Box

die; -, -en 1. (Behälter mit Deckel) qutu, sandıq; 2.(Lautsprecher) səsgüclendiren, səsucaldan; 3. (für Pferde) tövlə
Bowlingbahn
boxen
OBASTAN VİKİ
Kodansha Box
Kodansha Box (講談社BOX) – Yaponiyanın əsas nəşriyyatlarından biri olan Kodansha-nın nəşriyyat xətti. Hər bir buraxılan kitab gümüş üzlüklə nəşr olunur. Katsuşi Ota tərəfindən təkbaşına redaktə olunan kitablar barədə müəllif deyir: "Yeniyetmə psixologiyasının mövzularına əsaslanan əsərlər kolleksiyası. Ümid edirəm ki, bu, bir gün Yaponiya populyar mədəniyyətinin indeksinin bir növünə çevriləcək". Kodansha Box nəşrə 2006-cı ilin noyabrında "Hər şey qutulaşdırılıb" şüarı ilə başlamışdır. == Töhfəçilər == Nisio İsin Ryuusui Seyryoin Kinoko Nasu Otaro Mayco Ryukishi07 == Pandora == 2008-ci ilin fevralında Kodansha Box "Pandora" adlı ədəbi jurnal nəşr etməyə başlamışdır. Jurnalın şüarına görə sən heç vaxt növbəti buraxılışda nələrin olacağını bilməyəcəksən.
Home Box Office
Home Box Office (abr. HBO; tələffüzü: eyç-bi-ou) — ABŞ kabel və peyk teleşəbəkəsi. Teleşəbəkənin sahibi «AT&T» şirkətinin bir mülkü olan «WarnerMedia» şirkətinin bir mülkü olan «Home Box Office, Inc.» şirkətidir. Teleşəbəkədə yayımlanan verilişlər əsasən bədii kinofilmlər, orijinal teleseriallar, eləcə də sənədli filmlər, komediya şouları və konsertlərdən ibarətdir. «HBO» ABŞ-dəki ən köhnə və uzun müddət fəaliyyət göstərən kabel xidmətidir. Teleşəbəkə 8 noyabr 1972-ci ildə təsis edilmişdir. 2015-ci ildə «HBO» teleşəbəkəsinin qazancı 1.880.000.000 ABŞ dolları idi. Növbəti il 2016-cı ildə bu miqdar 1.930.000.000 ABŞ dolları olmuşdur. Həmin il «HBO» teleşəbəkəsinin dünyada 130.000.000 abunəçisi var idi. Teleşəbəkə «HBO Comedy», «HBO Latino», «HBO Signature» və «HBO Family» daxil olmaqla yeddi 24 saatlıq multipleks kanalı nümayiş etdirir.
Internet-in-a-Box
Internet-in-a-Box — yaxınlıqdakı istifadəçilərin əlaqə saxlaya biləcəyi, simsiz giriş nöqtəsindən ibarət ucuz qiymətli bir rəqamsal kitabxanadır. Avadanlıq və proqram təminatı sahəsində həyata keçirilməsinə 2012-ci ildən başlanılıb. İndiyə qədər daha da təkmilləşdirilmişdir. 2017-ci ildən etibarən onun avadanlıqları əvəzedici yaddaş kartı olan Raspberry Pi-dən ibarətdir. 2016-cı ildə Kolumbiya Universitetinin İnkişaf Tətbiqi İctimai İdarəsinin mütəxəssisləri Dominikan Respublikasında bu qutulardan istifadə edərək üç ay araşdırma aparmışdırlar. == Rəqəmsal kitabxana == Bu rəqəmsal kitabxana bir neçə moduldan ibarətdir. Modullara nümunə olaraq, Vikipediyanı müəyyən bir dil versiyası, Vikipediyanın Tibbi Ensiklopediyası, Xan Akademiyasını və OpenStreetMap daxildir . == Tarixi == Konsepsiya, uşaqların məktəb server layihəsi üzrə bir noutbukdan hazırlanmağa başlamışdır.
The Empty Box and Zeroth Maria
The Empty Box and Zeroth Maria, Yaponiyada tanınan adı ilə Utsuro no Hako to Zero no Maria (空ろの箱と零のマリア, azərb. Boş qutu və sıfırıncı Mariya‎) və ya qısaca Hakomari (箱マリ) — Tetsuonun rəssamlığı ilə Eyci Mikaqe tərəfindən yazılmış ranobe seriyası. 10 yanvar 2009-cu ildən 10 iyun 2015-ci ilə kimi ASCII Media Works nəşriyyatı tərəfindən 7 cildi buraxılmışdır. Polşada Waneko, Şimali Amerikada Yen Press nəşriyyatı tərəfindən lisenziyalaşdırılmışdır. Kazuki Hoşino adi lisey tələbəsidir. Normal gündəlik həyat tərzi keçirir, dostları ilə əylənir. Lakin məktəb ilinin başa çatmasına bir gün qalmış – 2 martda onun sinfinə Aya Otonaşi adlı gözəl qızın gələcəyi məlum olur. Otonaşi sinfə daxil olar-olmaz üzünü Kazukiyə çevirərək bu sözləri deyir: "Mən səni məğlub etməyə gəlmişəm. Bu mənim 13.118-ci məktəb transferimdir və mənim belə bu qədər təkrardan sonra narahat olmamam əldə deyil. Buna görə də dəyişiklik olsun deyə bu dəfə müharibə elan edirəm".
The Empty Box and the Zeroth Maria

Boxan
Bo Xan - monqol və buryat mifologiyasında Uryanxay boyunun atası olan adam. Böyük bir döyüşçüdür. Bir nur içində müqəddəs bir dağın təpəsinə enən ilk yoldaşı və torpaqdan çıxıb gələn ikinci yoldaşı nəsillərinin ortaya çıxmasını təmin edər. Bunlar Oğuz Kağanın iki yoldaşını tapmasını xatırlatmaqdadır. == Etimologiya == (Bog / Boğ) kökündən törəmişdir. Bolmaq (olmaq) və boğmaq mənası daşıyır. Monqol və kalmık dilində Bö (Böğö) şaman, Bogd / Bogdan isə övliya mənalarını verər, bu sözlərlə əlaqəli ola bilər. Yenə monqolcada Boh güləşçi deməkdir. Tunqus dilində "Buguca" totem deməkdir.
Boxara (Şaran)
Boxara (başq. Бохара, rus. Бухара) — Başqırdıstan Respublikasının Şaran rayonunda yerləşən kənd. Kənd Tübənqe Zəyet kənd şurası nın tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Şaran): 40 km, kənd sovetliyindən (Tübənqe Zəyet): 10 km. ən yaxın dəmiryol stansiyasından (Tuymazı stansiyası): 10 km. == Əhali == === Milli tərkibi === 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə başqırdlar (100 %) üstünlük təşkil edir.
Boxayvan
Boxayvan (çin. 南海) — Sakit okeanda Sarı dənizin şimal-qərb hissəsində, Çinin sahilində yerləşir. Dənizin uzunluğu 280 km, dərin yeri isə 40 metr təşkil edir. Onu açıq dənizdən cənub hissədə Şandun yarımadası, şərq hissədə isə Lyodun yarımadası ilə ayrılır. Qışda dənizin sahil hissələri donur. Dənizə Xuanxe, Xayxe və Lyoxe çayları axır. Çinlilər görə sahəcə Bohai dənizi bəzənsə Bo dənizi adladırırlar. Dənizin qərbində Bohai körfəzi, şimal hissədə Lyodun körfəzi, cənub hissədə isə Laycjou körfəzi yerləşir. Dənizdə balıqçılıq inkişaf etdirilmişdir. Şelf hissədə neft yataqları aşkarlanmışdır.
Boxinsko gölü
Boxinsko gölü (sloven. Bohinjsko jezero, alm. Wocheiner See‎) — Sloveniya ərazisində yerləşən sahəsinə görə ən böyük göl. Gölün sahəsi 3,18 km²-dir. Əslində Şerknisa gölü 30 km² əraziyə malik olsa da quraq mövsümdə ərazisi tamamən quruyur. Göl 525 m dəniz səviyyəsindən yuxarıda, Boxin icması ərazisində yerləşir. Triqlav Milli Parının ərazisinə də daxildir. == Coğrafiya == Göl 4,2 km məsafədə uzanır. Maksimal eni isə 1 kilometrə yaxındır. Buzlaq mənşəlli göldür.
Boxotnitsa
Bochotnica — Cənub-Şərqi Polşada kənd.
Boxum
Boxum (alm. Bochum‎) — Almaniyada şəhər. Əhalisinin sayına görə (365.742) Almaniyanın 16-cı ən böyük şəhəridir.
Boxum Rur Universiteti
Boxum Rur Universiteti (alm. Ruhr-Universität Bochum‎) — Almaniyanın Boxum şəhərində yerləşən ali təhsil müəssisəsi. == Tarixi == Universitetin əsası 1962-ci ildə qoyulmuşdur. == Xarici əlaqələri == Utrext Şəbəkəsinin üzvüdür.
Callista boxaleii
Dendrobium gratiosissimum (lat. Dendrobium gratiosissimum) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin səhləbkimilər fəsiləsinin dendrobium cinsinə aid bitki növü. == Sinonimləri == === Homotipik sinonimləri === Callista gratiosissima (Rchb.f.) Kuntze === Heterotipik sinonimləri === Callista boxaleii (Rchb.f.) Kuntze Dendrobium boxallii Rchb.f.
Dendrobium boxallii

Porsche Boxster
Porsche Boxster — Porşe şirkətinin istehsal etdiyi avtomobil. 2004-cü ildə ikinci nəsil avtomobil olan Porsche Boxster 1996-cı ildən istehsal olunan Porsche 968-in bazasında yaradılıb.

Значение слова в других словарях