biryuvalı
bisahib 2021
OBASTAN VİKİ
Non bis in idem
Non bis in idem (lat. Eyni hüquq pozuntusuna görə iki dəfə cəza ola bilməz) — bu prinsipin mənasına görə əvvəllər törətdiyi cinayətə görə məhkum edilmiş şəxsin həmin cinayətə görə təkrarən məhkum edilməsi qadağan edilir. Prinsip Roma mülki hüququnda formalaşmışdır. Lakin mahiyyət etibarilə ümumi hüquqda formalaşmış double jeopardy (autrefois acquit) konsepsiyası ilə eyniyyət təşkil edir. Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Pakt double jeopardy vəziyyətindən azad olmaq hüququna təminat verir, lakin bu, iki dövlət tərəfindən həyata keçirilən təqiblərə şamil edilmir (əgər müvafiq ekstradisiya müqaviləsi bunu qadağan etmirsə). Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statutu non bis in idem prinsipinin fərqli formasını təsbit edir. Beynəlxalq Cinayət Məhkəməsini (BCM) yaradan Roma Statutu müəyyən edir ki, non bis in idem prinsipinin, xüsusilə də Avropa dövlətüstü hüququ ilə müqayisədə xüsusi mənası var. BCM-nin yurisdiksiyası milli qanunvericiliyi tamamlayır və Roma Statutunun 20-ci maddəsi müəyyən edir ki, prinsip ümumi mənada qalsa belə, əgər dövlətüstü məhkəmənin yurisdiksiyasının mövcudluğu kifayət etməzsə, nəzərə alına bilməz. YBCT Nizamnaməsinin 10-cu maddəsi və RBCT Nizamnaməsinin 9-cu maddəsinə görə müvafiq prinsip əsasən ad hoc tribunalının hökmlərinin yerli məhkəmələrdən "daha güclü" olduğunu aydınlaşdırmaq üçün tətbiq edilə bilər. Başqa sözlə, əgər beynəlxalq məhkəmələr eyni cinayətlərə görə artıq cəza müəyyən etmişdirsə, milli məhkəmələr beynəlxalq məhkəmənin yurisdiksiyasında olan cinayətlər üzrə cavabdehlərə qarşı tədbir görə bilməz.
Fruktozo-2,6-bisfosfat
Fruktozo-2,6-bisfosfat (fruktozo-2,6-difosfat, Fr-2,6-F, Fru-2,6-P2) –fosfofruktokinazlar 1(FFK-1) və fruktozo-1,6-bisfosfatazlar (FBFаза-1) — qlükozanı gücləndirir və qlükogenezlərin2 qarşısını alır. Fosfat turşusunun efirlərindən və fruktozadan ibarətdir. Bitkilərdə və heyvanlarda Fr-2,6-F-in sintezi və parçalanması, fosfofruktokinazoy-2/fruktozo-2,6-bisfosfatozoy-2-nin –iki aktiv mərkəzi2 olan bifunksional fermenti ilə həyata keçirilir. Bir molekula AТF-dən istifadə etməklə fruktoza-6-fosfatı fosforlaşdırmaq yolu ilə əmələ gələn Fr-2,6-F, sonradan deqradasiya nəticəsində fruktozo- 6-fosfata və Fн[4][5] ayrılır. == Kəşf olunma tarixi == Fruktozo-2,6-bisfosfat, Qardenin laboratoriyasında Yanq tərəfindən ilk dəfə olaraq mayadan fruktozanın ikiqat efirinin və fosfat turşusunun ayrılmasından 71 il sonra kəşf olunmuş və fruktozo-1,6-bisfosfat6kimi identifikasiya olunmuşdur. 1979-cu ildə dörd qrup tədqiqatçı tərəfindən bildirilmişdir ki, qlükon hormonunun iştirakı ilə inkubasiya olunmuş hepatositlərdə fosfofruktokinaz-1 fermentinin aktivliyinin zəifləməsi baş verir. 1980-ci ildə Emil Van Şaftingen və əməkdaşları7 göstərmişdir ki, gel filtrləmə və ya fermentin təmizlənməsi zamanı effekt yoxa çıxır. Onlar sonra müəyyən etmişlər ki, fosfofruktokinaz-1 aktivliyini gücləndirilməsinə nail olmaq üçün sadəcə qara ciyərin ekstraktının ultramərkəzdənqaçma prosesi zamanı alınan aşağı molekullu fraksiyaya hepatotsiata əlavə etmək kifayətdir. Bu fraksiyadan ayrılan aşağı molekullu stimulyator tədqiqatçılar tərəfindən fruktozo-2,6-bisfosfat8 kimi eyniləşdirilmişdir. == Heyvanlarda qlükozanın metabolizminə təsiri == == Fruktozo-2,6-bisfosfatın sintezi və parçalanması == Fruktozo-2,6-bisfosfat, fosfofruktokinaz-1 allestrik aktivləşdirməklə qlükozanın parçalanmasını stimullaşdırır.
Harnackia bisecta
Harnackia (lat. Harnackia) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. == Növləri == Harnackia bisecta Urb.
II Bist körpüsü
II Bist körpüsü — Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Bist kəndinin şərq tərəfindən keçən Nəsirvazçayın üstündə körpü. Yuxarıdan çatma tağla tamamlanan formada inşa olunmuş körpünün tikilməsində əsasən dağ daşından istifadə olunmuşdur. Çatma hissəsi yonulmuş dağ daşı ilə işlənib. Cənub tərəfdəki həmin daşlardan birinin üzərində “1869”-cu il tarixi yazılmışdır. Fikrimizcə, Rusiyaya birləşdirildikdən sonra, qeyd olunan ildə körpü təmir edilmişdir. Yuxarıdan çatma bağla tamamlanan və “Qozbel körpü”lər qrupuna daxil olan II Bist körpüsü tikinti texnikasına və materialına görə birinci körpü ilə müəyyən oxşar cəhətlərə malikdir. Körpünün uzunluğu 23 metr, eni 10 metr, hündürlüyü 4 metrdir. Bu körpünün salınmasında məqsəd Böyük İpək yolunun bu ərazidən keçən yardımçı qolu ilə hərəkət edən ticarət karvanlarına xidmət etmək və kəndə gediş-gəlişi asanlaşdırmaq olmuşdur. Əlincə mahalı kəndlərindən gələn adamlar bu körpüdən yararlanır, Tiviyə, Parağaçaya, Ordubada və şərqdəki yaşayış məskənlərinə gedir və qayıdır, şərq tərəfdə yaşayanlar da eyni qayda ilə bu körpüdən istifadə edərək qərbə gedirdilər. Körpünün inşa tarixi XVII-XVIII yüzilliyə aid edilir.
I Bist körpüsü
Ordubad rayonunun ucqar, yüksək dağlıq ərazidə yerləşən yaşayış məskənlərindən olan Bist kəndində dövrümüzədək iki körpü qalmışdır. Şərti olaraq I Bist körpüsü adlandırılan körpü kəndin qərb tərəfindən keçən Ələhi çayının üzərində qaba şəkildə yonulmuş boz rəngli dağ daşından və bişmiş kərpicdən yarım dairə formasında inşa edilmişdir. == Memarlıq quruluşu == Körpü bir aşırımlı şəkildə inşa olunmuşdur. Yarım dairə hissəsinin kənarları yonulmuş dağ daşı ilə səliqəli şəkildə işlənmişdir. Uzunluğu 21 metr, eni 3,8 metr, hündürlüyü 10 metrdir. == Tarixi == Oxşar abidələrlə müqayisə edərək körpünü XVII əsrə aid etmək olar. == Mənbə == Hacıfəxrəddin Səfərli. Naxçıvanın türk-islam mədəniyyəti abidələri. Naxçıvan: "Əcəmi" Nəşriyyat Poliqrafiya Birliyi, 2017, 115 s.
Le-Kremlen-Bisetr
Le-Kremlen-Bisetr (fr. Le Kremlin-Bicêtre) — Fransada kommuna, İl-de-Frans regionunun Val-de-Marn departamentinə daxildir, Parisin mərkəzindən 4,5 km məsafədə yerləşir. Kommunanın ərazisində XVII əsrə aid Bisetr hospitalı yerləşir. Le-Kremlen-Bisetr kommunası 1896-cı ildə Jantiya kommunasından ayrılaraq müstəqil olmuşdur. Le-Kremlen-Bisetr adının mənasının bir hissəsi yəni "Kremlen" sözü Moskva Kremlndən gəlir.
Macroseius biscutatus
Macroseius biscutatus (lat. Macroseius biscutatus) — heyvanlar aləminin buğumayaqlılar tipinin hörümçəkkimilər sinfinin mesostigmata dəstəsinin phytoseiidae fəsiləsinin macroseius cinsinə aid heyvan növü.
Metaseiulus bisoni
Metaseiulus bisoni (lat. Metaseiulus bisoni) — heyvanlar aləminin buğumayaqlılar tipinin hörümçəkkimilər sinfinin mesostigmata dəstəsinin phytoseiidae fəsiləsinin metaseiulus cinsinə aid heyvan növü.
Mikania bishopii
Mikania bishopii (lat. Mikania bishopii) — mürəkkəbçiçəklilər fəsiləsinin mikaniya cinsinə aid bitki növü.
Muxtar Bisavad
Muxtar Bisavad Kərpalı oğlu — şair. Muxtar Bisavad Kərpalı oğlu 1847-ci ildə Bakının Maştağa kəndində anadan olmuşdur. Gənc yaşlarından şeirler yazmağa başlamış, özünə "Bisavad" təxəllüsünü götürmüşdür. Bakı-Abşeron kəndlərində keçirilən şeir məclislərində iştirak etmiş, dövrünün şairlərindən, elm adamlarından öyrəndiklərilə savadını artırmış, Nizami, Füzuli, Sədi, Hafiz, Xəyyam, Seyid Əzim kimi sənətkarların yaradıcılığından bəhrələnmişdir. Yaradıcılığında əsas yeri qəzəl, növhə tutmuş, lakin təmsillər, felyetonlar həcvlər də yazmışdır. Məcməüş-şüəra ədəbi məclisinin üzvü olmuşdur. Şair 1938-ci ildə ruhi xəstəlikdən vəfat etmiş, Buzovnada dəfn olunmuşdur.
Narcissus biscrenatus
Tazet nərgizgülü (lat. Narcissus tazetta) — nərgizgülü cinsinə aid bitki növü. Hermione ambigena Salisb. Hermione amoena Jord. & Fourr. Hermione antipolensis Jord. & Fourr. Hermione aperticorona Haw. Hermione auranticorona Haw. Hermione biancae Tod.
Natrium bisulfit
Natrium bisulfit və ya natrium hidrosulfit - natrium və sulfit turşusunun turş duzudur. Bozumtul ağ tozdur. Suda və qələvilərin duru məhlullarında yaxşı həll olur. Natrium hidroksidin kükürd (IV) oksidlə reaksiyasından: NaOH+SO2→NaHSO3 Ditionitın isti su ilə reaksiya nəticəsində: 2Na2S2O4+H2O→2NaHSO3+Na2S2O3 Durulaşdırılmış ditionitın oksidləşmə reaksiyası nəticəsində: 2Na2S2O4+H2O+O2→4NaHSO3 Qızdırıldıqda parçalanır: 2NaHSO3→Na2SO3+SO2+H2O Kaliy xloratla reaksiya qirir: KClO3+NaHSO3→KNaSO3+HClO3 HClO3+4NaHSO3→3NaHSO4+H2SO3+NaCl Yeyinti sənayesində konservant kimi, şərabçılıqda çaxırın oksidləşməsinin qarşısını almaq və ilkin dadını saxlamaq məqsədi ilə, kimya sənayesində reduksiyaedici, tekstil sənayesində ağardıcı kimi, dəri işində sukeçirməzlik və daha çox davamlılıq vermək üçün istifadə olunur. Реми Г. «Курс неорганической химии» М.: Иностранная литература, 1963 Ə.B.Əliyev.Qeyri-üzvi kimya. Bakı 2007.
Otto Bismark
Otto Eduard Leopold fon Bismark-Şönhauzen (alm. Otto Eduard Leopold von Bismarck-Schönhausen‎; 1 aprel 1815[…], Şönhauzen, Prussiya – 30 iyul 1898[…]) — alman dövlət xadimi və XIX əsr dünya siyasətinə ciddi təsir etmiş şəxs. 1862–1890-cı illərdə Prussiyanın əvvəlcə nazir-prezidenti (alm. Ministerpräsident‎) olmuş, sonra isə kansleri kimi Almaniyanın birləşdirilməsi məsələsi ilə məşğul olmuşdur. 1867-ci ildə Şimali Alman İttifaqının, 1871-ci ildə isə birləşmiş Almaniya İmperiyasının ilk kansleri olmuş və yeni dövlətin möhkəmlənməsi üçün mühüm işlər görmüşdür. Bismark Şönhauzen qrafı, Lauenburq hersoqu, Bismark şahzadəsi titullarını daşımış, general-feldmarşal statusunda general-polkovnik rütbəsinə layiq görülmüşdür. Sərt diplomatiyası və güclü idarəçiliyinə görə ona "dəmir kansler" ləqəbi vermişdilər. Otto fon Bismark 1815-ci il aprel ayının 1-də Berlindən qərbdə yerləşən Prussiya əyaləti olan Brandenburqda yerləşən Şönhauzendə (indiki Saksoniya-Anhalt torpağı) Karl Vilhelm Ferdinand fon Bismark (1771–1845) və Vilhelmina Luiza Menkenin (1790–1839) kiçik zadəgan ailəsində dünyaya gəlmişdir. Ailənin ikinci oğlan uşağı olan Otto öz uşaqlıq illərinin ilk vaxtlarını Hinterpommerndə Nauqard şəhərində keçirmişdir. Atası Karl Vilhelm Ferdinand fon Bismark mülkiyyətçi və Prussiya ordusunun keçmiş zabiti, anası Luiza Menke Berlin hökumətində yüksəkvəzifəli məmurun qızı idi.
Otto fon Bismark

Otto fon Bismarkın ittifaqlar sistemi
Bismarkın İttifaqlar Sistemi (alm. Bündnispolitik Otto von Bismarcks‎); 1872-1915) — Otto fon Bismarkın Alman imperiyası üçün düşündüyü, savaş ehtimalı içərisində ən çətini olanı-Rusiya imperiyası və Fransa Respublikası ilə eyni anda ediləcək olan iki cəhbəli müharibənın qarşısını almaq idi. Almaniya hərbi gücünə görə Avropanın ən güclü dövləti idi, lakin Rusiya və Fransanın ittifaqının reallaşacağı təqdirdə ikiyə bölünəcək Alman ordusu zəifləyən gücü səbəbi ilə məğlub olacaqdı.Buna görə də, Otto fon Bismark Avstriya-Macarıstan imperiyası ilə və Rusiya imperiyası ilə 1872-ci ildə Üç İmperator İttifaqını qurdu. Müqəddəs İttifaqdan qalma Alman-Slavyan-İtalyan-Polyak (Lex) birliyi bunun sayəsində davam etməli idi. 1875-1878 Böyük Şərq Problemi və ya Balkan Probleminə görə Üç İmperator İttifaqı dağıldı. 1879-cu ildə Almaniya və Avstriya arasında qalan ittifaq İkilər İttifaqı ilə gücləndirildi və bu müqavilə ilə Avstriyanın qərarları bir tərəfdən Almaniyaya bağlandı. 1881-ci ildə Rusiya ilə yenidən razılaşan Bismark İkinci Üç İmperator İttifaqını qurdu. 1882-ci ildə İtaliya Krallığı 1879-cu ildə 1879-cu ildə imzalanan Almaniya-Avstriya ikili ittifaqına alınaraq rəsmən Üçlər ittifaqı oldu. 1885-1886-cı illərdə Avropadakı milliyətçi hərəkatlar Rusiya ilə Avstriyanın münasibətlərini pozunca, Bismark çıxış yolu kimi Rusiya ilə Avstriyanın Almaniya ilə ayrı-ayrı ittifaqda olmasını təmin etdi və 1887-ci ildə Alman-Rus Qarşılıqlı Hücüm Etməmə haqqında müqavilə imzalandı. 1908-ci ildə Bosniya Problemi]]nə qədər həqiqətən uğurlu olan II Üç İmperator Birliyi, Balkanlar üzərindəki Rusiya-Avstriya mənfəət çatışmalarına görə qüvvədən düşdü.
Otto von Bismark
Otto Eduard Leopold fon Bismark-Şönhauzen (alm. Otto Eduard Leopold von Bismarck-Schönhausen‎; 1 aprel 1815[…], Şönhauzen, Prussiya – 30 iyul 1898[…]) — alman dövlət xadimi və XIX əsr dünya siyasətinə ciddi təsir etmiş şəxs. 1862–1890-cı illərdə Prussiyanın əvvəlcə nazir-prezidenti (alm. Ministerpräsident‎) olmuş, sonra isə kansleri kimi Almaniyanın birləşdirilməsi məsələsi ilə məşğul olmuşdur. 1867-ci ildə Şimali Alman İttifaqının, 1871-ci ildə isə birləşmiş Almaniya İmperiyasının ilk kansleri olmuş və yeni dövlətin möhkəmlənməsi üçün mühüm işlər görmüşdür. Bismark Şönhauzen qrafı, Lauenburq hersoqu, Bismark şahzadəsi titullarını daşımış, general-feldmarşal statusunda general-polkovnik rütbəsinə layiq görülmüşdür. Sərt diplomatiyası və güclü idarəçiliyinə görə ona "dəmir kansler" ləqəbi vermişdilər. Otto fon Bismark 1815-ci il aprel ayının 1-də Berlindən qərbdə yerləşən Prussiya əyaləti olan Brandenburqda yerləşən Şönhauzendə (indiki Saksoniya-Anhalt torpağı) Karl Vilhelm Ferdinand fon Bismark (1771–1845) və Vilhelmina Luiza Menkenin (1790–1839) kiçik zadəgan ailəsində dünyaya gəlmişdir. Ailənin ikinci oğlan uşağı olan Otto öz uşaqlıq illərinin ilk vaxtlarını Hinterpommerndə Nauqard şəhərində keçirmişdir. Atası Karl Vilhelm Ferdinand fon Bismark mülkiyyətçi və Prussiya ordusunun keçmiş zabiti, anası Luiza Menke Berlin hökumətində yüksəkvəzifəli məmurun qızı idi.
Persi Bisş Şelli
Persi Biş Şelli (4 avqust 1792[…], Horşam[d], Uest Sasseks[d][…] – 8 iyul 1822[…], Speziya, Liquriya və ya Viarecco, Toskana) — ingilis ədəbiyyatı və romantizm dövrünin ən əhəmiyyətli şairlərindən biri. Etonda təhsil almışdır. 1811-ci ildə yazdığı "Ateizmin lazımlılığı" adlı məqaləsinə görə Aksforddan atıldı və atası tərəfindən də rədd edilmiş və Londona getmişdir. Orada Harriet Vestbruk adlı bir qadınla evlənmişdir.
Persicaria bistorta
İlanvari qırxbuğum (lat. Polygonum bistorta) — qırxbuğum cinsinə aid bitki növü.
Phyllorchis biseta
Bulbophyllum bisetum (lat. Bulbophyllum bisetum) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin səhləbkimilər fəsiləsinin bulbofillium cinsinə aid bitki növü. Nepaldan Taylanda qədər yayılmışdır. Bolbophyllaria biseta (Lindl.) Rchb.f. Bulbophyllum cirrhopetaloides Griff.
Phyllorkis biseta

Pleurothallis bistuberculata
Acianthera recurva (lat. Acianthera recurva) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin səhləbkimilər fəsiləsinin acianthera cinsinə aid bitki növü. Humboltia recurva (Lindl.) Kuntze Pleurothallis recurva Lindl.
Polygonum bistorta
İlanvari qırxbuğum (lat. Polygonum bistorta) — qırxbuğum cinsinə aid bitki növü.
Polygonum bistortoides
İlanvari qırxbuğum (lat. Polygonum bistorta) — qırxbuğum cinsinə aid bitki növü.
Povajska Bistritsa
Povajska Bistritsa (slovak. Považská Bystrica, alm. Waagbistritz‎, mac. Vágbeszterce, bəzən rus. Поважская Быстрица) — Slovakiyanın şimal-qərbində Vaq çayının sahilində, Trençin bölgəsində şəhər. Əhalisi 42 320 nəfərdir (2004-cü il). Şəhərin adı ilk dəfə 1316-cı ildə macar səlnamələrində qeyd edilib. Şəhərin tarixi yaxınlıqda yerləşən və XIII əsrdə inşa edilən Bistritsa qəsri ilə sıx bağlıdır. 1918-ci ildə Bratislavadan buraya «Rot» silah istehsal edən zavod köçürülür və məhz bundan sonra, şəhərin sənayeləşdirilmə prosesinə start verilir. Povaj şəhəri bir neçə hissəyə bölünür, şəhər 11 kiçik rayona bölünür (bunlar əvvəllər müstəqil bələdiyyələr idi).
Qvineya Bisau bayrağı
Qvineya-Bisau bayrağı — Qvineya-Bisaunun Dövlət bayrağı

Значение слова в других словарях