Tamaşaçılar Teatrında aktyor kimi işə başlayır. 1950-ci ildə Azərbaycan Teatr İnstitutunu (indiki Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti) bitirdikdən sonra M.Əzizbəyov adına Akademik Dram Teatrına işə gəlmişdi və burada ilk dəfə H. Muxtarovun "Ailə namusu" pyesində oynamışdı. Onun yaradıcılığının başlanğıcı Azərbaycan milli teatr sənətinin güclü inkişaf dövrünə təsadüf etmişdi. O vaxt Azərbaycan səhnəsinə Ə. Ələkbərov, M. Məmmədov, Adil İsgəndərov və onlarla digər sənət korifeyləri çalışırdı. Bu münbit sənət mühiti onun yaradıcılıq bioqrafiyasına güclü təsir göstərmiş və tezliklə onu səhnəmizin qüdrətli sənətkarları sırasına çıxarmışdı.
Məlik Dinar
Məlik Dinar (v. 1195) — Kirman əmiri. Oğuz türklərindən idi. 1153-cü ildə Sərəxs hakimi olaraq siyasi və hərbi həyatına başlamışdı. 1179-cu ilədək hakimiyyəti əlində saxlayan Məlik Dinar həmin il Qarakitayların vassalı və Xarəzmşahlığa iddiaçı olan Sultanşahın ordusu tərəfindən mühasirəyə alındı. Məlik Dinar ölümdən qurtulmaq üçün şəhəri Nişapur əmiri Əbu Bəkr Toğanşaha təslim etdi. 1180-ci ildə Toğanşahın sərkərdəsi Qaraquş şəhəri Sultanşaha təslim etməli oldu. 1185-ci ildə Toğanşahın ölümündən sonra Məlik Dinar da Kirmandakı oğuzlara qoşulmaq üçün yola düşdü. 1186-cı ildə Kirmanı asanlıqla ələ keçirərək Səlcuq sülaləsinə son qoydu və hakimiyyətini tezliklə gücləndirdi. İqtisadiyyatı dirçəltdi, həmçinin Hörmüzü özündən asılı hala saldı.
Məlik Mansurov
Malik Məmməd oğlu Mansurov (12 oktyabr 1961, Sumqayıt) — Azərbaycan tarzəni, Azərbaycan Respublikasının xalq artisti (2020). Malik Məmməd oğlu Mansurov 12 oktyabr 1961-ci ildə Sumqayıtda anadan olub. Əslən Qazax rayonundandır, atasının işi ilə əlaqədar Azərbaycanın bir çox rayonlarında yaşayıb. Konservatoriyada təhsil alıb (1981–1986). 1986-cı ildə Sumqayıt şəhər Orta İxtisas Musiqi Məktəbində tar müəllimi işləyib. 2002-ci ildən Konservatoriyada tar sənətinin sirlərini öyrədir. 1989-cu ildən Alim Qasımovu müşayiət edib.
Məlik Məhərrəmov
Məlik Məhərrəmov (tam adı: Məhərrəmov Məlik Məlik oğlu; 29 avqust 1920, Bıçaqçı, Zərdab rayonu – 16 iyul 2004, Bakı) — Sovet İttifaqı Qəhrəmanı. Məlik Məhərrəmov 1920-ci il avqustun 20-də Zərdab rayonunun Bıçaqçı kəndində anadan olmuşdur. İkinci dünya müharibəsində Dnepr çayı ətrafında gedən döyüşlərdə göstərdiyi rəşadətə görə onun özünə və 17 nəfər döyüşçüsünə Sovet İttifaqı qəhrəmanı adı verilmişdir. 1946-cı ildən Azərbaycan SSR hərbi komissarı Hizinskogo rayon idi və 1950-ci ildə Karachuhure (Bakı keçmiş Kagshanovsky rayonu) hərbi komissarı idi. 1954-cü ildə, o, MV adına Hərbi Akademiyasını bitirmişdir Frunze. Sonra 68-ci Piyada Alayı, Zaqafqaziya hərbi dairəsinin 216th atıcı diviziyasının qərargah rəisi vəzifəsində çalışıb. 1956–58 ci illərdə Azərbaycan Ağdaş rayonunun hərbi komissarı idi. yanvar 1958-ci ildən mart 1961-ci illərdə SM adına Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq hərbi şöbəsinin müdiri olmuşdur Kirov. Illər 1961–65-ci illərdə — il 1965–73 illərdə Azərbaycan SSR və Bakının Nərimanov rayon hərbi komissarı Sabirabad və Kürdəmir rayonlarında — Azərbaycan Dövlət Universitetinin hərbi şöbəsinin müdiri. 1973-cü ildən polkovnik MM Mageramov -.
Məlik Mənsurov
Malik Məmməd oğlu Mansurov (12 oktyabr 1961, Sumqayıt) — Azərbaycan tarzəni, Azərbaycan Respublikasının xalq artisti (2020). Malik Məmməd oğlu Mansurov 12 oktyabr 1961-ci ildə Sumqayıtda anadan olub. Əslən Qazax rayonundandır, atasının işi ilə əlaqədar Azərbaycanın bir çox rayonlarında yaşayıb. Konservatoriyada təhsil alıb (1981–1986). 1986-cı ildə Sumqayıt şəhər Orta İxtisas Musiqi Məktəbində tar müəllimi işləyib. 2002-ci ildən Konservatoriyada tar sənətinin sirlərini öyrədir. 1989-cu ildən Alim Qasımovu müşayiət edib.
Məlik Orucov
Məlik Həsən oğlu Orucov - tarix elmləri doktoru, professor Məlik Orucov 1905-ci ildə anadan olmuşdur. O, 1917-1941-ci illərdə Azərbaycan Dövlət Universitetinin Hərbi kafedrasının rəisi vəzifəsində çalışmış, 1941-1946-cı illərdə II Dünya müharibəsində iştirak etmişdir Məlik Orucov 1946-1948 və 1960-1966-cı illərdə Tarix fakültəsinin dekanı olmuş 1948-1951-ci illərdə BDU-nun prorektoru, 1960-1966-cı illərdə Ümumi tarix kafedrasının müdiri vəzifələrində çalışmışdır. Məlik Orucov 1954-cü ildə namizədlik, 1970-ci ildə doktorluq dissertasiyası müdafiə etmiş, Bakı Dövlət Universitetinin professoru olmuşdur. Məlik Orucov 4 monoqrafiyanın və “Yeni tarix” dərsliyinin müəllifi olmuşdur. Məlik Orucov 14 dəfə Dövlət mükafatı, orden və medallarla təltif olunmuşdur.
Məlik Yeqan
Məlik Yeqan (Tuğ – 1744, Tuğ) — dövlət xadimi, Dizaq mahalının məliki, Məlikyeqanovların, Məlik-Aslanovların və Məlikabbasovların ulu babası. Məlik Yeqan Luka oğlu Qarabağ bəylərbəyliyinin Loru qəzasının Artu kəndində anadan olmuşdu. Bəzi tarixçilərə, xronistlərə görə Məlik Yeqanın doğum yeri fərqlidir. Bir çox tarixçilərin tanıqlığına görə Məlik Yeqan Dizaq mahalına Gəncə-Qarabağ bəylərbəyliyinin Loru nahiyəsindən gəlmişdir. Tarixçi Mirzə Adıgözəl bəy Qarabaği yazır: "Bu mahalların biri—Dizaqdır. Məlikləri Məlik Yeqan adlanır. O, Loridən qaçıb gəlmiş, Nadir şahın səltənəti dövründə və onun əmrilə məliklik taxtında oturub hörmət qazanmışdır". Məlik Yeqan 1717-ci ildə Tuğ kəndinə köçmüşdü. Tarixçi Mirzə Yusif Qarabaği isə Məlik Yeqanın Rumdan gəldiyini qeyd edir. Məlik Yeqan öncə Tuğ kəndinin kovxası olmuşdu.
Məlik Ziyaəddin
Məlik Ziyaəddin (?–?) — Naxçıvan hakimi (XIV əsr). 1318-ci ildə Gürcüstanda Sultan Əbu Səid Bahadur xanın (1316–1335) əleyhinə iğtişaş qaldırmış Əmir Qurumuşiyə qarşı çıxmışdır. Mənbələrin verdiyi məlumata görə, Məlik Ziyaəddin Qurumuşinin kömək göstərmək barədə xahişini rədd edib, təcili mərkəzə tərəf çəkilmiş, lakin iğtişaşçıların əlinə keçərək, 100000 dinar ödəməklə canını xilas edə bilmişdir.
Məlik Zülfüqarov
Məlik qazi
Məlik qazi — Danişməndli bəyliyinin üçüncü hökümdarı. Onun dövründə Danişməndli bəyliyi Anadolunun ən böyük dövləti idi. Məlik qazinin ölümündən sonra bəylik yavaş-yavaş öz gücünü itirməyə başladı.
Məlik İsay
Məlik İsay (1720-1781) — Dizaq Məlikliyinin bilinən 3-cü məliyi, Məlik Yeqanın ikinci oğlu. Qafqaz Albaniyası dövlətinin qurucuları olan qafqaz mənşəli alban. Məlik İsay 1745-ci ildə qardaşı Məlik Aramın ölümündən sonra məliklik vəzifəsinə keçmişdir. Məlikliyi dövründə Qarabağ xanı İbrahimxəlil xan ilə çəkişməyə girir və 1781-ci ildə öldürülür. Onu Dizaq Məlikliyinin son xristyan məliyi hesab etmək olar. Məlik İsaydan sonra Məlikyeqanovlar sülaləsinin böyük bir hissəsi islamlaşır, daha sonra isə Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasında nəslin iki böyük nümayəndəsi Xudadat bəy Məlik-Aslanov və Cavad bəy Məlik-Yeqanov iştirak edirlər. Nəslin digər hissəsi ilə xristiyan dinində qalaraq sonradan erməniləşirlər.
Məlik Əşrəf
Məlik Əşrəf Əmir Dəmirdaş oğlu Sulduz -(1344-1356), Elxanlı dövlətinin əmiri, Azərbaycanın hakimi O, son nəticədə feodal ara müharibələrində qalib gəlir və Süleyman xanı ölkədən qaçmağa məcbur edir. Məlik Əşrəf 1344-cü ilin II rübündə Elxanlı şahzadəsi Ənuşirəvanı taxta çıxarıb ona Adil ləqəbi verir və Elxanlılar dövlətini 1355-ci ilə qədər onun adından idarə edir.Lakin o da qardaşı Şeyx Həsən (Kiçik) Sulduz kimi müstəqil Çobanlılar dövləti təsis edə bilmir. Hafiz Əbru dəfələrlə Məlik Əşrəfdən bəhs etmişdir. Müəllif yazır ki, Məlik Əşrəf h. 749 (1348)-ci ildə Azərbaycan Qarabağında idi. Böyük əmir olan Əmir Ciday Tiflisdən Azərbaycan Qarabağına Məlik Əşrəfin yanına gəldi. Həmdullah Qəzvini yazırdı ki, Məlik Əşrəf son dərəcə xəsis, qaniçən, hiyləgər və zalım şəxs idi. O, 13 illik hakimiyyəti dövründə keçirdiyi saysız-hesabsız müsadirələr, toplanan vergilər hesabına Azərbaycanda 17 xəzinə yaratmışdı. Təbrizdən qaçdığı zaman həmin xəzinənin bir hissəsini aparmaq üçün ona min dəvə və dörd yüz qatır lazım olmuşdu. Məlik Əşrəf rəqibləri Əmir Surğan Sulduz və Yağı Baqdı Manini aradan götürdükdən sonra Elxanilər dövlətinin idarəsini öz əlinə aldı.
Qənati-Məlik
Qənati-Məlik (Kirman) — İranın Rabor şəhristanında kənd. Qənati-Məlik (Fars) — İranda kənd.
Ramiz Məlik
Ramiz Məlik (tam adı: Ramiz Ağarza oğlu Məlikov; 4 avqust 1943, Bakı – 14 dekabr 2023, Bakı) — Azərbaycan teatr və kino aktyoru, Azərbaycan Respublikasının xalq artisti (1998), Azərbaycan SSR Dövlət mükafatı laureatı (1984). Ramiz Məlikov 4 avqust 1943-cü ildə Bakıda doğulub. 1961-ci ildə sənədlərini hazırkı Neft Akademiyasına versə də, qəbul oluna bilmir. 1963-cü ildə Mirzağa Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutunun dram və kino aktyorluğu fakültəsinə daxil olub. Rza Təhmasibdən, Tofiq Kazımovdan, Məlik Dadaşovdan dərs alıb. 1967-ci ildə həmin ali təhsil ocağının məzunu olub. 1967-ci ildə Akademik Milli Dram Teatrının truppasına aktyor götürülüb. Aktyorluq etməklə yanaşı, Əkrəm Əylislinin "Yastı təpə" (quruluşçu rejissor Tofiq Kazımov), Leonard Frankın "Yad adam" (quruluşçu rejissor Oruc Qurbanov), İlyas Əfəndiyevin "Xurşidbanu Natəvan" (quruluşçu rejissor Mərahim Fərzəlibəyov) və s. pyeslərinin tamaşaya hazırlanmasında rejissor və rejissor assistenti kimi çalışıb. Ramiz Məlik Azərbaycan Dövlət Televiziyasının hazırladığı Ənvər Məmmədxanlının "Şərqin səhəri" (Bəhruz), Əlibala Hacızadənin "İnanmırsansa…"(Adil) , Nəriman Həsənzadənin "Kimin sualı var?" (Ədalət) və s.
Məlik Bədri
Malik Babikr Badri Mohammed (ərəb. مالك بابكر بدري محمد‎; 16 fevral 1932 – 8 fevral 2021) — Sudanlı yazıçı və psixologiya professoru. O, müasir İslam Psixologiyasının banisi olub və "Müsəlman Psixoloqlarının Dilemması" və bir çox başqaları kimi nüfuzlu kitablar nəşr etdirib. Onu bəzən mehribanlıqla Baba Məlik adlandırırdılar. O, 8 fevral 2021-ci ildə Malayziyanın Kuala Lumpur şəhərində vəfat edib. O , Əhfəd Universitetini quran Babikr Bedrinin oğlu idi. Evli olub, 7 övladı var.
Məlik Bəy
Məlik Bəy (1290 – 1366) — Orxan Qazinin 1324-cü il tarixli Mekece Vəqf Nizamnaməsində də adı keçən Osman Qazinin altı oğlundan biridir. Mənbələrdə Məlik bəy adının əslində titul olduğu və əsl adının Arslan bəy və ya Murad Arslan olduğu bildirilir.
Məlik Xoşabə
Məlik Xoşabə Yusif (süry. ܡܠܟ ܚܕܒܫܒܐ ܝܘܣܦ; 1877 – 1952, İraq) — aysor hərbi lideri, Tyari qəbiləsinin məliki. O, Birinci Dünya müharibəsi zamanı Assuriya müstəqillik hərəkatında mühüm rol oynamışdır. Sonrakı həyatda Xoşabə aysorlar arasında böyük mübahisələrə səbəb olmuşdur. O, bir çoxları tərəfindən, xüsusən 1932-ci ildə yeni yaradılmış və ərəblərin dominantlıq etdiyi İraq dövlətində Assuriya muxtariyyətinin işini sarsıtmaqda bölücü fiqur kimi görünürdü. Britaniya ordusunun zabiti Ronald Sempill Staffordun dediyinə görə, Xoşabə öz arvadını və qızını əxlaqsız hərəkətlər etdiyinə inanaraq öldürmüşdür.
Medik.
Fridrix Kazimur Medikus (alm. Friedrich Kasimir Medikus‎ və ya alm. Friedrich Casimir Medicus‎, 6 yanvar 1736 — 15 iyul 1808) — alman botaniki, həkim. == Elmi əsərləri == Botanische Beobachtungen (Мангейм, 1780—1784). Beiträge zur schönen Gartenkunst (Мангейм, 1782). Über einige künstliche Geschlechter aus der Malven-Familie, denn der Klasse der Monadelphien (Мангейм, 1787). Historia et Commentationes Academiae Electoralis Scientiarum et Elegantiorum Literarum Theodoro-Palatinae (1790). Pflanzen-Gattungen nach dem Inbegriffe sämtlicher Fruktifications-Theile gebildet mit kritischen Bemerkungen (Мангейм, 1792). Über nordamerikanische Bäume und Sträucher, als Gegenstände der deutschen Forstwirthschaft und der schönen Gartenkunst (Mangeym, 1792). Critische Bemerkungen über Gegenständen aus dem Pflanzenreiche (Mangeym, 1793).
Merik Mustafayev
Meşik (Urmiya)
Meşik (fars. مشيك‎‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 165 nəfər yaşayır (33 ailə).
Orlando Mecik
Orlando Mecik — Florida ştatının Orlando şəhərini təmsil edən peşəkar basketbol klubu. NBA-da Şərq Konfransında mübarizə aparır. Orlando Mecik NBA-ya 1989-cu ildə, liqanın genişləndiriliməsinin 2-ci mərhələsində Minnesota Timbervulvzla birlikdə Mayami ilə Şarlotdan bir il sonra qədəm qoyub. Əvvəlcə liqa rəhbərliyi 3 yeni komandanın yaranmasını nəzərdən keçirirdi. Onlardan biri Floridada yerləşməliydi. Lakin Mayami və Orlando ayrı-ayrılıqda liqaya çox əlverişli təklif göndərdiklərinə görə Asosasiya hər iki komandanı qəbul etmək məcburiyyətində qalır. Klubun adının seçimi üçün azarkeşlər arasında sorğu keçirilir. Nəticədə 4296 təklifdən Mecik seçilir. Komanda ev oyunlarını 20 min azarkeş tutumuna malik Amvay Sentrdə keçirir. Orlandonun ilk baş məşqçisi Mett Quokas olub.
Mənim anam bir mələk