Birinci qisasçı[1] və ya orijinal adı ilə Kapitan Amerika: Birinci qisasçı (ing. Captain America: The First Avenger) — Marvel Studios tərəfindən istehsal olunmuş, Kapitan Amerika adlı Marvel Comics personajının komikslərinə əsaslanan 2011-ci il ABŞ superqəhrəmanlıq filmi. Marvel Kinematoqrafiya Kainatının 5-ci filmidir. Co Constonun rejissorluğu, Kristofer Markus və Stefan Makfilinin ssenaristlikləri ilə çəkilən filmin əsas rollarında Kris Evans, Tommi Li Cons, Hüqo Uivinq, Heyli Etvell, Sebastian Sten, Dominik Kuper, Nil Makdonaf, Derek Lyuk və Stenli Tuççi çıxış edirlər. Hadisələrin İkinci dünya müharibəsi illərində cərəyan etdiyi film Stiv Rocers adlı bruklinli zəif gəncin Kapitan Amerika adlı superəsgərə çevrilməsindən və dünyanı ələ keçirmək üçün "Tesserakt" adlı enerji mənbəyi artifaktından istifadə etmək istəyən Qırmızı kəlləni dayandırmaq cəhdlərindən bəhs edir.
Birinci qisasçı | |
---|---|
ing. Captain America: The First Avenger | |
Janr | superqəhrəmanlıq, döyüş, macəra |
Əsas mövzu | İkinci Dünya müharibəsi |
Rejissor | Co Conston |
Prodüser | Kevin Fayqi |
İcraçı prodüserlər | Sten Li |
Əsərin müəllifləri | Co Simon və Cek Körbinin "Kapitan Amerika" komiksləri |
Ssenari müəllifləri | Kristofer Markus və Stefen Makfili |
Baş rollarda | Kris Evans, Tommi Li Cons, Hüqo Uivinq, Heyli Etvell, Sebastian Sten, Dominik Kuper, Nil Makdonaf, Derek Lyuk, Stenli Tuççi |
Bəstəkar | Alan Silvestri |
Montajçı | Ceffri Ford[d] |
İstehsalçılar |
Marvel Studios Distribütor: Paramount Pictures |
Distribütor | Paramount Pictures, Disney+, Walt Disney Studios Motion Pictures[d] |
İlk baxış tarixi |
19 iyul 2011 (El Kapitan teatrı) 22 iyul 2011 (ABŞ) 28 iyul 2011 (Azərbaycan) |
Müddət | 124 dəq. |
Büdcə | 140-216,7 milyon dollar |
Gəlir | 370,6 milyon dollar |
Ölkə | ABŞ |
Dil | ingilis |
İl | 2011 |
Əvvəlki film | Tor (film, 2011), Marvel Kinematoqrafiya Kainatı |
Sonrakı film | Birinci qisasçı: Başqa müharibə |
Rəng | rəngli |
Çəkiliş yeri | Nyu-York, Los-Anceles, Mançester |
IMDb | ID0458339 |
Vikianbarda əlaqəli mediafayllar |
Filmin konsepsiya layihəsi 1997-ci ildə ortaya çıxmışdır və Atisan Entertainment şirkətinin distribütorliyi ilə çəkilməsi planlaşdırılırdı. Lakin 2003-cü ilin sentyabrına kimi həll edilməmiş bir məhkəmə prosesi layihənin gedişatına mane olmuşdur. 2005-ci ildə Marvel Studios Merrill Lynch-dən kredit almış, Paramount Pictures-in distribütorliyi ilə filmi maliyyələşdirməyi və buraxmağı planlaşdırmışdır. Rejissorlar Con Favro və Lui Leterye layihə ilə maraqlanmışdırlar, lakin sonda 2008-ci ildə Co Conston rejissor seçilmişdir. Əsas rolların ifaçıları 2010-cu ilin mart-iyun aylarında müəyyən edilmişdir. İstehsal 2010-cu ilin iyununda başlamış, çəkilişlər London, Mançester, Kaervent, Liverpul və Los-Ancelesdə baş tutmuşdur.
Filmin premyerası 19 iyul 2011-ci ildə El Kapitan teatrında, 22 iyul 2011-ci ildə isə ABŞ-də baş tutmuşdur. Film bütün dünyada 370 milyon ABŞ dollarından çox gəlir əldə etmişdir. Tənqidçilər Evansın performansını, filmin 1940-cı illər atmosferini və Constonun rejissorluğunu bəyənmişdirlər. "Birinci qisasçı: Başqa müharibə" və "Birinci qisasçı: Qarşıdurma" adlı iki sikvel uyğun olaraq 2014 və 2016-cı illərdə buraxılmışdır.
İndiki zamanda alimlər Artikada donmuş, köhnə təyyarə tapırlar.
1942-ci ilin martında nasist zabiti Yohan Şmidt və onun adamları Almaniya işğalı altındakı Norveçin Tonsberq şəhərində naməlum güclərə malik Tesserakt adlı sirli qalıq oğurlayırlar.
Nyu-Yorkda Stiv Rocers müxtəlif sağlamlıq problemlərinə görə İkinci dünya müharibəsi personelinə qəbul edilmir. Yaxın dostu serjant Ceyms "Baki" Barns ilə gələcək texnologiyalar sərgisinə qatılan Rocers yenə orduya seçilməyə cəhd edir. Rocersin Barnsla müharibədə kömək etmək istədiyi barədə etdiyi söhbəti eşidən Abraham Erskin Rocersin orduya qatılmasına kömək edir. O, Erskin, leytenant Çester Filips və Britaniya casusu Peqqi Karterin başçılığı altında "super əsgər" təcrübəsinin bir hissəsi kimi Strateji Elmi Rezervə cəlb edilir. Ersin Rocersin super əsgər olmaq üçün ən uyğun şəxs olduğunu düşünür, lakin Filips bu fikirləri ilə razılaşmır, onu sınamaq üçün yerə boş qumbara atır, amma Rocers cəsarət nümayiş etdirərək özünü qumbaranın üstünə qatır. Təcrübədən öncəki gecə Erskin Rocersə Şmidtin də bu prosedürün düzgün olmayan versiyasına məruz qaldığını və qalıcı yan təsirlərə məruz qaldığını deyir.
Şmidt və Arnim Zola