BİRBÜRCLÜ
BİRCƏ-BİRCƏ
OBASTAN VİKİ
Bircə Akalay
Bircə Akalay (19 iyun 1984, İstanbul) — Türk aktrisa. == Həyatı və karyerası == 2003-də Pera Gözəl Sənətlər Liseyi Teatr bölümündə lisey təhsil aldı. Həmin il girdiyi İstanbul Universiteti teatr aktrisalığı və dramaturgiya bölümündəki təhsilini tamamlamadı amma Xaliç Universiteti Konservatoriya Teatr bölümündən məzun oldu. 2004 Türkiyə Gözəllik yarışmasında üçüncü olduqdan sonra Avropa Gözəllik yarışmasında Türkiyəni təmsil etdi və yarımfinala çıxdı.2004–2007-ci illər arasında Star TV və TV8də idman spikerliyi, həm də Çempionlar liqası və 8-ci Pillə kimi verilişlərdə aparıcılıq etmişdir.2007-ci ildə yayımlanan "Qədər" və "Sənin Üçün" seriallarında baş rolda oynamışdır.2008-ci ildə "Asi" adında serialda qonaq aktrist olaraq qatılmışdır.Bundan başqa 2008-də vizyona girən "Son Dərs" və 2009-un oktyabr ayında vizyona girən "Nəfəs" filmində rol almışdır. 2009-cu ildə TRT 1-də yayımlanan "Alayına İsyan" serialında Sevtap rolunda, 2009-cu ilin sentyabr ayında "Sizi Sevirəm" filmində Əmrə Altuğ ilə baş rolları paylaşmışdır.2009-da atv-də yayımlanan "Qış nağılında" Zişan rolunda oynamışdır.Həmin il TRT Müzik kanalında başlayan və TV8-də davam edən verilişi Sinema dünyası bir yayın mövsümü davam etmişdır. 2010-cu ildə keçmiş əri Murad Ünalmış ilə birliktə Ürgübdə bir eşqi anlatan Yer Göy Eşq serialında Həvva rolunu canlandırmışdır. 2013-cü ildə atv-də Baş Nazir Ədnan Menderesin həyatından bəhs edən Mən Onu Çox Sevdim adlı serialda opera sənətçisi Ayxan Aydan rolunu canlandırmışdır. 2013-cü ildə TRT 1-də yayımlanan Belə Bitməsin adlı seriala qonaq aktrist olaraq qatılmışdır. Sonra isə Kanal D-də yayımlanan Kiçik Ağa adlı serialda Sinəm rolunu canlandırmışdır. Kiçik Ağa serialında baş rolu paylaşdığı Sarp Ləvəndoğlu ilə 1 avqust, 2014-cü ildə evlənmişdir.
Və bircə kəlmə də demədi
'bircə kəlmə də demədi — alman yazıçısı Haynrix Böll tərəfindən 1953-cü ildə qələmə alınmış bir romandır və əsasən kasıb, çoxuşaqlı Fred və Kete Boqner cütlüyünün müharibədən sonrakı həyatının təsviri və eləcə də kilsə mövzusu üzərinə qurulmuşdur. Əsəri Azərbaycan dilinə 2017-ci ildə tanınmış tərcüməçi Vilayət Hacıyev çevirmişdir. Bu romana görə Böll çox sayda yerli və xarici mükafatlara layiq görülür, bunlardan biri də Alman Tənqidçilər Birliyinin Ədəbiyyat Mükafatıdır. Hans Verner Rixter (47-lər dərnəyi) "Və bircə kəlmə də demədi" romanını "müharibədən sonra yazılmış ən yaxşı kitab" kimi səciyyələndirib. Kitab oxucular arasında da böyük rəğbətlə qarşılanıb. 1953-cu ilin sonuna kimi müxtəlif tirajlarla kitabın 17.000 nüsxəsi satışa çıxarılıb. Romanın baş qəhrəmanları Fred və Kete Boqner cütlüyüdür. Fred artıq iki aydır ki, öz ailəsi ilə yaşamır, çünki o, bir otaqlı evdə yaşamağa dözə bilmir. Əsərdə təsvir edilən hadisələr sadəcə bir neçə gün ərzində cərəyan edir. “...
Bircəciyim (film, 1986)
Bircəciyim tammetrajlı bədii filmi rejissor Ənvər Əbluc tərəfindən 1986-cı ildə ekranlaşdırılmışdır. "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Film yazıçı İlyas Əfəndiyevin "Sarıköynəklə Valehin nağılı" povestinin motivləri üzrə çəkilmişdir. Uşaq evində tərbiyə alıb boya-başa çatmış, həyatda ilk addımlarını atarkən gözlənilmədən dramatik vəziyyətə düşən iki sevən gəncin ülvi məhəbbət əhvalatı filmin mərkəzində durur. Əsas rolları Mehriban Xanlarova, Kamil Zöhrabov, Həsən Məmmədov, Hamlet Xanızadə, Ramiz Məlikov, Əhməd Salahov və Rafiq Əzimov ifa edirlər. Film 2-ci kateqoriyaya layiq görülüb. == Məzmun == Kino əsəri cəmiyyətimizin mənəvi həyatı ilə bağlı aktual məsələlərə toxunur. Uşaq evində tərbiyə alıb boya-başa çatmış, həyatda ilk addımlarını atarkən gözlənilmədən dramatik vəziyyətə düşən iki sevən gəncin ülvi məhəbbət əhvalatı filmin mərkəzində durur. Burada dostluq, sədaqət, kollektivizm hissi kimi mənəvi dəyərlərdən söhbət gedir. Yalnız qarşılıqlı kömək, güzəştə getməmək, ədalətin zəfər çalacağına qəti inam gənc qəhrəmanlara düşdükləri çətin vəziyyətdən birgə çıxış yolu axtarıb tapmağa kömək edir.
Bircənd
Bircənd (fars. بیرجند‎) — İranın Cənubi Xorasan ostanı ostanının və Bircənd şəhristanının mərkəzidir.
Bircənd şəhristanı
Büşruiyyə şəhristanı- İranın Cənubi Xorasan ostanının şəhristanlarından biridir. Şəhristanın inzibati mərkəzi Bircənd şəhəridir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhristanın əhalisi 221,756 nəfər və 60,240 ailədən ibarət idi.

Значение слова в других словарях