bastiliya

is. tar. Bastille f (həbsxana) ; ~ nın alınması prise f de la Bastille (14 iyulda Fransanın milli bayramı kimi qeyd olunur)

basmış
Bastiya
OBASTAN VİKİ
Bastiliya qalası
Bastiliya (fr. la Bastille, tarixi adı la Bastille Saint-Antoine) — Paris şəhərində yerləşən və orta əsrlərdə tikilən tarixi qala. Qala 1370-1382-ci illərdə tikilmişdir. Qala XV əsrdən həm də dövlət həbsxanası idi. XVI əsrin sonlarında Paris xalqı mütləqiyyətin əleyhdarlarının sayı xeyli artmağa başlamışdır. XVI əsrin sonlarında bu şəxslər saxlanılır və həmin qalada həbs olunurdu. 1789-cu ilin iyulun 14-də Paris üsyançıları mütləqiyyət rəmzi olan Bastiliyanı aldılar, bu da Böyük Fransa inqilabının başlanğıcı olmuşdur. Bastiliyanın alındığı gün Fransanın milli bayramı kimi qeyd edilir.
Bastiliya Operası
Bastiliya Operası (fr. Opéra Bastille) — Parisdə bir teatr. Əsası 1989-cu ildə qoyulmuşdur. Bu binanın memarı Karlos Ottdur.
Bastiliyanın alınması
Bastiliyanın alınması (fr. Prise de la Bastille) — Böyük Fransa inqilabının bir epizodu. == Tarixi == Fransada XVIII əsrin sonu Kralın ikiüzlü siyasəti və Parisin çörəklə təchizatının kəskin pisləşməsi cəmiyyətdə gərginliyin artmasına səbəb olur. Parlamenti dəstəkləyən əhalinin gözünə hər yanda "aristokrat sui-qəsdi" görünməyə başlayır, şəhərə şayiə yayılır ki, kral qoşunları Bastiliya qalasının yanında cəmləşəcək. Paris qiyama qalxır. Qiyamçılar silah anbarlarını ələ keçirir, 14 iyul 1789-cu ildə isə hamının kral tiraniyasının rəmzi kimi tanıdığı Bastiliya ələ keçirilir . Bu, artıq qiyam deyil, əsl inqilab idi. Bastiliyanın alınması günü indi Fransada milli bayram kimi qeyd olunur. Bastiliyanın alınmasından dərhal sonra Fransada iri torpaq sahiblərinə qarşı kəndlilərin üsyanı başlayır. Üsyançıları dəstəkləyən Milli Assambleya avqustun 6-da feodal imtiyazlarının və kilsə vergisinin (mədaxilin 10%-i) ləğv olunması barədə dekret qəbul edir.