BALTALAMAQ

f.
1. Balta ilə çapmaq, kəsmək, yarmaq, doğramaq; balta ilə vurmaq.
Onları karvan əhli baltaladı; … Doğrayıb, yandırıb ocaq qaladı. A.Səhhət.

2. məc. Yıxmaq, devirmək, dağıtmaq, məhv etmək, kökünü kəsmək, ortadan qaldırmaq; sarsıtmaq.
Nadanlığa qarşı mübarizə! Cəhalət və mövhumatın kökünü baltalamaq, xalq kütlələrinin gözünü açmaq, … azadlıq və səadətin yollarını ona göstərmək! Nərimanovun ilk əsəri olan “Nadanlıq”ın tarixi mənası budur. M.İbrahimov.

3. məc. Birinin əleyhinə iş görmək, ziddinə danışmaq; birinə quyu qazımaq.
◊ Dibindən baltalamaq – bir sözü, ya danışığı dibindən, biryolluq kəsmək, danışmaq üçün yer qoymamaq.

Синонимы

  • BALTALAMAQ kəsmək — yarmaq — doğramaq
  • BALTALAMAQ yıxmaq — devirmək — dağıtmaq
BALTALAMA
BALTALANMA

Значение слова в других словарях