bellini

bellini
bellik
bellinilər
OBASTAN VİKİ
Bellini
Vinçentso Salvatore Karmelo Françesko Bellini (it. Vincenzo Salvatore Carmelo Francesco Bellini; 3 noyabr 1801, Kataniya, Siciliya — 23 sentyabr 1835, Püto, Paris yaxınlığında) — italyan bəstəkarı, 11 operanın müəllifi. == Bioqrafiyası == O, Neapolitan Konservatoriyasında Nicolo Zingarellinin himayəliyi altında oxumuş, ilk olaraq instrumental və kilsə musiqisi əsərlərini yazırdı. Bellininin ilk operası "Adelson e Salvini" 1825-ci ildə konservatoriyada tamaşaya qoyuldu. 1826-cı ildə Teatr San Karlo onun "Bianca e Fernando" operasını elə uğurla səhnələşdirdi ki, o, 1827-ci ildə Milanda La Skaladan sifariş aldı. Bellini son üçün "Pirat" operasını yazdı və bu, parlaq uğur idi; "Əcnəbi" gələn il daha da uğurlu oldu. Onların ardınca "Zaira" və s. 1833-cü ildə Bellini nəhayət Parisə köçdü və burada qısamüddətli olsa da, böyük uğur qazandı; onun taleyinə yalnız daha bir opera, 1835-ci ildə italyan teatrında tamaşaya qoyulan "Le Puritani" adlı opera yazmaq düşmüşdü. == Yaradıcılığı == Qısa ömrü ərzində o, 11 opera yazmışdı, onlardan yalnız biri (“Zaira”) uğurlu alınmayıb – qalanları əksər Avropa səhnələrində yer almışdı. Ən yaxşı operaları: Kapuleti və Montekki (it.
Bellinilər
Bellinilər –italyan rəssamları ailəsi, Venesiyada İntibah incəsənətinin baniləri. == Yakopo Bellini == Ailənin başçısı Yakopo Bellini (təqr.1400,Venesiya-1470/71,Venesiya)-Centile da Fabrianodan dərs almışdır. (1408 və 1413-cü illər arasında). Yaradıcılığına qohumu A.Mantenya təsir göstərmişdir. Yakopo Bellininin mehrab obrazlarında Bizans-qotika cizgiləri illuziyalı məkan priyomları ilə birləşmişdir. (“Madonna Körpəsi ilə”, 1448, Brera qalereyası, Milan və b.) Rəssamın qrafika əsərləri daha çox əhəmiyyət kəsb etmişdir. (Parisdəki Luvr və Londondakı Britaniya muzeylərində saxlanılan rəsm albomları; 1440-50-ci illər.) == Centile Bellini == Centile (təqr.1430, Venesiya, 1507,Venesiya)- Yakopo Bellininin oğlu. Atasından dərs almışdır; çox vaxt bir yerdə işləmişdilər. 1474-83-cü illərdə Venesiya respublikasının rəsmi rəssamı vəzifəsini tutmuşdur. 1479-80-ci illərdə Sultan II Mehmetin dəvəti ilə İstanbulda olmuşdur.