BOZQIR

(çöl) EKOSİSTEMLƏRİ arid kontinental iqlim şəraitində əsasən kserofil taxıl dominantlığı ilə formalaşan ekosistemlər. Azərbaycan Respublikasında bozqır ekosistemlərinə Böyük Qafqazda – Bozqır yaylada və Kiçik Qafqazın dağətəyi zonasında rast gəlinir. Burada yarımsəhra – bozqır bitkiləri (yovşan, ziyilotu, tonqalotu, bozqır pişikquyruğu, çobantoxmağı) yayılmışdır. Ağac və kol növlərindən qaratikan, ardıc, topulqa, dağdağan, iydəyarpaq armud, gürcü ağca-qayını və badama rast gəlinir. Qəhvəyi bozqırlaşmış, boz-qəhvəyi və şabalıdı torpaq tipləri yayıl-mışdır. Biçənək və ya otlaq kimi, bəzən isə kənd təsərrüfatı bitkiləri altında istifadə olunur. Tədqiqatçıların (Qrosheym, Qulisaşvili, Prilipko) fikrincə Zaqafqaziyada, o cümlədən Azərbaycanda ilkin bozqır yoxdur və müasir bozqır ekosistemləri meşə örtüyünün yox edilməsilə əlaqədardır.
BOĞAZ
BRİZLƏR
OBASTAN VİKİ
Bozqır
Çöl — əsasən düzənlik və alçaq təpəliklərdən ibarət olmaqla Yerin meşə zolağından cənuba doğru başlayır. Əsasən kserofil və mezokserofil ot bitkilərindən ibarət meşəsiz ərazidir. Çöllər üçün qara və şabalıdı torpaq səciyyəvidir. Çöllərin bitkiləri başlıca olaraq ağ ot, dovşanotu və s. dənli bitkilərdən ibarətdir. Heyvanlardan çöllərdə gəmiricilər daha çox yayılmışdır. Çöl əsasən mülayim qurşaqlarda yerləşir.Bu ərazilərin əsas heyvan növlərinə mülayim və subtropik enliklərdə antilop,dəvə,sürünənlərdən kərtənkələ,ilan,həşəratlardan isə əqrəb aiddir.Çöllərdə ot örtüyü üstünlük təşkil edir..
Bozqır belibağlısı
Çöl belibağlısı (lat. Circus macrourus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qırğıkimilər dəstəsinin qırğılar fəsiləsinin belibağlı cinsinə aid heyvan növü. == Kateqoriya və statusu == (III-VU). Həssas, sayı azalmaqda olan növdür. == Qısa təsviri == Qarğadan az böyük, amma zərif qamətli quşdur. Erkəyinin bel tərəfi mavi-boz, döşü və qarın hissəsi ağdır. Üz dairəsi bayquşu xatırladır, özü isə qağayıya oxşayır. Qanadlarının altı təmiz ağdır. Dişisinin bel tərəfi tutqun rənglidir. == Yayılması == Avropada və Asiyada nəsil verir, Asiyanın cənubunda və Afrikada qışlayır.
Bozqır haçaquyruğu
Bozqır haçaquyruğu (lat. Glareola nordmanni) — fəsiləsinin Haçaquyruq cinsinə aid quş növü. == Statusu == Nadirdir. == Kateqoriyası == (CR). Mənfi antropogen təsirlərdən kritik vəziyyətdədir. == Genofond əhəmiyyəti == Azərbaycanda cinsin 2 növündən biridir. == Qısa təsviri == Quyruğunun haçası çəmənlik haçaquyruğuna nisbətən dərindir. Ümumi rəngi tünddür. Qanadlarının altı qaradır. == Yayılması == Avropa, Asiya və Afrikada yayılıb.
Bozqır marmotu
Bozqır marmotu (lat. Marmota bobak) — gəmiricilər dəstəsinin sincablar fəsiləsinə aid məməli heyvan növü.
Bozqır pişikquyruğu
Bozqır pisikquyruğu lat. Phleum phleoides L. — 30–50 60 sm hündürlüyündə sıx çim əmelə gətirən taxıllar fəsiləsinin çoxillik ot bitkisidir. == Bozqır pisikquyruğu == Torpaqların səthində nəmlik kifayət qədər olduqda sıx örtük əmələ gətirirlər. Bioloji- təsərrüfat baxımından bir sıra yüksək göstəricilərə malik olması (ilkin yazda tez boy atması, quraqlığa davamlılığı, torpağa az tələbkar olması) bu bitkinin qiymətli ot bitkisi olduğunu bir daha sübut edir. Bioloji rekultivasiya mərhələsində bundan əvvəlki ot bitkiləri ilə sıx cəngəllik əmələ gətirə bilirlər. Payızda vegetasiyaya başlayaraq ilkin yazda yaşıl kütlə halında yüksək məhsuldarlığa (180 s/ha) malik olurlar.
Bozqır qartalı
Bozqır qartalı (lat. Aquila rapax) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qırğıkimilər dəstəsinin qırğılar fəsiləsinin qartal cinsinə aid heyvan növü. == Qısa təsviri və yayılması == İri qartaldır. Rəngi qonurdur. Burun dəlikləri ovaldır. Səsi boğunuq çıxır. == Yayılması == Avropa, Asiya və Afrikada yayılıb. Azərbaycanda miqrantdır. Burada Xəzər sahili boyunca uzanan düzənlik sahələrdə təsadüf olunur. Mart-aprel və sentyabr oktyabr aylarında görünür.
Bozqır sarı
Çöl sarı (lat. Buteo rufinus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qırğıkimilər dəstəsinin qırğılar fəsiləsinin əsl sar cinsinə aid heyvan növü. == Kateqoriya və statusu == (II-EN). Təhlükə altındadır. Məhdud ərazidə qalıb. == Qısa təsviri == Qarğadan böyük yırtıcıdır. Qanad lələklərinin dibi ağdır, havada uçarkən aydın görünür. Bel tərəfi açıq-qonur, qarın tərəfi kürəndir. Qanadlarının tinində (əyrisində) tünd rəngli böyük ləkə var (uzaqdan görünür). == Yayılması == Avropa, Asiya və Şimali Afrikada yayılıb.
Meşə bozqır və bozqır bitkiliyi
Bozqır Ümumi Qubernatorluğu
Bozqır general-qubernatorluğu (rus. Степное генерал-губернаторство) və ya Bozqır diyarı (rus. Степной край) — Rusiya imperiyasının ümumi qubernatorluqlarından biri olmuşdur. == Haqqında == Bozqır general-qubernatorluğu 18 (30) may 1882-ci ildə Akmola və Semipalatinsk bölgələrinin bir hissəsi olaraq İdarəetmə Senatına verilmiş qeydə alınmış ən yüksək fərmanla quruldu. Bozqır general qubernatorunun köməkçisi vəzifəsi qurulmamışdı. Qubernatorluq bugünkü Qazaxıstan və Qırğızıstanın şərqini əhatə edirdi və mərkəzi Omsk idi. Qubernatorluq 1882-ci ildə Qərbi Sibir general-qubernatorluğunun yerinə qurulmuş və 1918-ci ildə ləğv edilmişdir. 1882-ci ildə müharibə naziri P. S. Vannovskinin təşəbbüsü ilə Rusiya ilə Çin arasında həmsərhəd olan ərazilərin vahid bir qubernatorluğa birləşdirilməsinin zəruriliyi ilə əlaqədar olaraq yaradılmışdır. Qubernatorluğun yaradılması ilə Qərbi Sibir general-qubernatorluğu ləğv edilmiş, oradan Akmola və Semipalatinsk vilayətləri köçürüldü. Yeni general-qubernatorluğun tərkibinə daxil olan üçüncü bölgə əvvəllər Türkistan general-qubernatoruna tabe olan Semireçye vilayəti idi.
Bozqır general-qubernatorluğu

Dağ-çəmən bozqır torpaqları

Значение слова в других словарях