İnsan kapitalı
İnsan kapitalı — insanın cəmiyyətdə özünü tam realizə etmək və cəmiyyətin imkanlarından tam istifadə etmək üçün insanın biliyinin, bacarığının, əlaqələrinin, peşəkarlığının cəmi. Bu intellekt, sağlamlıq, bilik, keyfiyyətli əmək və keyfiyyətli həyat şəraitidir. İlk dəfə termin Teodor Şuls tərəfindən işlədilib, sonradan davamçısı Heri Bekker tərəfindən inkişaf etdirilib. İsbat edilib ki, insan fəaliyyətinə effektli iqtisadi baxış çox vacibdir.
İlk dövrdə insan kapitalı dedikdə, insana sərf edilən investisiya başa düşülürdü. Sonradan anlayış genişləndirildi, bura insanın istehlak xərcləri — ailəsinə çəkilən xərc, təhsil, səhiyyə xərcləri, mədəni tələbləri aid edilməyə başlandı. Bu sahəyə dövlətin də xərcləri aid edilir.
Shultz T. Human Capital in the International Encyclopedia of the Social Sciences. N. Y., 1968, vol. 6.