Barrikada
Barrikada (fr. barricade) — hücum edən rəqibdən müdafiə olunmaq üçün, küçə, yol, körpü və dağ keçidlərinin qarşısını kəsən əsasən şalban, qum kisələri, daş, eləcə də araba, çəllək, işıqlandırma dirəkləri və sairədən düzəldilən süni sədd.
== İstifadəsi ==
Qədim zamanlarda əsasən müharibə vaxtı, şəhərdə, meşələrdə və dağlarda, eləcə də düşmənin sahilə yan almasını qarşılamaq üçün, çayın üstündəki körpülərin uğrunda döyüşlərdə istifadə olunurdular.
XIX əsrin ikinci yarısında, bir sıra şəhər üsyanları (Paris 1827,1830,1832,1834, Berlin, Vyana, Praqa -1848, Drezden 1849) ilə müşayət olunan Avropada inqilabi hərəkatı qalxması ilə əlqədar barrikada döyüşləri taktikası da təkmilləşdi. Barrikadalar qəliz fortifikasiya qurğularına çevrilirlər, üsyanın ümumi planına və küçə döyüşü taktikasına uyğun tikilirlər.
1871 ildə Paris kommunası vaxtı kommunarlar barrikadalardan geniş yararlanırlar. XIX əsrin ikinci yarısından hərbi texnikanın və şəhərlərin yenidən planlanması ilə bağlı olaraq (geniş və düz,və deməli süpürmə atəş üçün yararlı küçələrin salınması), barrikada döyüşlərinin aparılması şəraiti dəyişmişdir. K.Marksın "1848-1850 illərdə Fransada sinfi mübarizə" əsərinə girişdə F.Engels Avropa inqilabi hərəkatı perspektivlərinə öz baxışlarını açıqlayaraq, yazırdı, ki küçə döyüşlərinin əski taktikası üsyanın qələbəsinin həlledici şərti olan hücum taktikasını təmin etmirdi. O yazrdı: "Köhnə tipli üsyan, 1848 ilə qədər hər yerdə həlledici olan barrikadalı küçə döyüşləri, əhəmiyətli dərəcədə köhnəlmişdir.". Əgər dövlətlər arasında müharibələr üçün şərait dəyişmişsə, "deməli ondan az olmayaraq sinfi mübarizə üçün də dəyişmişdir".