Bau

I der; -(e)s, -ten 1. nur sg. (das Bauen) tikmə, bina; der ~ des Hauses dauerte zwei Jahre evin tikilməsi iki il çəkdi; 2. (Gebäude) tikinti, bina, inşaat; 3. (Bauart) struktur, quruluş; 4. (Körperbau) bədən quruluşu, boy-buxun; im ~ tikintidə II der; -s, -e (Tierhöhle) yuva
Batzen
Bauarbeiten
OBASTAN VİKİ
Martin Bau
Martin Bau (8 oktyabr 1994) — Sloveniyalı üzgüçü. Martin Bau Sloveniyanı 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. Martin Bau birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında kişilər 1500 m sərbəst stildə, təsnifat mərhələsində iştirak etdi. 15:29.95 saniyəlik nəticəsi ilə 36-cı yeri tutdu və finala vəsiqə qazana bilmədi.
Emilia baumii
Emilia baumii (lat. Emilia baumii) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin emilia cinsinə aid bitki növü. Senecio baumii O.Hoffm.
Erigeron baumii
Erigeron baumii (lat. Erigeron baumii) — mürəkkəbçiçəklilər fəsiləsinin xırdaləçək cinsinə aid bitki növü.
Eucalyptus baueriana
Eucalyptus baueriana (lat. Eucalyptus baueriana) — mərsinkimilər fəsiləsinin evkalipt cinsinə aid bitki növü.
Feliks Baumqartner
Feliks Baumqartner (alm. Felix Baumgartner‎, 20 aprel 1969, Zaltsburq) —Avstriya paraşütçüsü. Avstriyalı Feliks Baumqartner stratosferdən rekord hündürlükdən tullanıb. O, sərbəst enmədə səs sürətini örtüb və onun sürəti saatda 1342,8 km olub. İdmançı yerdən 39 km hündürlükdən tullanıb. Felix Baumgartner tullanarkən 4 dəq. 20 saniyə paraşütü açmayıb. Beynəlxalq Aeronavtika Federasiyası 43 yaşlı idmançının bazar günü ABŞ-də Nyu-Mexikoda tullandığını və maksimum sürət əldə etdiyini təsdiqləyib. İkinci dünya savaşından sonra səs sürətini aşan qırıcı, daha sonra isə sərnişin təyyarələri yaradıldı. Səs sürətini aşan maşınlar da meydana gəldi.
Grevillea baueri
Grevillea baueri (lat. Grevillea baueri) — bitkilər aləminin proteyaçiçəklilər dəstəsinin proteyakimilər fəsiləsinin qrevilleya cinsinə aid bitki növü. Hakea baueri (R.Br.) Christenh. & Byng Grevillea baueri subsp. asperula McGill. Grevillea baueri subsp.
Hardis Baumanis
Hardis Baumanis (lit. Hardijs Baumanis; 10 dekabr 1967, Riqa – 6 aprel 2015, Bakı) — latviyalı diplomat; Latviyanın Azərbaycandakı səfiri (2010-2015). 10 dekabr 1967-ci ildə anadan olmuşdur. 2004-2006-cı illərdə Latviyanın Sankt-Peterburqdakı baş konsulu, 2006-2010-cu illərdə Latviyanın Litvadakı səfiri vəzifələrində çalışmışdır. 2010-cu ildən Latviyanın Azərbaycandakı diplomatik missiyasına rəhbərlik edirdi. 2015-ci il aprelin 6-da Bakıda vəfat etmişdir.
Kristina Bauer
Kristina Bauer — fransız qadın voleybolçu. Norveçdə yaşayan fransız ailələrindən birində dünyaya göz açmışdır. Mövqeyi orta blokçudur. Hündürboy voleybolçudur (1.96 m). Fransızca, italyanca, ingiliscə və norveçcə bilməsi ilə, həmçinin də çalışqanlığı ilə öz həmkarlarından seçilir. Fənərbaxça komandasının şərəfini qoruyur. 2007-ci ildən bəri stabil olaraq Fransa milli komandasına dəvət alır. Eyni zamanda Fransa voleybolunun yetişdirdiyi ən güclü voleybolçulardan hesab olunur. Voleybolçunun həvəskar karyerası Fransanın iki fəqli klubunda keçmişdir. 2004-cü ildə (16 yaşında) ASPTT Mulhouse komandası ilə peşəkar karyerasında ilk addımını atan Kristina bu klubda ulduzlaşmağa başlamışdı.
Laymen Frenk Baum
Laymen Frenk Baum (1856 – 1919) — Amerika jurnalisti, yazıçısı. Amerika jurnalisti Liman Frenk Baum 1856-cı ildə anadan olmuşdur. Frenk Baum uşaq yazıçısı olmaq fikrində deyildi. Birinci kitabını əyləncəli şəkillərə yazdığı mətni o, dostu, rəssam Denskonun xahişi ilə qələmə almışdır. Kitab bəyənilmiş və Baum Uydurma Oz ölkəsinin qəribə sehrbazı haqqında böyük nağıl yazmaq qərarına gəlmişdir. Amerikan uşaqları Frenk Baumi "Oz şəhərinin sehrbazı" kitabı ilə tanıyırlar. Bu kitab 14 cilddən ibarətdir. Bizlərə bu kitab "Zümrüd şəhərinin sehrbazı" adı altında gəlib çatmışdır. Nağıl müvəffəqiyyət qazanmış, tezliklə səhnəyə qoyulmuş və oxucular müəllifdən nağılı davam etdirməyi xahiş etmişlər. Baum özü də qəhrəmanlarını xoşlamış və onlarla bir də görüşməyə həvəslə razılıq vermişdir.
Liparis bautingensis
Liparis bautingensis (lat. Liparis bautingensis) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin səhləbkimilər fəsiləsinin liparis cinsinə aid bitki növü.
Maksimilian Bauer
Maksimilian Bauer (9 fevral 2000-ci ildə Almaniyada anadan olub) — 2. Bundesliqa təmsilçilərindən olan Qroyter Fürth klubunda müdafiəçi kimi çıxış edən peşəkar Almaniyalı futbolçudur. Bauer Qroyter Fürth akademiyası vasitəsilə inkişaf etmişdir. Bauer öz peşəkar karyerasında debütünü 10 avqust 2018-ci ildə İnqolştadt 04 klubuna qarşı oyunda etmişdir. O, 94-cü dəqiqədə David Atanqanı əvəz etmişdir. 2. Bundesliqa görüşündə Qroyter rəqibi ilə 1-1 hesabı ilə bərabərə qalmışdır. 10 avqust 2018 tarixində yenilənib 1UEFA Çempionlar Liqası görüşləri daxildir. 2Almaniya Superkuboku görüşləri daxildir.
N.E.Bauman adına Kazan Dövlət Baytarlıq Tibb Akademiyası
N. E. Bauman adına Kazan Dövlət Baytarlıq Tibb Akademiyası (NE Bauman adına Kazan Dövlət Baytarlıq Tibb Akademiyası) — ölkənin ən qədim baytarlıq universitetlərindən biridir. 31 may 1873-cü ildə bir institut olaraq açıldı və 1994-cü ildə "Baytarlıq Tibb Akademiyası" rütbəsini aldı. Xalq təsərrüfatı, habelə baytarlıq, biologiya və s. baytar həkimləri və zootexnikləri elmləri üçün hazırlayır, baytarlıq müəssisələrinin elmi və pedaqoji kadrlarla təmin olunmasına kömək edir. Akademiyada baytarlıq tibb fakültəsinə əlavə olaraq 1930-cu ildən bəri zoopark mühəndisliyi fakültəsi fəaliyyət göstərirdi və 1925–1933-cü illərdə hərbi baytarlıq tibb şöbəsi fəaliyyət göstərirdi. 1966-cı ildə Baytar Həkimləri və Müəllim Hazırlığı Fakültəsi quruldu. 1965-ci ildə Yazışmalar Fakültəsi və Hazırlıq şöbəsi 1980-ci ildə açıldı. 1959–1984-cü illərdə akademiya hərtərəfli tədqiqat və təhsil müəssisəsi kimi fəaliyyət göstərmişdir. Elmi sektor daha sonra Ümumittifaq Tədqiqat Baytarlıq İnstitutuna (VNIVI) çevrilir. Akademiya inqilabdan əvvəlki dövrdə (1878–1917) 2317 mütəxəssis, 1918–1992-ci illərdə 12095 baytar həkim və 4.467 zootexnik yetişdirir və İxtisasartırma Fakültəsində ildə təxminən 600 nəfər təhsil alır.
Protea bauerii
Protea caffra (lat. Protea caffra) — proteyakimilər fəsiləsinin proteya cinsinə aid bitki növü.
Senecio baumii
Emilia baumii (lat. Emilia baumii) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin emilia cinsinə aid bitki növü. Senecio baumii O.Hoffm.
Senecio baurii
Senecio baurii (lat. Senecio baurii) — mürəkkəbçiçəklilər fəsiləsinin xaçgülü cinsinə aid bitki növü.
Siqne Baumane
Siqne Baumane (latış. Signe Baumane‎; 7 avqust 1964) — Latviya animatoru, rəssam, illüstrator və yazıçı. Baumane hal-hazırda Nyu-Yorkda yaşayır və orada işləyir. Kinematoqrafiya İncəsənəti və Elmlər Akademiyasının üzvüdür. Baumane həmçinin pedaqoqdur. 2000-ci ildən 2002-ci ilə qədər Pratta İnstitutunda multiplikasiyadan dərs demişdir. Siqne Baumane Latviya SSR-in Autse şəhərində anadan olmuşdur. Baumanenin uşaqlığı Latviya Tukumsunda və Saxalin adasında keçmişdir. 14 yaşı olarkən ədəbi fəaliyyətə başlamışdır. 1989-cu ildə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin fəlsəfə fakültəsini bitirmişdir.
Uilyam Baumol
Uilyam Cek Baumol (26 Fevral, 1922 – 4 May, 2017) – Amerikan iqtisadçı, fəlsəfə doktoru (1949), Prinston Universiteti və Nyu-York Universitetinin iqtisadi elmlər üzrə professoru. Uilyam Cek Baumol 26 fevral 1922-ci ildə Cənubi Bronksda anadan olmuşdur. Onun valideynlərinin hər ikisi — Solomon və Lillian Şərqi Avropa immiqrantları idi. Baumol Nyu-Yorkda Siti Kollecdə təhsil almışdır və 1942-ci ildə bakalavr dərəcəsi almışdır. Kollecdən sonra o II Dünya Müharibəsində ABŞ ordusunda xidmət etmişdir və daha sonra iqtisadçı kimi Kənd Təsərrüfatı Departamentində işləməyə başlamışdır. O, Amerika İqtisadi Assosiasiyasının prezidenti (1981), Nyu-York Universiteti nəzdində C. V. Starr Tətbiqi İqtisadiyyat Mərkəzinin direktoru (1983–2000) olmuşdur. Hazırda Berkli Sahibkarlıq və İnnovasiya Mərkəzinin akademik-direktorudur. Mikro və Makroiqtisadi proseslərin riyazi modernləşdirilməsi, rifahın iqtisadiyyatı və s. sahələrdə əsləri var. 1952-ci ildə, sonradan (1956) C. Tobin tərəfindən inkişaf etdirilmiş pula tələb modelini təklif etmişdir.
Valter Bauer
Valter Bauer (alm. Walter Bauer‎; 8 avqust 1877, Köniqsberq, Prussiya – 17 noyabr 1960, Göttingen, Aşağı Saksoniya) — Almaniya ilahiyyatçısı. O, Əhdi-cədid yunancasının lüğətşünası və erkən xristianlığın inkişafı üzrə alim olmuşdur. Bauer Şərqi Prussiyanın Köniqsberq şəhərində anadan olmuşdur. O, atasının professor olduğu Marburqda böyümüşdür.
Yehuda Bauer
Yehuda Bauer (ivr. ‏יהודה באואר‏‎; 6 aprel 1926, Praqa) — İsrail tarixçisi və tədqiqatçısı. O, Holokost tarixi üzrə ixtisaslaşmışdır. Bauer Yerusəlim Yəhudi Universitetində Avraam Harman adına Müasir Yəhudilik İnstitutunun Holokost Tədqiqatları üzrə professorudur. Yehuda Bauer Çexoslovakiyanın Praqa şəhərində anadan olmuşdur və çex, slovak və alman dillərini mükəmməl bilir. O, daha sonra ivrit, yidiş, ingilis, fransız və polyak dillərini öyrənmişdir. Atası güclü sionist əqidəsinə malik idi və 1930-cu illərdə ailəsini Britaniya Fələstininə köçürmək üçün pul toplamağa başlamışdır. Nasist Almaniyasının Çexoslovakiyanı ilhaq etdiyi gün – 15 mart 1939-cu ildə o, ailəsi ilə Fələstinə köçmüşdür. Bio at ADL interview at KQED Forum Arxivləşdirilib 2008-12-05 at the Wayback Machine January 11, 2005 (audio) Address to the Bundestag January 27, 1998 1998 Interview (PDF) 1993 Interview at Yad VaShem at HUJI Lectures at Researchchannel The "Final Solution" — A Bureaucratic Process or an Ideological Genocide? Excerpt from interview with Bauer Yehuda Bauer at Memory of Nation site.
Ziqmunt Bauman
Ziqmunt Bauman (19 noyabr 1925[…], Poznan – 9 yanvar 2017[…], Lids) — Sosioloq. 1957: Zagadnienia centralizmu demokratycznego w pracach Lenina [Questions of Democratic Centralism in Lenin's Works]. Warszawa: Książka i Wiedza. 1959: Socjalizm brytyjski: Źródła, filozofia, doktryna polityczna [British Socialism: Sources, Philosophy, Political Doctrine]. Warszawa: Państwowe Wydawnictwo Naukowe. 1960: Klasa, ruch, elita: Studium socjologiczne dziejów angielskiego ruchu robotniczego [Class, Movement, Elite: A Sociological Study on the History of the British Labour Movement]. Warszawa: Państwowe Wydawnictwo Naukowe. 1960: Z dziejów demokratycznego ideału [From the History of the Democratic Ideal]. Warszawa: Iskry. 1960: Kariera: cztery szkice socjologiczne [Career: Four Sociological Sketches].
Aleksandr Baumqarten
Aleksandr Qottlib Baumqarten (17 iyul 1714[…], Berlin – 27 may 1762, Frankfurt-na-Oder) — alman filosofu, Leybnits və Volfun davamçısı, "estetika" termininin müəllifi. Berlində Yakob və Rozina Baumqartenin ailəsində anadan olub. Atası ilahiyyatçı və pedaqoq Frankenin köməkçisi idi. Aleksandr Baumqarten ailənin beşinci övladı idi. Qardaşı Ziqmund Yakob tanınmış ilahiyyatçı və kilsə tarixçisi idi. Baumqarten Halledə H.Volfun rəhbərliyi altında fəlsəfə və teologiyanı öyrənmişdir. 1735-ci ildə magistr dərəcəsi aldıqdan sonra Hall Universitetinə müəllim təyin edildi və 1738-ci ildə professor oldu. 1740-cı ildən Frankfurt an der Oder Universitetində professor olub və ölümünə qədər burada çalışıb. Baumqarten ontologiyanı “varlıqların ümumi predikatları haqqında elm” (lat. Scientia praedicatorum entis generaliorum) kimi təyin edir.
Paul Baumer
Paul Wilhelm Bäumer (11 may 1896 – 15 iyul 1927, Kopenhagen) I Dünya Müharibəsində Alman "Flying ace(en)" idi.
Correa bauerlenii
Correa bauerlenii (lat. Correa bauerlenii) — bitkilər aləminin sabunağacıçiçəklilər dəstəsinin sədokimilər fəsiləsinin correa cinsinə aid bitki növü.
Viola baurieri
Viola hirta (lat. Viola hirta) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin bənövşəkimilər fəsiləsinin bənövşə cinsinə aid bitki növü. Viola hirta var. typica Maxim. Viola martii subsp. hirta (L.) Schimp. & Spenn. Viola pallida Salisb.
Viola hirta subsp. baurieri
Viola hirta (lat. Viola hirta) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin bənövşəkimilər fəsiləsinin bənövşə cinsinə aid bitki növü. Viola hirta var. typica Maxim. Viola martii subsp. hirta (L.) Schimp. & Spenn. Viola pallida Salisb.