BİNƏVA

sif. [ fars. ] Yazıq, fağır, bədbəxt, zavallı, nəsibsiz.
Bunca cəfalərin görüb ol binəva könül; Ol bivəfayə, gör yenə ümmidvar olur. S.Ə.Şirvani.
Binəva kişi belə fikir edirdi ki, bəli, mənim oğlum oxuyub böyük yaranal olub gələcək. Ə.Haqverdiyev.
…Uşaqlar da özlərini saxlaya bilmədilər və binəva, ölmüş ananın qəbrinə göz yaşları tökülməyə başladı. Ə.Əbülhəsən.

□ Binəva olmaq – yazıq olmaq, binəsib olmaq, bədbəxt olmaq. Sənsiz olmuşam zarü binəva; Hicr düşkünü, rindü mübtəla. Nəbati;
// İs. mənasında.
Rəhm et məni-zarü binəvayə; Dərdi-dilimi yetir dəvayə. Füzuli.
Sübhədək binəva çəkər zəhmət; Kəndi övladına verər rahət. M.Ə.Sabir.
[Pristav:] Bu kasıb bədbəxtin öküzünü aparıbsan; binəvanı əli qoynunda qoyubsan. Ə.Haqverdiyev.

Синонимы

  • BİNƏVA binəva bax 1. yazıq 1; 2. yoxsul
  • BİNƏVA yazıq — fağır — bədbəxt — zavallı

Антонимы

  • BİNƏVA BİNƏVA – ZALIM Binəva kişi belə fikir edirdi ki, bəli, mənim oğlum oxuyub böyük yaranal olub gələcək (Ə
BİNƏSİB
BİNƏVALIQ

Значение слова в других словарях