birinci mərtəbə

ру первый этаж en ground floor de Erdgeschoß fr rez-de-chaussée es piso bajo it pianterreno
birbaşa radiasiya
birkonturlu kollektor
OBASTAN VİKİ
Mərtəbə
Mərtəbə (от fr. étage) — iki qonşu horizontal örtük arasındakı hissə. Bu hissədə bir qayda olaraq yaşayış və ya texniki hissə yerləşir. == Mənbə == Виды этажей, этажность домов. Определение этажности.
Günəşə bir mərtəbə yaxın (film, 1967)
== Filmin heyəti ==
Birinci Alxasova
Alxasava — Azərbaycan Respublikasının Göyçay rayonunun Alxasava kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 19 may 1993-cü il tarixli, 611 saylı Qərarı ilə Göyçay rayonunun İncə kənd Sovetinin Birinci və İkinci Alxasova kəndləri vahid yaşayış məntəqəsi kimi birləşdiyindən həmin məntəqə Alxasova kəndi adlandırılmışdır. Alxasova kəndi İncə kənd Sovetindən ayrılaraq, bu kənd mərkəz olmaqla Alxasova kənd Soveti yaradılmışdır. == Toponimikası == Alxasova oykonimi şəxs adı (Alxas) və oba sözlərindən ibarətdir. Oykonim "Alxasa məxsus oba" mənasındadır. 1993-cü ilədək Birinci və İkinci Alxasova (Alxasoba) kəndlərindən ibarət idi. == Coğrafiyası və iqlimi == Kənd Böyük Qafqaz dağlarının cənubunda, Qaraməryəm tirəsinin ətəyində, Yuxarı Şirvan kanalının sağ sahilində, Şirvan düzündə yerləşir. Kəndin mövqeyi Dövranlı, İncə və Aşağı Qaraməryəm kəndlərinə daha yaxındır, Göyçay şəhərindən şərq istiqamətdə yerləşir. Ərazisinin 40%-i dağlıq, 60%-i düzənlikdir. Kəndin mərkəzindən Yuxarı Şirvan kanalı keçir.
Birinci Alyanlı
Birinci Alyanlı — Yelizavetpol (Gəncə) qəberniyasının Zəngəzur qəzasında, indiki Gorus rayonu ərazisində kənd. == Tarixi == Toponim fərqləndirici əlamət bildirən birinci sözü ilə əklənli tayfa adı əsasında əmələ gəlmişdir. Etnotoponimdir. Quruluşca mürəkkəb toponimdir. == Əhalisi == Burada 1886-cı ildə 714 nəfər azərbaycanlı yaşamışdır. 1905-1906-cı illərdə xarabalığa çevrilmişdir. İndi xaraba kənddir.
Birinci Alıbəyli
Birinci Alıbəyli (Zəngilan) — Azərbaycan Respublikasının Zəngilan rayonunun inzibati ərazi vahidində kənd. Birinci Alıbəyli (Ağdam) — Azərbaycan Respublikasının Ağdam rayonunun inzibati ərazi vahidində qəsəbə.
Birinci Alıcanlı
Birinci Alıcanlı — Azərbaycan Respublikasının Zərdab rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Birinci Alıcanlı Zərdab rayonunun Alıcanlı inzibati ərazi vahidində kənd. Şirvan düzündədir. Kəndin sakinləri vaxtilə Ağsu rayonundakı Təklə kəndindən gəldiklərinə görə Təklə Alıcanlısı adı ilə də tanınır. Səpənkova adlanan bu yer XIX əsrdə Alıcan adlı ilxı sahibinə məxsus olmuş, sonralar bu ərazidə salınan yaşayış məntəqəsi də Alıcanlı adlandırılmışdır. "Birinci" komponenti isə oykonimi eyniadlı kənd adından fərqləndirmək üçün əlavə olunmuşdur.
Birinci Aral
Birinci Aral — Azərbaycan Respublikasının Ağdaş rayonunun Birinci Aral kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == Şirvan düzündədir. Yaşayış məntəqəsi XIX əsrin ikinci yarısında yaxınlıqdakı İəmsabad kəndindən ayrılmış ailələrin xəzinə (dövlət) torpağı sayılan Aral adlı torpaq sahəsində məskunlaşması nəticəsində yaranmışdır. Əvvəllər Təzəkənd, bir qədər sonra Təzə İəmsabad adlandırılan bu kənd yerli əhalinin dilində Aral Bir (yeni Birinci Aral) də adlanır. Aral sözü türkdilli xalqların toponimiyasında "bitkili torpaq sahəsi", "quru", "ada" və s. mənalarda işlənmışdir. Sözün "ayrılmış", "kənar" mənaları da vardır. Qazaxıstan və Özbəkistan ərazisində yerləşən dəniz və Amudərya çayının mənsəbindəki adalı sahə də Aral adlanır.
Birinci Aratkənd
Maşadqanlı (əvvəlki adı: Birinci Aratkənd) — Azərbaycan Respublikasının Ağsu rayonunun Ərəbuşağı kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Ağsu rayonunun Birinci Aratkənd kəndi Maşadqanlı kəndi adlandırılmışdır. == Tarixi == Keçmışdə Şirvandakı Gorus mahalının tərkibində olduğu üçün Gorus Aratkənd adlanırdı. XX əsrin 30-cu illərində həmin kənddən çıxan bir qrup ailə İkinci Aratkənd yaşayış məntəqəsini saldıqdan sonra Gorus Aratkənd Birinci Aratkənd adlandırıldı. Burada "birinci" komponenti "ilk, mənbə" mənalarını daşıyır. == Etimologiyası == Adının mənşəyi talışların subetnosu olan orand tayfası ilə bağlıdır. Bəzi tədqiqatçılar bu toponimin ikinci komponentini monqol mənşəli oyrat tayfa adının fonetik dəyişikliyə uğramış forması hesab edirlər. Azərbaycanda xalq coğrafi termini olan arat relyefin mənfi hissələrində olan şorlaşmış torpaqların yuyulub təmizlənməsi prosesinə, dağdibi rayonlarda isə dincə qoyulmuş, əkilməyən torpaqlara deyilir. Deməli, kənd vaxtilə Gorus mahalının dincə qoyulmuş torpaq sahələrində salındığı üçün belə adlandırılmışdır. == Coğrafiyası və iqlimi == Kənd Şirvan düzündə yerləşir.
Birinci Ağalı
Birinci Ağalı — Azərbaycan Respublikasının Zəngilan rayonunun Ağalı kənd inzibati ərazi dairəsində kənd.1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 28 oktyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. == Tarixi == Birinci Ağalı kəndi Həkəri çayının sol sahilində, dağətəyi düzənlikdədir. Kənd yerli əhali arasında Böyük Ağalı, yaxud Aşağı Ağalı kimi də tanınır. Azərbaycan toponimiyasında "birinci" komponenti "əvvəlinci", "ilkin", "baş", "Aşağı və ya yuxarı", "böyük" mənalarını verir. Ağalı komponenti isə burada məskunlaşmış nəslin adıdır. Etnotoponimdir.
Birinci Aşıqlı
Birinci Aşıqlı — Azərbaycan Respublikasının Beyləqan rayonunun Birinci Aşıqlı kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 25 may 1991-ci il tarixli, 123-XII saylı Qərarı ilə Beyləqan rayonunun Birinci Aşıqlı kəndi Əlinəzərlikənd Sovetindən ayrılaraq, bu kənd mərkəz olmaqla Birinci Aşıqlı kənd Soveti yaradılmışdır. == Toponimikası == Mülahizələrə görə, kəndin adı keçmışdə Mil-Qarabağ düzlərində yaşamış xələc tayfasının Aşıqlı tirəsinin adı ilə bağlıdır. Birinci komponenti isə yaşayış məntəqəsinin adını digər kənd adlarından fərqləndirmək üçün əlavə edilmışdir. == Toponimikası == Birinci Aşıqlı kəndi qədim tarixə malikdir, beləki yaşayış məskəni kimi adı "Dədə Qorqud" dastanında göstərilir. == Coğrafiyası və iqlimi == Kənd Yuxarı Qarabağ kanalından 4 km. aralı, Mil düzündədir. == Əhalisi == Kənd əhalisi azərbaycanlıların Tərəkəmə qolundan (türkmənlər) ibarətdir.
Birinci Baharlı
Birinci Baharlı — Azərbaycan Respublikasının Ağdam rayonunun Birinci Baharlı qəsəbə inzibati ərazi dairəsində qəsəbə.
Birinci Biləcik
Birinci Biləcik — Azərbaycan Respublikasının Şəki rayonunun Biləcik kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == Birinci Biləcik kəndi Alazan-Əyriçay çökəkliyindədir. Keçmişdə Biləcik adlanan bu kənd XVIII-XIX əsrlərdə İran əsarətinə və çarizmə qarşı mübarizə mərkəzlərindən biri olmuşdur. Kollektivləşmə illərində buradan köçmüş ailələr indiki İkinci Biləcik kəndini saldıqdan sonra Birinci Biləcik adlandırılmışdır. Biləcik kəndinin ilk sakinləri mənşəcə Türkiyənin Biləcik mahalından çıxmış və orta əsrlərdə burada məskunlaşmış ailələr hesab olunurlar.1734 -cü ildə Biləcikdə Nadir şaha qarşı böyük üsyan olmuşdur.Üsyançılar iki dəfə Nadirin sərbazlarına qalib gəlmişlər.Lakin Bərdədə qərarlaşan Nadirin özünün Biləciyə yürüşə hazırlaşdığını eşidən biləcikli 300 ailə kəndi tərk edərək Car-Balakənə çəkilməyə məcbur olmuşlar.Bütün bu hadisə haqqında bu üsyanın şahidi Molla Məhəmməd Carinin "Car müharibəsi salnaməsi" adlı əsərdə oxumaq olar. == Əhalisi == Kəndin əhalisi 1.399 nəfər təşkil edir.Kəndin əhalisi Azərbaycan türkləridir.Bəzi mənbələrdə bu kəndin 1570-ci illərdə Türkiyənin Biləcik vilayətindən gələnlər tərəfindən salındığı göstərilir.Türkiyəli tarixçilər isə əksinə Osmanlı dövlətini yaradan qayıların məhz Azərbaycandakı Biləcikdən gələrək Türkiyədə Biləcik şəhərinin əsasını qoyduğunu göstərirlər.Türkiyədəki Biləcik Osmanlı dövlətinin ilk paytaxtı olmuşdur.Bu gün Biləcik kəndinin əhalisinin dilində köhnə osmanlı şivəsinə aid sözlər hələ də işlədilməkdədir.
Birinci Dördyol
Birinci Dördyol — Azərbaycan Respublikasının Ağdam rayonunun Birinci Dördyol qəsəbə inzibati ərazi dairəsində qəsəbə.
Birinci Dərəşam
Birinci Dərəşam — Babək rayonunda kənd. == Toponimi == Dərəşam toponiminin adı ilk dəfə "Kitabi-Dədə Qorqud" eposunda Səkrəyin boyunda çəkilmişdir. Dərəşam kəndindən yaranmış kənd İkinci Dərəşam adlanır. Dərəşam toponimi Azərbaycan dilində dərə və şam sözlərindən ibarət olub, «işıqlı dərə» mənasındadır. «Şam» həm də çay sahillərindəki sıx qamışlığa da deyilir.
Birinci Mahmudlu
Birinci Mahmudlu — Azərbaycan Respublikasının Füzuli rayonunun Bala Bəhmənli kənd inzibati ərazi dairəsində kənd. == Etimologiyası == Kəndin adı mahmudlu tayfası ilə əlaqədardır. Üç kənddən ibarət olan eyniadlı yaşayış məntəqələrini bir-birindən fərqləndirmək məqsədilə birinci komponentdən istifadə edilmişdir. == Əhalisi == Kəndin əhalisi kürd mənşəli mahmudlu tayfasına mənsubdur. 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 853 nəfər əhali yaşayır. === Tanınmışları === Şəfa Əliyev — Sumqayıt Dövlət Universitetinin professoru, iqtisad elmləri doktoru. == Coğrafiyası == Düzənlikdədir. == İqtisadiyyatı == Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Birinci Meyniman
Birinci Meyniman — Azərbaycan Respublikasının Hacıqabul rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Birinci Meyniman kəndi Kür çayının sahilində yerləşir. 2010-cu ilin yaz aylarında Kür çayının daşması bu kəndə böyük ziyan vurub. Belə ki, 23 may 2010-cu il tarixində saat 18:30 radələrində Hacıqabul rayonunun Birinci Meyniman kəndi yaxınlığında Kür çayında bəndin, təqribən, 30-40 metrlik hissəsinin dağılması nəticəsində daşqın suları kənd ərazisinə daxil olmağa başlamışdır. Nəticədə 70-ə qədər ev daşqın suları altında qalmışdır. == Toponimikası == Birinci Meyniman. Hacıqabul r-nunda eyni adlı i.ə.v-də kənd. Kür çayının sahilində, Şirvan düzündədir. XIX əsrə aid mənbələrdə Meneyman, 1933-cü ildə Meynəman şəklində qeydə alınmışdır. Yaşayış məntəqəsi Kür çayının üstündə balıq vətəgəsi əsasında yaranmışdır.
Birinci Milli
Birinci Milli — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Milli kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 25 may 1991-ci il tarixli, 123-XII saylı Qərarı ilə Kəlbəcər rayonunun Birinci Milli kəndi Sınıqkilsə kənd Sovetindən ayrılaraq, bu kənd mərkəz olmaqla Birinci Milli kənd Soveti yaradılmışdır. 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. Kənd 25 noyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin uğurlu əməliyyatları nəticəsində Azərbaycana qaytarılıb. == Toponimikası == Tədqiqatçılara görə, toponimin ikinci komponenti yüryüklərin (Türkiyə) tərkibindəki kürd milli tayfasının adı ilə bağlıdır. Yaşayış məntəqəsi 1920-ci illərdə İkinci Milli kəndindən ayrılmış ailələr tərəfindən salınmışdır. == Tarixi == == Coğrafiyası və iqlimi == Kənd Tərtərçayın sahilində, Qoçdaş dağının ətəyində yerləşir.
Birinci Muğanlı
Birinci Muğanlı —Azərbaycan Respublikasının Zəngilan rayonunun Gilətağ kənd inzibati-ərazi dairəsində (dairənin mərkəzi Böyük Gilətağ kəndi) kənd. == Tarixi == Azərbaycan Respublikasının ərazisində Muğan adı ilə bağlı 18 yaşayış məntəqəsi mövcuddur. Ağcabədi rayonu, Ağdam rayonu, Ağstafa rayonu, Bərdə rayonu, Xocavənd rayonu, Kürdəmir rayonu, Qubadlı rayonu, Şamaxı rayonu, Şərur rayonu, Zaqatala rayonu və digər ərazilərdə olan yaşayış məntəqələri buna misal ola bilər. Yaşayış məntəqələri Cənubi Azərbaycanın Muğanlı kəndindən köçüb gəlmiş mollahəsənli, mehdili və cabbarlı nəsillərinə mənsub ailələr tərəfindən salınmışdır. Oykonim türkdilli Azərbaycan tayfası olan muğanlıların adı ilə bağlıdır.Muğanlı tayfa adı XVI əsrin əvvəllərindən məlumdur. Sonralar mənbələrdə şahsevənlərin tərkibində müstəqil tayfa kimi qeydə alınmış muğanlılar XIX əsrin əvvələrində 8 tirədən ibarət olmuşlar. Tayfa Muğan düzündə yaşadığına görə həmin düzün adı ilə adlandırılmışdır. 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 20 oktyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir.
Birinci Məşrutiyyət
Birinci Məşrutiyyət — Osmanlı İmperiyasında 1876-cı ildə II Əbdülhəmid tərəfindən elan edilən konstitusional idarəetmə forması. == Arxa plan == Osmanlı İmperiyasının iqtisadi problemləri 17-ci əsrdən etibarən torpaqların itirilməsi və davamlı büdcə kəsirləri verməsi ilə başlandı. Avropa dövlətləri ilə imzalanan sərbəst ticarət sövdələşmələriylə ölkəyə gələn mallardan aşağı gömrük vergiləri alınırdı. Bu həm dövlətin gəlirlərini azaltmış, həm də yerli sənayenin geriləməsinə səbəb olmuşdu. İqtisadi problemlərlə yanaşı, xüsusilə, 1789-cu il Fransız inqilabının təsiri ilə yayılan azad yönümlü düşüncələr və millətçilik axını Osmanlı İmperiyasını da bürüdü. Balkanlarda 19-cu əsrdə müstəqillik tələbilə etirazlar başlandı. Balkanlarda və Orta Şərqdə maraqların toqquşmasından əziyyət çəkən Avropa dövlətləri ilə Çar Rusiyası da zamanla bu hərəkatları dəstəklədilər. Osmanlı sərhədləri daxilində qeyri-müsəlman xalqların vəziyyətlərinin düzəldilməsi səbəbilə İmperiyanı islahatlar keçirməyə məcbur etdilər. 1839-cu ildəki Tənzimat Fərmanı ilə 1856-cı ildəki İslahat Fərmanının elanları bu şəraitdə reallaşdı. == İnkişafı == Digər yandan, 1860-cı illərdə bir aydın hərəkat olaraq Gənc Osmanlılar ortaya çıxdı.
Birinci Nügədi
Birinci Nügədi — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd. Eyniadlı bələdiyyənin tərkibindəki yeganə kənddir. Quba rayonunun ən böyük kəndidir. Quba - Qonaqkənd yolunun 5-ci km-də yerləşir. Kəndin əhalisi 10 min nəfərə yaxındır. == Toponimikası == Kənd Qaraçayın sol sahilində, Qusar maili düzənliyində yerləşir. XVIII əsrə aid sənədlərin məlumatına görə, Quba şəhərinin əhalisinə mənsub bağ ərazilərində ailələrin məskunlaşması nəticəsində yaranan yaşayış məntəqəsi Nügədi (tat dilində "yeni kənd, təzə kənd") adlandırılmışdrr. Sonralar kəndn böyüyərək iki yerə ayrılmış və onları bir-birindən fərqləndirmək üçün adlarının əvvəlinə birinci və ikinci sözləri artırılmışdır. == Mədəniyyəti == Kənddə mədəniyyət evi, 9 illik və 11 illik orta məktəb, sağlamlıq məntəqəsi, aptek, bələdiyyə binası, poçt məntəqəsi, ATM, yanacaqdoldurma məntəqəsi, stadion, şadlıq sarayı, uşaq bağçası, məscid və kitabxana, 2 internet kafe fəaliyyət göstərir. == Coğrafiyası və iqlimi == Nügədinin ərazisi dağlıq və düzənliklərdən ibarətdir.
Birinci Paşalı
Birinci Paşalı — Azərbaycan Respublikasının Hacıqabul rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == == Toponimikası == Birinci Paşalı. Hacıqabul r-nu-nun Udulu i.ə.v.-də kənd. Pirsaat çayının sahilində, dağətəyi sahədədir. Keçmişdə Paşalıkənd də adlanmışdır. Etnotoponim hesab olunur. 1876-cı ildə 36 ailədən ibarət olan bu kənd XIX əsrin axırlarında böyüyərək iki yerə ayrılmışdır. Bu kənddən İkinci Paşalı kəndi ayrıldıqdan sonra kəndin adının əvvəlinə birinci sözü artırılmışdır. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 1372 nəfər əhali yaşayır. == İqtisadiyyatı == 2011-ci ildə kəndə ilk dəfə təbii qaz verilməsinə başlanılıb.
Birinci Qaradəmirçi
Birinci Qaradəmirçi — Azərbaycan Respublikasının Bərdə rayonunun Qaradəmirçi kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == Tərtər çayından 3 km. aralı, Qarabağ düzündədir. Oykonimin birinci komponenti onu eyniadlı ikinci yaşayış məntəqəsinin adından fərqləndirməyə xidmət edir. şkinci komponent isə burada məskunlaşmış qaradəmirçi elatının adındandır. Etnotoponimdir.
Seval Birinci
Birinci aliya
İlk aliya — yəhudi xalqının 1882-ci ildə ildə baş verən yəhudi talanları və Sionizmlə əlaqədar olaraq İsrail ölkəsinə müasir köçünün ilk böyük dalğasıdır. Bu köç həm də Rusiya imperatorluğunu əhatə edən yəhudi talanları ilə əlaqələndirilir. Aliya - İlk köç 1882-ci ildən 1903-cü ilə qədər olan dövrdə baş vermişdir. == Tarix == 1882-1903-cü illərdə təqribən 35 min yəhudi həmin vaxtlar Osmanlı İmperiyasının vilayətinə çevrilmiş Fələstin torpaqlarına köç etdi . Onların əksər hissəsi ilkin Sionist Hovevei Sion ( Sion Aşıqları ) və Bilu ( Bilu ) hərəkatlarına mənsub və Şərqi Avropadan (əsasən Rusiya İmperiyasından, müasir Polşa, Belarusiya və Ukraynadan ) gəlmişlər; bir hissəsi isə Yəməndən köç etmişlər. Gəlmələrin əksəriyyəti dindar yəhudilər idi. Gəlmələr maliyyə çatışmazlığı, sərt təbii şərait, müvafiq kənd təsərrüfatı təcrübəsinin olmaması səbəbindən xəstəlik, aclıq və bu kimi böyük çətinliklərlə üzləşirdilər . Bu çətinliklərin öhdəsindən gəlməkdə Baron Edmond de Rotşild mühüm rol oynamışdır. O, yaradılmış bir neçə yaşayış məntəqəsini qanadının altına almış və mütəxəssisləri də cəlb edərək köçkünlərə güzəştli kreditlərlə köməklik göstərmişdir. Repatriantların çox hissəsi şəhərlərdə, əsasən də Qüds və Tel-Əvivdə məskunlaşmışdı.
Birinci qisasçı
Birinci qisasçı və ya orijinal adı ilə Kapitan Amerika: Birinci qisasçı (ing. Captain America: The First Avenger) — Marvel Studios tərəfindən istehsal olunmuş, Kapitan Amerika adlı Marvel Comics personajının komikslərinə əsaslanan 2011-ci il ABŞ superqəhrəmanlıq filmi. Marvel Kinematoqrafiya Kainatının 5-ci filmidir. Co Constonun rejissorluğu, Kristofer Markus və Stefan Makfilinin ssenaristlikləri ilə çəkilən filmin əsas rollarında Kris Evans, Tommi Li Cons, Hüqo Uivinq, Heyli Etvell, Sebastian Sten, Dominik Kuper, Nil Makdonaf, Derek Lyuk və Stenli Tuççi çıxış edirlər. Hadisələrin İkinci dünya müharibəsi illərində cərəyan etdiyi film Stiv Rocers adlı bruklinli zəif gəncin Kapitan Amerika adlı superəsgərə çevrilməsindən və dünyanı ələ keçirmək üçün "Tesserakt" adlı enerji mənbəyi artifaktından istifadə etmək istəyən Qırmızı kəlləni dayandırmaq cəhdlərindən bəhs edir. Filmin konsepsiya layihəsi 1997-ci ildə ortaya çıxmışdır və Atisan Entertainment şirkətinin distribütorliyi ilə çəkilməsi planlaşdırılırdı. Lakin 2003-cü ilin sentyabrına kimi həll edilməmiş bir məhkəmə prosesi layihənin gedişatına mane olmuşdur. 2005-ci ildə Marvel Studios Merrill Lynch-dən kredit almış, Paramount Pictures-in distribütorliyi ilə filmi maliyyələşdirməyi və buraxmağı planlaşdırmışdır. Rejissorlar Con Favro və Lui Leterye layihə ilə maraqlanmışdırlar, lakin sonda 2008-ci ildə Co Conston rejissor seçilmişdir. Əsas rolların ifaçıları 2010-cu ilin mart-iyun aylarında müəyyən edilmişdir.