BARU

f. 1) barı, divar, hasar; 2) sığınacaq.

BARKEŞ
BARVƏR
OBASTAN VİKİ
Cohor Baru
Cohor Baru, Yeni Cohor (Johor Bahru, Johor Baharu) — Malayziyada şəhər. Cohor ştatının (sultanlığının) inzibati mərkəzi. == Əhalisi == Əhalisi 876,0 min (2007; şəhərətrafı ilə 1,8 milyondan çox) nəfərdir. == Coğrafiyası == Malakka yarımadasının cənubunda, Malayziyanı Sinqapurdan ayıran Cohor boğazının şimal sahilində yerləşir. Əhalisi 5,5 milyon olan Sinqapur–Cohor-Baru transsərhəd şəhər aqlomerasiyasına daxildir. İri nəqliyyat qovşağı. Sinqapur ilə damba vasitəsilə birləşir (1924; uzunluğu 1056 m, 6 zolaqlı avtostrada, dəmiryol əlaqəsi). Müasir avtomobil magistralları qovşağı. Dəniz portu (kauçuk, palma yağı, meyvə, boksit və s. ixracı); Malayziyanın ən iri Tancunq-Pelepas konteyner portu (Cohor Barudan qərbdə; 2005-ci ildə yük dövriyyəsi təqribən 4,5 milyon İFE konteyner).
Baruj (Urmiya)
Baruj (fars. باروژ‎‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 148 nəfər yaşayır (28 ailə).
Barum
Yuxarı Çaykənd (1991-ci ilədək Barum) – Azərbaycan Respublikasının Şəmkir rayonunun inzibati ərazi vahidində kənd. Kəndin əhalisi 414 nəfər təşkil edir ki, onun da 222 nəfəri kişi, 192 nəfəri isə qadındır. == İqtisadiyyatı == Əsas təsərrüfatı heyvandarlıq və əkinçilikdir.
Barun (Maku)
Barun (fars. بارون‎‎) — İranın Qərbi Azərbaycan ostanının Maku şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 230 nəfər yaşayır (64 ailə).
Baruq
Barıq (Qoşaçay)
Barutağacı (Çaroymaq)
Barutağacı (fars. قلعه ارزه خوران‎) — İranın Şərqi Azərbaycan ostanının Çaroymaq şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 277 nəfər yaşayır (35 ailə).
Barutin buxtası
Barutin buxtası (bolq. залив Барутин, ‘Zaliv Barutin’ \'za-liv 'ba-ru-tin\) — 2.05 km uzunluğu olan və Antarktidanın Cənubi Şetland adalarının Snou adası sahillərindən 1.03 km cənub-qərbdə yerləşmişdir. Monroye burnundan şimalda, Vokil burnundan cənubda yerləşmişdir. 20-ci əsrin sonu, 21-ci əsrin əvvəlində buzlağın əriməsi nəticəsində əmələ gəlmişdir. Buxta cənubi Bolqarıstanda yerləşən Barutin şəhərinin adını daşıyır. == Yerləşməsi == Barutin buxtası 62°48′10″ c. e. 61°30′30″ q. u. koordinatlarında yerləşmişdir.
Baruun-Urt
Baruun-Urt (monq. Баруун-Урт) — Monqolustanda şəhər.Suxe-Bator aymakının mərkəzidir. == Tarixi == Baruun-Urt şəhəri 1942-ci ildə yaranıb. == Coğrafiyası == Baruun-Urt şəhəri Monqolustanın şərqində, Suxe-Bator aymakının şimali-şərqində yerləşir. Bu şəhərdən paytaxt Ulan-Batora qədər 500 km, şose ilə 565 km-dir.. == Əhalisi == Şəhərin əhalisi 2008-ci il siyahıya alınmaya görə 12,944 nəfərdir. == İqtisadiyyatı == Şəhər ətrafında Daş kömür və Sink yataqları var.
Barux Semyuel Blamberq
Barux Semyuel Blamberq (ing. Baruch Samuel Blumberg) (d.28.7.1925, Nyu-York) — Amerika həkimi, genetik, Nobel mükafatı laureatı (1976, D. K. Qayduzek ilə birlikdə). == Fəaliyyəti == Kolumbiya Universitetinin Tibb Kollecini bitirmiş (1951), 1955–57-ci illərdə Oksford Universitetində biokimya üzrə ixtisaslaşmışdır. 1957–64-cü illərdə Betesdə (Merilend ştatı) Milli Səhiyyə İnstitutunun tibbi coğrafiya şöbəsinə və genetika seksiyasına, 1964-cü ildən Filadelfiya da xərçəng üzrə Elmi Tədqiqat İnstitutunda klinik təd qiqatlara rəh bər lik etmişdir. 1970-ci ildən Pensilvaniya Universitetinin tibb və tibbi genetika professorudur. 1964-cü ildə insan qanı serumunda Avstraliya antigenini (serum hepatitinin antigeni) kəşf etmiş və onun donorun qanında olmasını təyin edən laboratoriya-nəzarət üsulunu işləyib hazırlamışdır. == Həmçinin bax == Corc Bidl == İstinadlar == == Xarici keçidlər == Barux Semyuel Blamberq öz həyat hekayəsini danışır.
Makalu Barun Milli Parkı
Makalu–Barun Milli Parkı (nep. मकालु-बरूण राष्ट्रिय निकुञ्ज) — Nepalın səkkizinci milli parkı. 1992-ci ildə Himalay dağlarında, Saqarmatxa Milli Parkının şərq ardı kimi təsis olunmuşdur. == Coğrafiya == Milli parkın sahəsi 1.500 km2 olub, Nepalın Solukhumbu və Sankxuvasabxa rayonlarını əhatə edir. Makalu–Barun dünyada yeganə milli parkdır ki, dəniz səviyyəsindən 8.000 metr yüksəklikdə yerləşir. Milli parkda tropik meşələr və başı qarlı uca zirvələr yerləşir. Bufer zonası milli parkın cənub və cənub-şərq yamaclarındadır və sahəsi 820 2-dır. Milli parkdakı əsas zirvələr bunlardır: dünyanın ən hündür beşinci zirvəsi olan Makalu dağı (8.463 metr), Çamalanq dağı (7.314 metr), Baruntse dağı (7.129 metr) və Mera dağıdır (6.654 metr). Milli park qərbdən şərqə 66 km, cənubdan şimala 44 km qədər uzanır. Dəniz səviyyəsindən 314–377 metr yüksəklikdə yerləşən, cənub-şərqdəki Arun dərəsindən hündürlük getdikcə artır.
Makalu–Barun Milli Parkı
Makalu–Barun Milli Parkı (nep. मकालु-बरूण राष्ट्रिय निकुञ्ज) — Nepalın səkkizinci milli parkı. 1992-ci ildə Himalay dağlarında, Saqarmatxa Milli Parkının şərq ardı kimi təsis olunmuşdur. == Coğrafiya == Milli parkın sahəsi 1.500 km2 olub, Nepalın Solukhumbu və Sankxuvasabxa rayonlarını əhatə edir. Makalu–Barun dünyada yeganə milli parkdır ki, dəniz səviyyəsindən 8.000 metr yüksəklikdə yerləşir. Milli parkda tropik meşələr və başı qarlı uca zirvələr yerləşir. Bufer zonası milli parkın cənub və cənub-şərq yamaclarındadır və sahəsi 820 2-dır. Milli parkdakı əsas zirvələr bunlardır: dünyanın ən hündür beşinci zirvəsi olan Makalu dağı (8.463 metr), Çamalanq dağı (7.314 metr), Baruntse dağı (7.129 metr) və Mera dağıdır (6.654 metr). Milli park qərbdən şərqə 66 km, cənubdan şimala 44 km qədər uzanır. Dəniz səviyyəsindən 314–377 metr yüksəklikdə yerləşən, cənub-şərqdəki Arun dərəsindən hündürlük getdikcə artır.
Vedia Barut
Vedia Barut (türk. Vedia Barut) — ilk kiprli türk olan sahibkar qadın. Vedia Barut 1919-cu il fevralın 14-də Lefkoşada anadan olub. O, Ayasofya məscidinin baş imamı Mehmet Rəcəb Bəy və evdar qadın Əminə Xanımın üç övladından ikincisi olub. O, 3 yaşından dərs almağa başlayıb, 9 yaşında isə Ayasofya İbtidai məktəbində oxuyarkən skripka dərsi almağa başlayıb. Daha sonra o, Viktoriya Qızlar Liseyini bitirir və əczaçı kimi karyera qurmaq istəyir, lakin Britaniya hökuməti o zaman siyasətini dəyişdiyi və Kipr xəstəxanasında əczaçılıq təhsilini qəbul etmədiyi üçün ümidləri puç olur. Buna cavab olaraq əmisi atasını onun üçün mağaza aça biləcəyinə inandırır. Bu mağaza 1937-ci ildə açılır. Bu patriarxal cəmiyyətdə çox mübahisəli idi. “Söz” qəzetinin yazarı Mithat Bəy bu reaksiyanı absurd qəbul edərək Barutun qatı müdafiəçisi olur və nəticədə onun cəmiyyətdə tanınmasına səbəb olur.
Ayxan Barut
Ayxan Barut (1964, Karataş, Adana ili) — aqrar mühəndis və siyasətçi; Türkiyə Böyük Millət Məclisinin 27 və 28-ci çağırışlarının deputatı. == Həyatı == Ayxan Barut 1964-cü ildə Adana ilinin Karataş ilçəsində anadan olub. Çuxurova Universitetinin Kənd təsərrüfatı maşınları bölməsinindən məzun olub. 13 il Adana Ticarət Palatasında Məclis üzvü, Mühəndis və Memarlar Palataları İttifaqı (TMMOB) Kənd Təsərrüfatı Mühəndisləri Palatası Adana şöbəsində sədr müavini (1994–1996) və sədr (2000–2008) vəzifələrində təmsil olunub. Siyasətə Cümhuriyyət Xalq Partiyasında qoşulub. CHP Çuxurova ilçə və CHP Adana il sədri olub. 2018 və 2023-cü illərdə Adana ilindən Türkiyə Böyük Millət Məclisinin deputatı seçilib. 27 və 28-ci çağırışlarda TBMM Kənd təsərrüfatı və meşə məsələləri Komissiyasının üzvü olub. İngiliscə bilir. Evli və 2 uşaq atasıdır.
Baruto Kayto
Baruto Kayto (把瑠都 凱斗, 5 noyabr 1984) və ya əsl adı ilə Kaydo Hyovelson (est. Kaido Höövelson) – Estoniya siyasətçisi və keçmiş peşəkar sumoçu. Peşəkar sumo karyerasına 2004-cü ilin mayında başlamış və iki il sonra makuuçi diviziyasına yüksəlmişdir. 2008-ci ilin noyabrında sekivake, 2010-cu ilin martında ozeki dərəcəsini əldə etmişdir. O, karyerası ərzində dörd dəfə "Döyüşkən ruh" xüsusi mükafatını qazanmışdır. 2013-cü ildə sumo karyerasını başa çatdırdıqdan sonra biznes, qarışıq döyüş sənətləri, aktyorluq və siyasətlə məşğul olmuşdur. 2019-cu ilin mayında Estoniya parlamentinə seçilmişdir. == İlk illəri == Hyovelson Vyayke-Maaryada doğulsa da, Rohu kəndinin yaxınlığında böyümüşdür. Ailəsi inək ferması sahibi idi və o, uşaqlıdan ağır fiziki əməklə məşğul olmuşdur. Hyovelson 16 yaşında atasını itirdikdən sonra pul qazanmaq üçün gecə klubunda mühafizəçi kimi işləməyə başlamışdır.