Basdırma

Bu sözün də əsasında “bas” feili dayanır və “basmaq” feilindən düzəlmiş isimdir. Tərtər şivəsində bu söz “bişirilmiş bir neçə günlük ət” anlamında işlənir. Yaxşı basdırmamız var gedək yəx. (1, 59) Cəbrayıl şivəsində bu söz “basırma” şəklində “ külə basdırılıb bişirilmiş” mənasında işlənir. ( 1, 59) Bu yemək növü adətən kartofun və ya yumurtanın külə basdırılıb bişirilməsi yolu ilə əldə edilir. Cəbrayıl şivəsində buna “külləmə” də deyirlər.- Basırma yumurta mənim xoşuma gəlir. “Basırma” sözü mənşəcə “basmaq” felindən düzəlmiş sifətdir. “Basdırma” sözünün sonunda işlənə “-ma2” şəkilçisi məhsuldar bir morfoloji göstərici kimi, məsdərin son samitinin itirilməsi ilə əmələ gəlib, əşya bildirən isimlər düzəlir. “Basdırma” yemək adı Mahmud Kaşğarinin “Divan”ında “yazok” şəklində qeydə alınmışdır, yəni “basdırma” tarixi dövrlərdə bu formada işlənmişdir. Kaşğari yazır ki, “yazok ət = basdırma” payızda bəzi ədviyyatlar vurulmaqla qurudulan ətdir, eləcə saxlanır və yazda yeyilir. Bu, “yaz ok ye” sözündən alınmışdır, “ancaq yazda, baharda ye” deməkdir. Çünki yazbaşı heyvanlar arıq olur, basdırma tədarükü görmüş adam isə yazda yaxşı ət yeyir. (19, 23) Basdırma sözü Türkiyə türkcəsində pastırma, başqırd türkcəsində bastırma, kazımık, qazax türkcəsində sür ət, qırğız türkcəsində bastırma, iştalğan et, özbək türkcəsində dimləmə, bastırma, tatar türkcəsində bastırma, kızımık, türkmən türkcəsində kakmaz, uyğur türkcəsində paturma, dəmlimə (33, 694) formalarında işlənir. Bu söz rus dilində də basturma şəklində işlənir və qeyd etməliyik ki, rus dilinə türk dilindən keçmişdir.
Basdıx
Başəyax
OBASTAN VİKİ
Basdırma
Basdırma — ətin müxtəlif ədviyyat və duzla qurudulması ilə hazırlanan yemək. Basdırma qədim türk yeməyidir. Basdırmanın ilk hazırlanışının Orta Asiya hunlarına məxsus olduğu bilinir. == Tarixi və etimologiyası == Basdırma türk dilində güclü basaraq sıxma deməkdir. Orta Asiyada yaşayan türklər atın ətini ayaqlarıyla sıxaraq basdırma hazırlayırdılar. Bu basdırmanın ilk hazırlanışı hesab olunur. Basdırma ən çox Türkiyənin Kayseri şəhərində hazırlanılır. Qurudulmuş ətin texnologiyasının, ətin Ermənistandan Çinə və Hindistana ixracı üçün inkişaf edildiyinə inanılır.Bizans dövründə basdırma apokt adlanırdı. Apokt sözünün mənası duzlu ət deməkdir. Levantda ermənilər ən bacarıqlı basdırma düzəldiciləri kimi tanınır.
Basdırma kabab

Значение слова в других словарях