bankrotluq
Banqladeş
OBASTAN VİKİ
Banqkok
Banqkok (UK: /bæŋ'kɒk/, US: /'bæŋkɒk/) — Tailandın paytaxtı. Əhalisi 6,7 milyon (aqlomerasiyada 9 milyon; 2005). Siam körfəzinin 30 kilometrliyində Manam çayı sahilindədir. Ölkənin əsas dəniz və çay limanıdır (yük dövriyyəsi ildə təqribən 50 milton ton). == Etimologiyası == Banqkok şəhəri tai dilində Krunq-Ther ("Mələklər şəhəri") adlanır. == Tarixi == Banqkok şəhəri I Rama adı ilə taxta çıxan sərkərdə Pya Çakri tərəfindən yeni paytaxtı (XVI əsrdən burada mövcud olmuş məskənin yerində) kimi 1732-ci ildə salınmışdır. XVIII əsrin sonlarından Banqkok iri ticarət və mədəniyyət mərkəzinə çevrilmişdir. II Rama (1809-1824) və III Ramanın (1824-1851) hakimiyyətləri dövründə coxsaylı Budda məbədləri (vatlar), məktəblər, kitabxanalar, xəstəxanalar və məşhur kanallar salınmışdır. Banqkokun müasir görünüşü IV Ramanın (1851-1868) və şəhərləri abadlaşdıran, yol şəbəkəsi yaradan, o cümlədən ilk dəmir yolunu (1900) çəkən I Rama Çulalonqkornun (1868-1910) dövründə yaranmışdır.. == Şəhər memarlığı == Şəhərin planaalınması radial-dairəvi sxem üzrə kortəbii yaranmışdır.
Banqkok şəhəri

Banqkok Hilton
"Banqkok Hilton" (ing. «Bangkok Hilton») 1989-cu ildə Ken Kemeron tərəfindən çəkilmiş altı seriyalı televiziya bədii filmidir. Baş rollarda Nikol Kidman, Denholm Elliott və Hyuqo Uivinq. Serialın şüarı: "Uşaqlıq əsarətindən onu həbsxana gözləyir" (ing. «From the captivity of her childhood, the ultimate prison awaits»). == Süjet == 1960-cı illər, Avstraliyanın Sidney şəhəri. Orta yaşlı ingilis hüquqşünas Qrem Qrin varlı torpaq sahibləri Folkner ailəsi ilə tanış olur. Onunla ailənin qızı Ketrin Folkner arasında hisslər yaranır, sevgililər gecəni birlikdə keçirirlər. Lakin tezliklə Britaniyanın “ The Daily Telegraph ” qəzetinin sayında general “Dunkerk aslanı” Anqus Stentonun ölümü ilə bağlı xəbər və onun oğlu hər kəsin Qrem Qrini kimi tanıdığı Haroldun fotoşəkili dərc olunur. Məlum olub ki, 1945-ci ilin avqustunda, İkinci Dünya Müharibəsinin sonunda hərbi əsir və Banqkok Hilton həbsxanasının əsiri olan Harold Stenton yaponlara tunel qazan yoldaşları üçün qaçış planı verib.