BAZI
(Biləsuvar, Göyçay, İmişli, Kürdəmir, Salyan, Şəmkir)
təpə, dik, hündür yer. – Bazıya çıx gör heyvannar çö:rmədədimi? (Kürdəmir); – Bala, qoyunu bazıya yığ gendən görünsün (İmişli); – Heyvan bazıda otduyurdu (Biləsuvar); – Bizim öy bazı yerdə tikilib; – Yayda Kürün bazı tərəfi sərin olur (Salyan); – Bazının üsdünnən baxanda kət görünür (Şəmkir)
II
(Ordubad, Quba, Şamaxı)
xışın kötüyünü boyunduruqla birləşdirən ağac hissə. – Bazı heşdən boyunduruğa kimin olar (Ordubad)
III
(Gəncə, Oğuz, Ordubad, Şəmkir)
ləklər arasındakı köndələn torpaq mərz. – Bazını əyaxlama, xarab olar (Ordubad); – Tir uzunnama gedir, bazı köndələn (Qğuz); – Bazını ləkin arasınnan çəkirix’ (Şəmkir)
IV
(Tovuz)
kiçik arx
V
(Qəbələ)
çəltik ləki
◊ Bazı kəsməx’ (Qəbələ) – lək düzəltmək, lək hazırlamaq. – Feyzulla baba bir gündə altmış bazı kəsir