Pyrus boissieriana
Buasye armudu (lat. Pyrus boissieriana) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin armud cinsinə aid bitki növü.
5m-ə qədər hündürlüyündə ağac və ya koldur. Yarpaqları dairəvi-yumurtavari və ya ovalşəkillidir, küt, itidişli, 2-3 sm uzunluğunda və enindədir. Üstdən tükcüksüz, parlaq, yaşıl, quruyan zaman qaralan, alt hissədən damarlar boyu seyrək tükcüklüdür; saplağı nazikdir. Çiçəkləri xırda şüalı, qalxanvari çiçək qrupunda yerləşəndir. Meyvələri xırdadır, 1-1,5 sm diametrindədir; kürəvari və ya nisbətən yastı, xırda, sarımtıl, vəzilidir, parıldayan, qırmızımtıldır; meyvə saplağı nazik, meyvədən 2-3 dəfə böyükdür.
Aprel ayında çiçəkləyir. Meyvələri avqustda yetişir. Tozlanması — entomofildir.