Bayındır (İzmir)
Bayındır (türk. Bayındır) — İzmir ilinin ilçəsi. İzmirin cənub-şərqində yer alır. İl mərkəzinə uzaqlığı 50 km-dir. İlçənin şimalında Kamalpaşa, qərbində Torbalı, cənubunda Tirə, şərqində Ödəmiş ilçələri, şimal-şərqində isə Manisa ili yerləşir. İlçənin sahəsi 548 km2-dir. 2019-cu ilin statistikasına əsasən ilçə əhalisi 40,414 nəfərdir.