bisahiblik 2021
bisavadlıq
OBASTAN VİKİ
Bisavad Teymur
Bisavad Teymur və ya Aşıq Teymur Əhmədov (1903, Tap Qaraqoyunlu, Goranboy rayonu – 1981) — el şairi == Həyatı == Teymur Əsgər oğlu Əhmədov 1903-cü ildə Cavanşir qəzasının Tap Qaraqoyunlu (indiki Goranboy rayonu) anadan olmuşdur. Savadsızlığından dolayı "Bisavad" təxəllüsü daşıyırdı. Zəngin yaradıcılıq yolu keşmişdir. Şeirlərinin əlyazması ailəsində saxlanılır. Aşıq şeirinin müxtəlif formalarında bir-birindən maraqlı nümunələr yaratmışdır. Çap olunan şeirləri onun kifayət qədər güclü istedada ma lik olmasından xəbər verir. Klassik ədəbiyyatın mükəmməl bilicilə rindən olan sənətkar xalq şeiri üslubunda yazmağa üstünlük vermişdir. == Ailəsi == Teymurun kiçik yaşlarından atası ölmüş, anasının himayəsində yaşamışdır. El şairinin oğlu Mirzə Əsgərovdur.
Muxtar Bisavad
Muxtar Bisavad Kərpalı oğlu — şair. Muxtar Bisavad Kərpalı oğlu 1847-ci ildə Bakının Maştağa kəndində anadan olmuşdur. Gənc yaşlarından şeirler yazmağa başlamış, özünə "Bisavad" təxəllüsünü götürmüşdür. Bakı-Abşeron kəndlərində keçirilən şeir məclislərində iştirak etmiş, dövrünün şairlərindən, elm adamlarından öyrəndiklərilə savadını artırmış, Nizami, Füzuli, Sədi, Hafiz, Xəyyam, Seyid Əzim kimi sənətkarların yaradıcılığından bəhrələnmişdir. Yaradıcılığında əsas yeri qəzəl, növhə tutmuş, lakin təmsillər, felyetonlar həcvlər də yazmışdır. Məcməüş-şüəra ədəbi məclisinin üzvü olmuşdur. Şair 1938-ci ildə ruhi xəstəlikdən vəfat etmiş, Buzovnada dəfn olunmuşdur.

Значение слова в других словарях