budda 2021

budda
budayıcı
buddist
OBASTAN VİKİ
Budda
Budda (sanskr. बुद्ध, q.türk Burxan) — "Budda" sözü, Sanskrit dilində "oyanmaq, idrak etmək, başa düşmək" mənasını verən "budh" feilinin keçmiş zaman tipi olub, "oyanmış, idrak etmiş, bilinclənmiş" anlamına gəlir. Hind dilində "budda" sözü "nurlu" deməkdir. Qautama Budda, tarixdə "budda" sözcüyünü özünə görə də, ona inanan və bir yol göstərici olmadan özündən oyanan hər kəs üçün də işlətmişdir. Buddizmdə "budda" anlayışı ilə ifadə edilən şəxsin ruhunun saflıq, məsumluq və mükəmməlliyinin gücünə, öz-özünə çatması və beləliklə daha əvvəl ortaya çıxarmadığı aydın (mükəmməl) bilgəliyə çatmış (Prajna), habelə şəfqət və mərhəmətdən uzaq sonsuz həyatı sərhədsizcə inkişaf etdirməkdir. == Həyatı == === 49 günlük imtahan === Şahzadə Siddhartanın evdən çıxmasından tam 6 il keçirdi. 6 il boyunca Şakuya qəbiləsinin vəlihəd şahzadəsi sərgərdan gəzib özünüdərkə yetmək istəyirdi. Bunun üçün 4 müəllimdən dərs almışdı. Amma yaranışın dərkini anlaya bilmədiyi üçün müəllimlərindən ayrılıb 5 dostu ilə aclıq və məhrumiyyətlərlə bədənini öldürməyə və ruhunu dirçəltməyə qərar vermişdi. Lakin bütün məhrumiyyətlərə dözmələrinə baxmayaraq, onların ruhu işıqlanmamış və özlərini dərk edə bilməmişdilər.
Böyük Budda
Tyantan Budda və ya daha çox məşhur olan Böyük Budda (çin dilində 天壇大佛) — böyük brünc rəngdə olan Buddanın statuyasıdır. Lantau adasında Po Lin monastrı yaxınlığında Honkonqda yerləşən bu statuya buddistlərin əsas sitayiş yeri olduğundan bu dinə sitayiş edən xalqların nümayəndələri bura daha çox gəlir. Böyük Budda insan və təbiət arasındakı əlaqəni, hormoniyanı simvolizə edir. Buddistlərin əsas dini mərkəzi olan Honkonqda yerləşir. Gözəl və qeyri-adi arxitekturaya malik olan Böyük Budda dünya turistlərin də diqqətini cəlb edib və bu səbəbdən ilbəil buraya gələn turistləri sayı artır. == Ümumi məlumat == Statuetin hündürlüyü 34 m, çəkisi isə 250 tondur. Ən hündür budda olan Böyük Budda 2007-ci ildə brüncdən hazırlanmışdır (ən hündürü Tayvanda Qaoskyunededi). Ən hündür hissəsinə qalxmaq üçün gələnlər 268 pilləkan qalxmalıdılar. Bununla yanaşı avtomobil yoluda vardır. Böyük Budda şimala, digərləri isə cənuba baxır.
Qautama (Budda)
Buddizm (sanskr. बुद्ध धर्म, buddha dharmaIAST; pali बुद्ध धम्म, buddha dhamma, "Aydın təlim"; çin. 佛教 fójiào) — e.ə. I minilliyin ortalarında Qədim Hindistanda meydana gəlmiş və əsası Siddhartha Qautama tərəfindən qoyulmuş dini-fəlsəfi təlim. Buddizm Brahmanizmin qollarından biridir. Bu din Hindistan sərhədlərini aşaraq bütün şərq regionunu öz çənginə almışdır. Buddizmin zərif irfani düşüncələrə malik olması və dünyanın ən çox əhalisi olan regionunda yayılması səbəbindən bu dinin davamçıları çoxdur. Qeyd etmək lazımdır ki, son zamanlar Avropa və Amerikaya da təsir göstərməyə və adları çəkilən ərazilərdə yayılmağa başlamışdır. Buddizm fərdi mənəvi təkamül və həyatın mahiyyətini dərindən qavrama üsuludur. Buddizm dünyanın ən qədim dinlərindən biridir.
Qautama Budda
Budda (sanskr. गौतमबुद्धः सिद्धार्थ शाक्यमुनि; ən tezi VII əsr və ən geci V əsr – ən tezi VI əsr və ən geci IV əsr) — Buddizmdə ən müdrik varlıq. Buddizmə görə mütləq kamilliyə çatmış və başqalarına dini nicat yolunu göstərməyə qadir olan şəxs, Buddizm dininin banisi. Adı tarixdə 100 ən nüfuzlu şəxs siyahısında 4-cü, tarixdə 100 ən çox öyrənilmiş şəxsiyyətlər siyahısına 67-ci şəxs olaraq daxil edilib. Budda Himalaya ölkəsinin zadəgan, kral ailəsində doğulub. Hələ uşaq ikən Asita adında yaşlı və hikmətli bir adam sarayı ziyarət edir. Ruhani bir insan olan Asita Buddanın atasına oğlunun bəşəriyyətin xilaskarı olacağını müjdələyir. Sonradan Budda Şahzadə Qautama adını alır. Atası sevimli oğlu üçün hər cür həyat şəraitini, rahatlığı təmin edir. Oğlunun yaxşı bir kral olmasını istəyirdi.
Bamiyan Budda heykəlləri
Babyan Budda heykəlləri — Əfqanıstanın Kabil şəhərinin 230 km şimal-qərbində, Babyan vadisində sal qayaların içərisində oyularaq hazırlanmış iki ədəd hündür heykəl kompleksi. Ümümdünya irsinə daxil olan Babyan Budda heykəlləri Hind-Yunan üslubunda VI əsrdə inşa edilmişdir. Heykəllər taliban silahlıları tərəfindən büt olduğu və bütpərəstliyi təbliğ etdiyi üçün 2001-ci ildə dinamit ilə partladılmışdır. Bamiyan Budda heykəlləri - iki nəhəng Budda heykəli (55 və 37 metr), Bamiyan vadisindəki Buddist monastırları kompleksinin bir hissəsidir, yaradılması eramızın 6-cı əsrinə aiddir; hind Qandhara sənətinə aiddir. Heykəllərin 3-cü əsrdə Kuşan çarlığı dövründə meydana çıxması ilə bağlı versiya da var. 2001-ci ildə dünya ictimaiyyətinin, o cümlədən İslam ölkələrinin etirazlarına baxmayaraq, heykəllər onların paqanist bütlər olub, məhv edilməli olduğuna inanan Taliban tərəfindən dağıdılıb. Heykəllər vadini əhatə edən qayalara oyulmuş, qismən taxta armaturlarla bərkidilmiş davamlı suvaqla tamamlanmışdır. Heykəllərin üzlərinin ağacdan hazırlanmış yuxarı hissələri hələ antik dövrdə dağılıb. Dağıdılmış heykəllərə əlavə olaraq, vadidəki monastırlarda uzanmış Buddanı təsvir edən daha bir heykəl var. Onun qazıntılarına 2004-cü ildə başlanılıb.
Budda Bahar Məbədi
Budda Bahar Məbədi (çin. 中原大佛) — Çinin Luşan qraflığının Zhaocun qəsəbəsində yerləşən Vairocana Buddanı təsvir edən nəhəng heykəldir . == Haqqında == Budda Bahar Məbədi öz adını yaxınlıqdakı Tianrui isti bulağından götürür , onun suyu 60 °C (140 °F) temperaturda müalicəvi xüsusiyyətləri ilə bölgədə məşhurdur. Bütövlükdə layihənin təxminən 55 milyon dollara başa gəldiyi təxmin edilirdi, onun 18 milyon dolları heykəl üçün xərclənmişdir qalan bir hissəsi heykəlin ətraf hissələrinə sərf edilmişdir.
Leşanda Budda heykəli
Leşanda Budda (Mayterey) heykəli — Yer kürəsinin ən hündür Budda heykəllərindən biridir və minilliklər boyu, dünyanın ən hündür heykəltəraşlıq əsəri olmuşdur (Volqoqradda “Ana Vətən” yaranana qədər). Çinin Leşan şəhər dairəsinin Şizhonq rayonunda Sıçuan əyalətinin üç çayının qovuşduğu yerdə, Linqyunşan dağında qayanın qalınlığında oyulmuşdur. Buddanın (Maitreyin) üzü qarşıda yerləşən müqəddəs Emeyşan dağına çevrilir. Buddanın başı dağla bərabər hündürlüyə yüksəlir və ayaqları çaya dirənir. Buddaya münasibətdə cənub və şimal divarlarında bodhisattvanın 90-dan çox daş təsviri həkk olunub. Heykəlin yaradılması üzərində iş Tan imperiyası dövründə, 713-cü ildən başlayaraq 90 il davam etmişdi. Heykəlin hündürlüyü 71 m, başının hündürlüyü demək olar ki 15 m, çiyin aralığı demək olar ki 30 m, əl barmağının uzunluğu 8 m, ayaq barmağının uzunluğu 1,6 m, burnunun uzunluğu 5,5 m-dir. XVII əsrin ortalarına qədər, Böyük Buddanın bədəni başına qədər, əvvəl Böyük Təsvirin Pavilyonu adlanan 13 mərtəbəli "Dasyanqe" məbədi ilə gizlədilmişdi. Bu bina sonradan yanğın nəticəsində məhv olmuşdu. Böyük Budda heykəli YUNESKO-nun Ümumdünya irsi obyekti kimi tanınır.
On min Budda monastırı
On min Budda monastırı (ing. Ten Thousands Buddhas Monastery, çin. 萬佛寺) — Honkonqun Sathin rayonunda yerləşən buddist məbədi. Məbəd 220 Pai Tau Village, Sha Tin ünvanında yerləşir. Bura faktiki fəaliyyət göstərən monastır deyil, rahiblər burada daimi yaşamırlar. Məbəd dünyəvi şəxslər tərəfindən idarə edilir. Monastırın əsası 1951-ci ildə Yuet Kay (月溪法师, Yue Si) tərəfindən qoyulmuşdur. O yerli monastırda buddizmi təbliğ edirdi və buddist kolleci yaratmağı düşünürdü. Monastırın tikintisi 1949-cu ildə başlandı və yaşına baxmayaraq, Yuet Kay öz tələbələri ilə dağın ətəyindən tikinti materiallarını yuxarı daşıyırdı. Tikinti 8 ildən sonra, 1957-ci ildə tamamlandı və daha 10 il 12800 budda heykəlinin hazırlanmasına sərf edildi.

Значение слова в других словарях