BARIŞDIRMAQ

f.
1. Düşmənçilik edən tərəflər, yaxud bir-birindən küsənlər arasında sülh və sazişi, dostluq və səmimiyyəti yenidən bərpa etmək, aralarını düzəltmək. Düşmənləri barışdırmaq. Küsülüləri barışdırmaq.
– Bu [üzük] qırıq könüllərinizi birləşdirir, küskün ruhlarınızı barışdırır. H.Cavid.
Ancaq Rəhim bəy ilə Səlim bəy qaldılar ki, ər ilə arvadı barışdırıb getsinlər. S.S.Axundov.

2. məc. Uyğunlaşdırmaq, müvafiqləşdirmək, uzlaşdırmaq. Ziddiyyətləri barışdırmaq.
– Miçurin çalışırdı ki , bir-birini qəbul etmək istəməyən və ayrı-ayrı növlərə məxsus olan cinsi hüceyrələr arasındakı bu kəskin ziddiyyəti aradan qaldırsın, yəni onları bir-biri ilə barışdırsın. M.Axundov.

BARIŞDIRMA
BARIŞIQ

Значение слова в других словарях