biyabanlıq
biyanlıq
OBASTAN VİKİ
Biyan
Biyan (lat. Glycyrrhiza) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinə aid bitki cinsi. Biyan qiymətli texniki bitkilərdən biridir. Biyan latın dilində "qlisseraza" adlanır,"şirin kök" mənasını verir. Biyan bitkisinin dünyada 18 növü yayılmışdır. Azərbaycanda onun 8 növünə təsadüf olunur. Şirinbiyan Azərbaycan çöllərində heç bir qulluq, qayğı görmədən külli miqdarda yetişir. Bu bitki Azərbaycanın Kür-Araz, Samur-Dəvəçi ovalıqlarında, Xəzərsahili düzənliklərdə, Muğanda, Qobustanda, Abşeronda, Alazan-Əyriçay vadisində, Kürdəmirdə, Ucarda,Qazaxda, Bərdədə, Böyük Qafqazın şimal-şərqində, Kiçik Qafqazın mərkəzi və cənub hissələrində, Naxçıvanın düzənliklərində yayılmışdır. == Sinonimləri == === Heterotipik sinonimləri === Clidanthera R.Br. Liquiritia Medik.
Tüksüz biyan
Tüksüz biyan (lat. Glycyrrhiza glabra) — paxlakimilər fəsiləsinin biyan cinsindən olan çoxillik ot bitkisi. Hündürlüyü 1,5 m-ə qədər, yoğun və dərin kökü vardır. Gövdəsi, yarpaqlarının saplaq və oxları, eləcə də çiçək qrupu qısa tüklüdür. Yarpaqları ardıcıl 9-15 yarpaqcıqlardan ibarət, mürəkkəb lələkvaridir, yarpaqcıqlar uzunsov yumurtavaridir, alt tərəfindən bir qədər parıltılı, xırda qatranlı vəziciklərin mövcudluğu səbəbindən yapışqanlıdır. Çiçəkləri xırda, açıq bənövşəyi rəngdədir. Meyvəsi qonur rəngli, yasti-uazunsov lobyavari, bir və ya bir neçə toxumludur. Kökünün rəngi sarı, iyi zəif, dadı isə şirindir. İyun-iyul aylarında çiçəkləyərək iyul-sentyabr aylarında meyvə verir. Quba, Qusar, Xaçmaz, Füzuli, Laçın, Zəngilan, Cəbrayıl, Qubadlı rayonlarında, Samur-Dəvəçi, Xəzəryanı, Kür- Araz və Lənkəran ovalıqlarında, Kür və Naxçıvan düzənliklərində, Abşeronda və Qobustanda arandan dağətəyi hündürlük qurşagına kimi (dəniz səviyyəsindən 400 m-ə qədər) rast gəlinir.
Vəzili biyan
Çılpaq biyan
Şirinbiyan (lat. Glycyrrhiza glabra) — biyan cinsinə aid bitki növü. Şirinbiyan bitkisi Paxlalılar fəsiləsinə daxildir. Biyan latın dilində qlisseraza deməkdir. Lüğəti mənası şirin kök deməkdir. Biyan cinsinin dünya florasının tərkibində 18 növü yayılmışdır. Azərbaycanda 8 növünə təsadüf olunur. Bunlardan ən geniş yayılanı şirinbiyandır – Glyeyrrhiza glabra. Bu, çoxillik yarımkol bitki olub, iri yeraltı kök sisteminə malikdir. Ana kökdən yanlara çoxlu xırda yan köklər ayrılır.
Biyanyarpaq gəvən
Biyanyarpaq gəvən (lat. Astragalus glycyphyllos) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin gəvən cinsinə aid bitki növü. == Sinonimləri == === Homotipik sinonimləri === Hamosa glycyphyllos (L.) Medik. Hedyphylla glycyphylla (L.) Rydb. Hedyphylla vulgaris Steven Tragacantha glycyphyllos (L.) Kuntze === Heterotipik sinonimləri === Astragalus gliciphyllos Neck. Astragalus glycyphyllos proles bosniacus (Beck) Asch. & Graebn. Astragalus glycyphyllos f. bosniacus Beck Astragalus glycyphyllos var. rotundifolius Čelak.
Biyançəli (Maku)
Biyançəli — İranın Qərbi Azərbaycan ostanında kənd.. == Coğrafi yerləşməsi == Maku şəhristanının Poldəşt bölgəsinin Sarı Subasar kəndistanında, Poldəşt qəsəbəsindən 26,5 km. cənub-qərbdə, Maku-Poldəşt avtomobil yolunun üstündədir.
Bulon-Biyankur
Bulon-Biyankur (fr. Boulogne-Billancourt) — Fransada şəhər. Parisin cənub-qərbində sənaye peyki. == Əhalisi == Əhalisi 116,2 min (2011) nəfərdir. == Coğrafiyası == Sena çayının döngəsində, Bulon meşəsinin kənarındadır. == Tarixi == 1924-cü ilə qədər Bulon-sür-Sen adlanırdı. Şəhərdə 1920–30-cu illərin tikililəri (memarlar Le Korbüzye, J. Fidler, J. Pinqusson və b.) saxlanılmışdır. == Memarlığı == 30-cu illər muzeyi (1998-ci ildə yaradılmışdır; 1920–30-cu illərin boyakarlıq, heykəltaraşlıq, dekorativ-tətbiqi sənət kolleksiyası) fəaliyyət göstərir. Avtomobil (o cümlədən “Reno” zavodları) və aviasiya sənayesi; dəzgah və alətlər, elektrotexnika və elektron məhsulları, kimyəvi preparatlar, telefon aparatları; ətriyyat istehsalı inkişaf etmişdir.
Bulon-Biyankur (rayon)
Bonvil (fr. Bonneville) — Fransanın İl-de-Frans regionun rayonlarından (fr. Arrondissement) biri . Departamenti — O-de-Sen. Suprefektura — Bulon-Biyankur. Rayonun əhalisi 2006-cı ildə 173 495 nəfər təşkil edirdi. Əhalinin sıxlığı — 111 nəf / km² . Rayon ərazisi — 1558 km².
Korjinski biyanı
Ural biyanı
Ural biyanı (lat. Glycyrrhiza uralensis) — biyan cinsinə aid bitki növü. 60-80, bəzən isə 150 sm-ə qədər hündürlüyü ola bilən çoxillik ot btkisidir. Gövdəsi dik qalxır, möhkəmdir, şaxəli-budaqlıdır, qısa tükcüklüdür, bəzən kələkötül vəzilərlə örtülü olur. Yarpaqcıqları 5-17 (19) ədəd olmaqla yerləşir və uzunsov, ellips formasında, lanset formasında, aşağı hissəsində adi vəzilər yerləşməklə ümumi saplaq üzərində düzülmüşdür və teztöküləndir. Salxımları uzunsovdur, lətli və yumşaqdır. Yarpaqdan bir az qısa olur. Çiçək tacı açıq-bənövşəyi rəngdə olub uzunluğu 10-12 mm-ə çatır. Kasacıq yarpaqları birvaridir (uc hissədən əyilmiş formada), kasacıq uzunluğunda və ya ondan nisbətən uzun olur. paxlameyvəsi az-çox itburnu meyvəsi tipli-vəzili olur, uzunsovdur və qalınqabıqlıdır və bozumtul rəngdə olur.

Значение слова в других словарях