BAĞBAŞI

is. Köhnə məişətdə: oğlanın öz nişanlısına göndərdiyi bağ novbarı; sovqat. Pişxidmət məcməyidə alma, armud, nar və əzgil gətirib, qonaqların qabağına qoydu.
Bunlar hamısı bağbaşı olaraq kəndlərdən göndərilmişdi. Çəmənzəminli.
Habelə yay zamanı qız evi bağa köçsəydi, oğlan evi bağbaşı aparmalı idi. H.Sarabski.

Синонимы

  • BAĞBAŞI sovqat
  • BAĞBAŞI bağbaşı bax hədiyyə
BAĞBANLIQ
BAĞÇA
OBASTAN VİKİ
Bağbaşı
Novbarlıq, həmçinin bağbaşı — nişanlı oğlanların qız evinə göndərdikləri meyvə sovqatı. Adətən müxtəlif meyvələrin ilk barından (novbar) ibarət olan novbarlıq bir və ya bir neçə xonçada qız evinə aparılır. Novarblıq gətirilən qaba şirniyyat qoyub oğlan evinə qaytarırdılar. Azərbaycanda novarblıq adəti indi də qalmışdır.

Значение слова в других словарях