blokyaratma 2021
bloqçu
OBASTAN VİKİ
Bloq
Bloq – (ing. blog — şəbəkə jurnalı və ya hadisələr gündəliyi) fərdi jurnal olub, informasiyanı, fikirləri, şərhləri və müxtəlif tipli hiper əlaqələri özündə toplayan veb-saytdır. İngilis dilindəki “web” və “log” sözlərinin birləşməsindən alınan “weblog” sözlüyünün zamanla təhrif olunmuş formasıdır. Hazırda bloqlar ən güclü Veb 2.0 və yeni media alətlərindən biri hesab olunur. Bloqçu (blogger) – bloq yaradan insandır. Bloq, əsasən yenidən köhnəyə doğru sıralanmış yazıların və şərhlərin yayımlandığı bir saytdır. Demək olar ki, bloq saytlarındakı şərhlər həmin bloqun əsas hərəkətverici qüvvəsidir. Şərhlərin sayəsində bloq müəllifi ilə oxucular arasında rabitə yaranır. Zaman keçdikcə bloqlarda yazılardan əlavə video, mp3, kiçik çat pəncərəsi və s. bir çox yeniliklər də mövcud olmağa başlamışdır.
Agent Herrit: Bloq müharibəsi
Agent Herrit: Bloq müharibəsi — 2010-cü ildə çəkilən orijinal Disney Channel filmidir.
Agent Herrit: Bloq müharibəsi (film, 2010)
Agent Herrit: Bloq müharibəsi — 2010-cü ildə çəkilən orijinal Disney Channel filmidir.
Bloqosfer (tədbir)
Bloqosfer – Azərbaycanda bloqçuların və yeni media mütəxəssislərinin forumu. 2010-cu ildən bəri hər il keçirilir. Bloqosfer forumunun məqsədi bloqçuları, yeni media mütəxəssislərini, İnternetə aidiyyatı olan müxtəlif qurumları və ümumilikdə İnternet ictimaiyyətini bir araya toplayaraq Azərbaycanda bloqçuluğun, yeni media və sosial medianın düzgün inkişafı istiqamətində təkliflər hazırlamaqdır.Forum Azərbaycanda 2010-cu ildən etibarən keçirilir. 2011-cci ildə Bloqosferdə 130-dan çox mütəxəssis iştirak etmişdir.
Bloqosfera
Bloqosfera (ing. blogosphere – bloq dünyası) – termini noosfera və bu kimi terminlərə analoji olaraq yaranmış, birlik və ya sosial şəbəkələrə oxşar “bloqlar toplusunu” özündə əks etdirir. 1999-cu ilin avqustunda San-Fransisko şəhərində (ABŞ) yerləşən Pyra Labs kompüter şirkəti ilk dəfə ödənişsiz, kütləvi istifadəyə yararlı və çox sadə istifadə vasitələri olan bloq saytı (Blogger.com) yaratdı. Sonradan bu sayt Google şirkəti tərəfindən alındı. Məhz Blogger çoxlu sayda bloqların yaranmasına və yeni noosfera olan bloqosferanın sürətlə inkişafına təkan verdi. == Yaranma tarixi == Bu ifadə ilk dəfə 10 sentyabr 1999-cu il tarixində Bred Qrehem (Brad Graham) tərəfindən zarafatla işlədilmişdir. İfadə ingilis dilində belə səslənirdi: “Goodbye, cyberspace! Hello, blogiverse? Blogosphere? Blogmos?”.
Hüseyn Həsənov (bloqer)
Hüseyn Həsənov (5 iyun 1994, Sankt-Peterburq) — Azərbaycan əsilli Rusiyalı video bloqer. == Bioqrafiya == 5 iyun 1994-cü ildə Sankt-Peterburqda anadan olub.Məktəbi bitirdikdən sonra Sankt-Peterburq Dövlət İqtisad Universitetinə daxil olub, 2015-ci ildə oranı bitirir. Həmin il xəstə olan atası Hüseynə restoran biznesini təhfil verir.. Təhsil aldığı müddətdə KVN-də çıxış edirdibundan sonra Hüseyn Həsənov videolar yaratmağa və bloqunu davam etdirməyə başlayır. 2017-ci ildə "İlin Kişi Bloqeri" nominasiyasında LF City Awards mükafatına layiq görülüb. 2018-ci ildə Cosmopolitanə görə Runet-də ən nüfuzlu 10 insanı sırasına daxil olub. Elə həmin il Hüseyn Həsənov MC Doni və Lucy Chebotina-nın "Randevu" treki üçün çəkilmiş klipində rol aldı . İnstaqramda baxış sayına görə də rekord vurdu, bloqqerin videosuna 12 milyondan çox izləmə topladı. 2018-ci ildə Vladimir Putinlə keçirdiyi mətbuat konfransında Hüseyn Həsənov Telegram-ın bloklanması ilə bağlı sual verdi. Sonra o, " Əhval rəngim mavi" mahnısına parodiyasını - " Əhval rəngi qırmızı" buraxmağa qərar verdi.
Bloqer