Aristid Busiko
Aristid Busiko(fr. Aristide Boucicaut; 14 iyul 1810 – 26 dekabr 1877, Paris) — fransız xeyriyyəçisi, ticarətçisi.
== Həyatı ==
Aristid Busiko 4 iyul 1810-cu ildə Bellemdə anadan olmuş, 26 dekabr 1877-ci ildə isə Parisdə vəfat etmişdir, həyat yoldaşı isə Marqarita Qeren (1816-1887) idi.
Emil Zolyanın 1883-cü ildə yazdığı "Qadın xoşbəxtliyi" romanında Aristid Busikonun qeyri-adi həyatı öz əksini tapır. Lakin buna əks olaraq, "Bon Marşe" romanını təqdim etmək olar.
"Bon Marşe" ideyası öz yolunda inqilabi xarakter daşıyırdı, lakin eyni zamanda "iki vur iki" kimi sadə idi: hər bir şöbə ixtisaslaşmış mağazaya uyğun gəlirdi; gəlirlər sistematik olaraq azalırdı, əmtəələrlə ticarət etmək üçün qiymətlər markalanırdı; hər il hərrac həyata keçirilirdi və nəinki Parisdə, hətta onun əyalətlərində reklamlar aparılırdı… Belə təşkilatçılıq təkcə Busikoya deyil, onun müştərilərinə də xüsusi üstünlük verirdi. Satışların yüksək həcmi maya dəyərini aşağı salmağa və əməyin rentabelliyini artırmağa imkan verirdi.
Bir neçə mağazanın bir yerdə cəmləşməsi alıcılara geniş çeşid və vaxtlarına qənaət etmək imkanı verirdi (əyalətdən gələnlər bunu çox yüksək qiymətləndirirdilər, belə ki, onlar hər şey bir gün ərzində alıb, axşam qatarı ilə geri qayıda bilərdilər). Ucuz, lakin böyük miqdarda sataraq, Aristid Busiko müasir iqtisadi prinsip yaratdı.
Daha sonra "Bon Marşe" ideyasını bir çoxları tətbiq etməyə başladılar və "böyük mağaza" ideyası geniş vüsət aldı.