BİOM

сущ. биом:
1. бот. зоол. совокупность видов растений и животных в данном районе
2. биол. совокупность живых организмов в водоёме
BİOLOQ
BİOMEXANİKA
OBASTAN VİKİ
Biom
Biom (ing. biome, yun. βίος – həyat və … oma) — Eyni iqlim zonasının ekosisteminin küllüsü. Orqanizmlərin müxtəlif qruplarının və onların müəyyən landşaft-coğrafi zonada məskunlaşdığı mühitin məcmusu. == Ümumi məlumat == “Biom” adı (məs., tundra, tayqa, mülayim zonanın iynəyarpaqlı meşələri, tropik savanna, çöllər, səhralar və s.) adətən, üstünlük təşkil edən bitki tipinin adı, yaxud landşaftın əsas stabil xüsusiyyətləri ilə müəyyən edilir. Düzənlik yerdə Biomlar ərazi cəhətdən bir-birindən az və ya çox aralı düşür, xeyli böyük sahələri tutur. Dağlarda kiçik bir sahədə beşə qədər qurşaq Biomu yanaşı ola bilər. “Biom” termini ən çox quru ərazilərin ekologiyasında istifadə edilir. Rus ədəbiyyatında onun əvəzinə çox vaxt ya “təbii (yaxud coğrafi) zona”, ya da “bitkilik zonası” terminləri həmin adlarla (tundra, tayqa, çöl və s.) birlikdə istifadə olunur. Xarici Avropa elmi ədəbiyyatında təbii zona və “Biom” kateqoriyalarını birləşdirən anlayışlar təklif edilmişdir (məs., Q. Valter zonobiomları (Zo- nobiomes)).
Biometod
Biometod — bir canlıya qarşı mübarizə aparmaq üçün digər canlılardan istifadə edilməsi. == Ədəbiyyat == R. Ə. Əliyeva, Q. T. Mustafayev, S. R. Hacıyeva. "Ekologiyanın əsasları" (Ali məktəblər üçün dərslik). Bakı, "Bakı Universiteti" nəşriyyatı, 2006, s. 478 – 528.
Biometrik autentifikasiya
Biometrik autentifikasiya (və ya Biometriya) – insanın bioloji xüsusiyyətlərinə əsasən kimliyin müəyyən edilməsi, tanınması == Biometrik parametrlər == Müxtəlif tətbiqlərdə bir sıra biometrik parametrlər istifadə edilir. Hər biometrik parametrin üstün və zəif cəhətləri var və seçim adətən tətbiqdən asılı olur. Aşağıda geniş məlum olan biometrik parametrlərin qısa xülasəsi verilir. === Barmaq izləri === Barmaq izlərinə görə identifikasiya texnologiyası ən geniş yayılmış biometrik texnologiyadır. Bu metodun əsasında hər bir insanın əl barmaqlarında papilyar naxışların unikallığı ideyası durur. Barmaq izini papilyar xətlər əmələ gətirir, onların quruluşu dərinin şırımlarla ayrılmış qılıc çıxıntılarının sıraları ilə şərtlənir. Bu xətlər mürəkkəb naxışlar əmələ gətirirlər (qövs, ilgək və spiral), onların aşağıdakı xassələri var: fərdilik və təkraredilməzlik; zamana görə sabitlik (bətndaxili inkişafdan meyidin çürüməsinədək); bərpa olunma (dəri qatının səthi zədələndikdə xətlərin quruluşu əvvəlki şəklində bərpa olunur). Barmaq izinin tanınması və onun alqoritm tərəfindən düzgün emalının keyfiyyəti barmaq səthinin vəziyyətindən və skaner elementinə nəzərən onun yerləşməsindən çox asılıdır. Müxtəlif sistemlər bu iki parametrə müxtəlif tələblər irəli sürür. Tələblərin xarakteri xüsusi halda tətbiq edilən alqoritmdən asılıdır.
Biometrik parametrlәr

Biometriya

Biomexanika
Biomexanika — mexanikanın model və metodları əsasında canlı toxumaların, ayrı-ayrı orqanların və ya bütövlükdə orqanizmin mexaniki xassələrini, habelə onlarda baş verən mexaniki hadisələri öyrənən elm sahəsi. Biomexanika biofizikanın bir qoludur. == Etimologiyası == "Biomexanika" (1899) və onunla əlaqəli olan "biomexaniki" (1856) sözü qədim yunan dilindəki βίος bios "həyat" və μηχανική mēchanikē "mexanika" sözlərindən yaranıb, canlı orqanizmlərin mexaniki prinsiplərinin, xüsusən də onların hərəkət və quruluşunun öyrənilməsini nəzərdə tutur. == Alt bölmələri == === Bioaxışqan mexanikası === Bioloji axışqan və ya bioaxışqan mexanikası bioloji orqanizmlərin daxilindəki və ya ətrafındakı qaz və maye axınının öyrənilməsidir. Çox zaman öyrənilən maye bioaxışqan problemi insanın ürək-damar sistemindəki qan axını ilə bağlıdır. Müəyyən riyazi şərtlər daxilində qan axınını Navye-Stoks tənlikləri ilə modelləşdirmək olar. In vivo tam qanın sıxılabilməyən Nyuton mayesi olduğu fərz edilir. Bununla belə, bu fərziyyə arteriyadaxili irəli axını nəzərdən keçirərkən uğursuz olur. Mikroskopik miqyasda qırmızı qan hüceyrələrinin hər birinin təsiri əhəmiyyətli olur və tam qan artıq kəsilməz formada modelləşdirilə bilməz. Qan damarının diametri qırmızı qan hüceyrəsinin diametrindən bir qədər böyük olduqda, Fahreus-Lindqvist effekti meydana gəlir və divarın sürüşmə gərginliyində azalma olur.
Biomimetik kataliz
Biomimetik kataliz Katalizin inkişafının müasir istiqamətlərindən biri olan imitasion kataliz yeni tipli katalizatorların- biomimetik katalizatorların sintezi və onların müxtəlif kimyəvi proseslərdə tədqiqi və tətbiqi ilə bağlıdır. Əsas xassələrinə görə biokimyəvi proseslərin modelləşdirilməsindən bəhs edən və kimyəvi kataliz ilə fermentativ kataliz arasında aralıq mövqe tutan kataliz sahəsi imitasion kataliz adlandırılmışdır. İmitasion katalizdə fermentativ kataliz proses və obyektlərinin əsas xüsusiyyətlərini (selektivlik, mülayim şərait, aktiv mərkəzlərin təsir mexanizmi və s) imitasiya edən real modellərin konstruksiyası aparılır. Biomimetik katalizatorun biomimetik xüsusiyyətlərini əldə etmək üçün modelləşdirilən bioloji obyektin yəni fermentin təsir mexanizmi dəqiq məlum olmalıdır. Bunun üçün aktiv mərkəzin quruluşu ferment-substrat kompleksin quruluşu fermentin substrat spesifikliyi müəyyənləşdirilməlidir. Məlumdur ki, fermentin zülal hissəsi substratın katalitik çevrilməsində fəal iştirak edən funksional qruplardan ibarətdir: imidazol qalıqları, alifatik və aromatik hidroksil qrupları karboksil və sulfohidril amin qruplar. Fermentlərin biokimyəvi modellərinin konstruksiyası zamanı 2 əsas tələb yerinə yetirilməlidir: Model fermentativ reaksiya mexanizmini yerinə yetirməlidir. Fermentativ reaksiya sürətinin onun struktur-funksional quruluşu ilə bağlılığı nəzərə alınmalıdır. Fermentin təsir mexanizmində zülalın polipeptid zəncirinin aminturşu qalıqları turşu-əsasi xarakterli katalitik mərkəzlərin böyük rolu vardır. Başqa sözlə, substratın çevrilməsində prostetik qrupla birlikdə zülalın turşu-əsas mərkəzləri də iştirak edir.
Biomimetik sensorlar
Biomimetik sensorlar Biokimya üzrə professor Leyland Klark yalnız biosensor anlayışının müəllifi deyil, həm də ilk biosensorların ixtiraçısıdır. 1956-cı ildə L. Klark öz işinin təməlini nəşr etdi, icadı olan oksigen elektrodunu analitik istifadəyə həsr etdi. Hansı ki daha sonralar onu Klark elektrodu adlandırdılar. Klark elektrodu maye və qazlarda, xüsusilə, qanda və toxumalarda oksigenin qatılığını ölçmək üçün nəzərdə tutulub.1962-ci ildə Klark Nyu York Akademiyasında çıxış edərək öz şəxsi təcrübələrinin nəticələrinin məlumatını verdi, həm də gələcək planlarını və bioloji mayelərin tərkibinin analizinin mümkünlüyünü göstərdi. Klarkın fərziyyəsinə görə fermentlə imobilizə olunmuş biosensorların hazırlamasının mümkün olduğunu bildirmişdir. Son illər bu fərziyyə daha geniş tam inkişaf alıb. Çox sistemlər yaradılıb və tətbiq olunub, bəziləri sənayedə təsdiqlənib və həyata keçirilib. Molekulların “tanınması” və onun elektrik siqnalının miqdarı və iştirakı halında informasiya verən bioloji materiallardan istifadə edən yeni analitik qurğularının – biosensorların təsviri və imkan prinsipləri muzakirə olunur. Ferment elektrodlar və hüceyrəli biosensorlar daha geniş nəzərdən keçirilib. Son on illikdə ilk baxışdan bir – biri ilə uzaq olan sahələrin – elektronika və biokimyanın yeni əıaqələri yarandı.
Biomimetika
Biomimetika - qədim yunan sözü olub BİOS həyat, MİMESİS imitasiya deməkdir. Biomimetika təbiətdə olan sistem və modellərin insanların çətin problemlərinin həlli üçün imitasiyasıdır. Biomimetika makro və nano miqyasda vacib problemlərin həlli üçün yeni texnologiyaların hazırlanmasına imkan və şərait yaradır. İnsanlar daima həyatlarında olan problemlərin həlli üçün cavabı təbiətdə axtarır. Təbiət texniki problemləri özü həll edir: öz-özünə şəfa qabiliyyəti, ətraf mühitə təsir və müqavimət, hidrofobluq, tolerantlıq, günəş enerjisi və s. Biomimetikanın ən erkən nümunələrindən biri insanların quşların uçuşunu öyrənməsi olmuşdur. Leonardo da Vinci (1452-1519) "Uçan maşın" yaratmağa heç vaxt nail olmasa da, quşların anatomiyasını və uçuşunu müşahidə etmiş və "uçan maşın" haqqında çoxsaylı qeydlər etmiş və öz müşahidələrinə əsasən eskizlər yaratmışdır. Wright qardaşları isə 1903-cü ildə göyərçinlərin uçuşundan ilham alaraq ilk dəfə ağır uçan təyyarə yaratmışdılar. Biomimetika termin kimi 1950-ci ildə Amerika alimi biofizik Otto Şmidt tərəfindən istifadə olunmuşdur. Bu, onun doktorluq dissertasiyası zamanı idi, o, kalmarın sinir sistemini izləyərək bu sistemə uyğun bir cihaz yaratmağa çalışmışdır.
Biomolekullar
Biomolekullar — canlı orqanizimlər tərəfindən sintez olunan üzvi birləşmələrdir. Biomolekullara zülal, karbohidrat, nuklein turşularını (DNT, RNT), lipidlər və digər maddələr daxildir. Biomolekullar əsasən karbon, hidrogen, azot, oksigen, fosfor, kükürd atomlarından ibarətdir.[mənbə göstərin] == Sinifləndirmə == Biomolekulların klassifikasiyası:[mənbə göstərin] Kiçik molekullar: Lipidlər(yağlar), fosfolipidlər, qlikolipidlər, sterollar, qliserolipidlər Vitaminlər Hormonlar, neyromediatorlar Metabolitlər Monomerlər,oliqomerlər və polimerlər == Nukleozid və nukleotidlər == Nukleozidlər azot qalığının ribozaya birləşərək əmələ gəlirlər. Nukleozidlərə sitidin, uridin, adenozin, quanozin,timidin və inozini aid etmək olar. Nukleozidlərhüceyrədə kinazalar ilə fosfotlaşdırmaq olar və bu zaman nukleotidlər yaranır. DNT və RNT nisbətən aşağı molekulyar çəkiyə malik, bir birləri ilə fosfodiefir bağları ilə birləşən monomerlərdən ibarət olan xətti polimerlərdir. Nukleotidlər kimyəvi bağlarda (ATF) saxlanan enerji mənbəyi də ola bilərlər. Nukleotidlər hüceyrənin daxilində siqnalların otürülməsində iştirak edirlər.Həmçinin, fermentlərin kofaktorlarının komponentləridirlər (koferment A, FAD, NAD). == Karbohidratlar == Monosaxaridlər — ən sadə karbohidratlardır. Əsasən aldehid və keton qruplarından təşkil olunurlar.
Biomorflar
Biomorflar — canlıların həyat şəraitinə uyğunlaşmasına görə əmələ gəlmiş qrupları. == Ədəbiyyat == R.Ə.Əliyeva, Q.T.Mustafayev, S.R.Hacıyeva. “Ekologiyanın əsasları” (Ali məktəblər üçün dərslik). Bakı, “Bakı Universiteti” nəşriyyatı, 2006, s. 478 – 528.
Biomühəndislik
Biomühəndislik - bioloji sistemlərin tanınmasında və tibbi praktikanın inkişafında mühəndislik texnikasının və baxışlarının tətbiqi == Tədqiqat sahələri == Sahədəki aparılan tədqiqatların əsas məqsədi bədən funksiyalarının daha yaxşı başa düşülməsidir. Canlıları əmələ gətirən orqanlar müxtəlif funksiyalarını modelləşdirərək bəzi biosiqnallar əldə olunur. Bədən daxilində baş verən müxtəlif hadisələrin aydın ola bilməsi üçün bu siqnalların mənbəyi olan fizioloji quruluşun yaxşı bilinməsi vacibdir. Bundan əlavə siqnal dəyişmələrinin və bir-birləriylə olan əlaqələrin də araşdırılması lazımdır. Bu sahədəki işlərə aşağıdakı nümunələr verilə bilər: Bioloji orqanların fiziki strukturu və onların canlı orqanizmlərlə əlaqəsi haqqında əsas tədqiqatlar; Ürək, əzələ və beyin tərəfindən yaranan elektrik siqnalları üzərində aparılan tədqiqatlar; Orqan və hüceyrə səviyyəsində insana aid tənzimləmə və nəzarət sistemlərinin araşdırılması; Radiasiya müalicəsinin planlaşdırılması; Ürək-damar (ürək və qan dövranı sistemi), tənəffüs, həzm və endokrin sistemlərin modelləşdirilməsi və stimulyasiyası; Beyin funksiyalarının başa düşülməsi mövzusunda fundamental tədqiqatlar.
Biomüxtəliflik
Bioloji müxtəliflik — yer üzərində bütün canlıların — mikroorqanizm, bitki və heyvanların müxtəlifliyi deməkdir. == Azərbaycanda bioloji müxtəliflik == Azərbaycan Respublikası Qafqaz regionunda ən zəngin təbii sərvətlərə malik ölkədir. Azərbaycan Respublikasının ərazisində 9 iqlim zonası üzrə 4500 növə kimi ali bitkilər qeydə alınmışdır ki, bu da Qafqazın növ tərkibinin 64%-ni, keçmiş ittifaqın bütün florasının 24%-ni təşkil edir. Respublikada rast gələn 600 növ endemik bitkilərdən 168-i Azərbaycan, 432 növü isə Qafqaz florasına aiddir. Azərbaycan Respublikasının "Qırmızı kitabı"na 140 nadir və nəsli kəsilmək təhlükəsi olan bitki növü daxil edilmişdir. Növlərin bu kitaba düşmək ehtimalı böyükdür. Çünki, insan təbiətdən istifadədə ehtiyatsızdır. Azərbaycan ərazisində faunanın 18 min növü qeydə alınmışdır. Müasir Azərbaycan faunası məməlilərin 97 növünü, quşların 357, balıqların 100-ə yaxın, amfibiya və reptiliyaların 67 növ və yarımnövü, həşaratların 15 minə yaxın növünü əhatə edir. Azərbaycan Respublikasının "Qırmızı kitabı"na məməlilərin 14 (ceyran, bəbir, bezoar keçisi, dağ qoyunu və s.), quşların 36 (turac, dovdaq, ütəlği, bəzgək, ərsindimdik və s.), balıqların 5 (ilanbalığı, qızılxallı, poru və s.) amfibiya və reptiliyaların 13 (adi triton, Suriya sarımsaqiyli qurbağa, eskulap ilanı), həşaratların 40 növ və yarımnövləri (Talış kökyeyəni, Apollon, Xrizip, Talış brameyası və s.) daxil edilmişdir.
Biomüxtəlifliyin azalması
Biomüxtəlifliyin azalması — heyvan və ya bitki növlərinin azalması və həmçinin nəsillərinin kəsilməsi hadisəsidir. Bu hadisə mühit deqradasiyasının ekoloji yenidənqurma prosesinin mümkünlüyündən asılı olaraq müvəqqəti və ya daimi ola bilər. Heyvanların qlobal nəsli kəsilməsi geri qaytarıla bilinməyəcəyi artıq sübut edilib. Daimi qlobal növlərin azalması, təbiidir ki, "regional növlərin kompozisiyasında dəyişikliklər" ifadəsindən daha dramatikdir. Ancaq növlərin sağlam və sabit vəziyyətində çox kiçik dəyişikliklər belə qida şəbəkəsinə böyük təsirlər edə bilər. Bu təsir isə özünü birbaşa növlər üzərində göstərir və nəticədə zəncirvari nəsil kəsilmələri baş verir. Biomüxtəlifliyin azalmasının isə pis nəticələri ola bilər. Biomüxtəlifliyin azalması ekoloji sistemin bizə göstərdiyi xidmətlərin azalması deməkdir, bu isə öz növbəsində qida təhlükəsizliyi və bəşəriyyət üçün böyük təhlükədir. == İtki nisbəti == Hazırkı qlobal müxtəliflik itkisi nisbəti əvvəlkindən 100 – 1000 arası dəfələrlə daha yüksəkdir və növbəti illərdə daha da yüksələcəyi güman edilir. Yerli olaraq əhatəyə alınmış itki nisbətləri növlərin zənginliyi və zamana görə dəyişikliyi ilə ölçülə bilər.
Dəmirporfirin tərkibli biomimetik katalizatorlar
Kosovonun biomüxtəlifliyi
Kosovo rəngarəng bioloji müxtəliflik və coğrafiya, hidrologiya və iqlimin müəyyən etdiyi müxtəlif ekosistem və yaşayış yerlərinin bolluğu ilə xarakterizə olunur. Əsasən dağlıq əraziləri əhatə edən Kosovo Balkan yarımadasının mərkəzində qərbdə Monteneqro ilə, şimal və şərqdə Serbiya, cənub-şərqdə Şimali Makedoniya və cənub-qərbdən Albaniya ilə həmsərhəddir. Ölkənin çox hissəsi coğrafi cəhətdən Metoxiya və Kosovo düzənlikləri ilə müəyyənləşmişdir. Ölkə eyni zamanda bitki və heyvan növləri baxımından ölkənin ən vacib və fərqliəraziləri olan qərbdən Prokletie dağları və cənub-şərqdən Şar dağları ilə əhatə olunmuşdur. Ölkənin iqlimi, dörd fərqli fəsil ilə kontinental və aralıq dənizi iqliminin birləşməsidir. Bu əsasən onun Cənub-Şərqi Avropadakı coğrafi mövqeyindən qaynaqlanır və Aralıq dənizi daxilindəki Adriatik, Egey və Qara dənizdən güclü təsirlənir. Meşələr Kosovada ən geniş yayılmış təbbi zonadır və hazırda Kosovo Konstitusiyasının xüsusi qanunları ilə qorunur. Meşələrin əksəriyyəti milli və beynəlxalq əhəmiyyətə malik yüzlərlə bitki və heyvan növlərinə sığınacaq və qorunma təmin etdiyi üçün əhəmiyyətlidir. == Flora == Kosovan meşə florası 63 ailədə, 35 cins və 20 növdə təsnif edilmiş 139 dəstə ilə təmsil olunur. Bu ərazinin Balkanlar üçün xüsusi əhəmiyyəti var – Kosovo bölgənin cəmi 2,3%-ni təşkil etsə də, bitki mənşəyi baxımdan floranın 25%-ni və ümumi Avropa florasının təxminən 18%-ni təşkil edir.
Qlobal Biomüxtəliflik Məlumat Mexanizmi
Qlobal Biyo Müxtəliflik Məlumat Mexanizmi (GBIF) — biomüxtəliflik haqqında elmi məlumatların veb xidmətlərindən istifadə edərək İnternet vasitəsilə İnternetə çıxarılmasına yönəlmiş beynəlxalq bir təşkilatdır. Məlumatlar dünyanın bir çox qurumu tərəfindən verilir; GBIF-in informasiya arxitekturası bu məlumatları tək bir portal vasitəsilə əlçatan və axtarışa imkan yaradır. GBIF portalı vasitəsilə əldə edilən məlumatlar, ilk növbədə dünya üçün bitki, heyvan, göbələk və mikroblara dair yayım məlumatları və elmi adlardır. GBIF-in vəzifəsi davamlı inkişafa dəstək olmaq üçün dünya miqyasında bioloji müxtəliflik məlumatlarına pulsuz və açıq girişi təmin etməkdir. İştirakçılığın təşviqi və tərəfdaşlar arasında işləməyə vurğu edilən prioritetlər arasında biomüxtəliflik məlumatlarının səfərbər edilməsi, elmi bütövlüyü və qarşılıqlı fəaliyyətin təmin edilməsi üçün protokol və standartların hazırlanması, müxtəlif məlumatlar növlərinin ayrı mənbələrdən bir-birinə bağlanmasına imkan yaratmaq üçün bir informatika arxitekturasının qurulması, potensialın artırılması və katalizləşdirilməsidir. təkmilləşdirilmiş qərar qəbuletmə üçün analitik vasitələrin inkişafı. GBIF, genlərdən ekosistemlərə qədər bioloji təşkilatın spektrindən rəqəmsal məlumat mənbələri arasında məlumat əlaqələri yaratmağa və georeferans və CİS vasitələrindən istifadə edərək bunları elm, cəmiyyət və davamlılıq üçün vacib olan məsələlərlə əlaqələndirməyə çalışır. Həyat Kataloqu, Biomüxtəliflik Məlumat Standartları, Həyat Barkodu Konsorsiumu (CBOL), Həyat Ensiklopediyası (EOL) və GEOSS kimi digər beynəlxalq təşkilatlarla ortaq şəkildə işləyir. 2002-2014-cü illərdə GBIF, biomüxtəliflik informatikası sahəsində illik 30.000 Avro dəyərində olan Ebbe Nielsen Mükafatına layiq görülən qlobal bir mükafat verdi. 2018-ci ildən etibarən GBIF Katibliyi iki illik mükafat təqdim edir: GBIF Ebbe Nielsen Challenge və Gənc Tədqiqatçılar Mükafatı.
Yarımkeçirici biomimetik sensorlar
Üzərinə dəmirporfirin tərkibli katalizator (TPhPFe(III)/Al2O3) yerləşdirilmiş yarımkeçirici Si elektrodun katalaz aktivliyini sulu məhlulda hidrogen peroksidin aşağı qatılıqlarını bir neçə saniyədə ərzində təyin edir. H2O2-in sulu məhlulda, 10–6küt.%- qədər qatılığını təyin etməyə imkan yaradır. Silisium elektrodu əsasında hazırlanmış biomimetik sensor (TPhPFe(III)/Al2O3//Si) davamlı, işində stabil və uzun müddət aktivliyini itirmir və bu onun təkrar istifadəsi üçün əlverişli şərtlər yaradır.
Biomolekul
Biomolekullar — canlı orqanizimlər tərəfindən sintez olunan üzvi birləşmələrdir. Biomolekullara zülal, karbohidrat, nuklein turşularını (DNT, RNT), lipidlər və digər maddələr daxildir. Biomolekullar əsasən karbon, hidrogen, azot, oksigen, fosfor, kükürd atomlarından ibarətdir.[mənbə göstərin] == Sinifləndirmə == Biomolekulların klassifikasiyası:[mənbə göstərin] Kiçik molekullar: Lipidlər(yağlar), fosfolipidlər, qlikolipidlər, sterollar, qliserolipidlər Vitaminlər Hormonlar, neyromediatorlar Metabolitlər Monomerlər,oliqomerlər və polimerlər == Nukleozid və nukleotidlər == Nukleozidlər azot qalığının ribozaya birləşərək əmələ gəlirlər. Nukleozidlərə sitidin, uridin, adenozin, quanozin,timidin və inozini aid etmək olar. Nukleozidlərhüceyrədə kinazalar ilə fosfotlaşdırmaq olar və bu zaman nukleotidlər yaranır. DNT və RNT nisbətən aşağı molekulyar çəkiyə malik, bir birləri ilə fosfodiefir bağları ilə birləşən monomerlərdən ibarət olan xətti polimerlərdir. Nukleotidlər kimyəvi bağlarda (ATF) saxlanan enerji mənbəyi də ola bilərlər. Nukleotidlər hüceyrənin daxilində siqnalların otürülməsində iştirak edirlər.Həmçinin, fermentlərin kofaktorlarının komponentləridirlər (koferment A, FAD, NAD). == Karbohidratlar == Monosaxaridlər — ən sadə karbohidratlardır. Əsasən aldehid və keton qruplarından təşkil olunurlar.

Значение слова в других словарях