BULUNMAQ

f.
1. Tapılmaq.
Bulunur hər dərdə istərsən gülüstanda dəva. Füzuli.
Dərmansız dərdimə bulunmaz çarə; Müyəssər olmasa visalın, Pəri! Mirzəhəsən.

2. Olmaq.
Maye halında bulunan şeylərin şəkli olmaz, onu hansı qaba töksən, o qabın şəkli və qalıbında olur. H.Zərdabi.
Əcəba, bir yeni afətmi yetib, ya nə üçün; Bulunursuz belə bir hali-fəlakətdə bu gün? M.Ə.Sabir.
Bahadır Yusiflə bir böyük, gözəl bəzənmiş zalda bulundular. N.Nərimanov.

3. Bəzi sözlərə qoşularaq mürəkkəb feil düzəldir.
Axşamlar [Məşədi Məmməd] Səmədin yanına gəlib bir günlük fəaliyyəti haqqında məruzədə bulunardı. B.Talıblı.
Xalq adından çıxışda bulunan bu adamları Məmmədquluzadə boşboğaz adlandırırdı. M.Arif.

Синонимы

  • BULUNMAQ olmaq
  • BULUNMAQ tapılmaq
  • BULUNMAQ 1. BULUNMAQ, TAPILMAQ 2. bulunmaq bax olmaq
BULUDSUZLUQ
BULVÁR

Значение слова в других словарях