Lüsyen Buva
Lüsyen Buva (fr. Lucien Bouvat; 2 iyul 1872 – 1942, Paris) — fransız şərqşünası.
== Fəaliyyəti ==
Beynəlxalq Asiya Cəmiyyətinin üzvü (1889). M.F. Axundzadənin “Aldanmış kəvakib” povestini, “Hacı Qara”, “Müsyö Jordan və Dərviş Məstəli şah” komediyalarını fransız dilinə çevirmiş, “Jurnal Aziatik”də dərc etdirmişdir. 1899-cu ildə bir müddət Parisdə yaşamış, Məhəmməd ağa Şahtaxtlı ilə tanış olmuş, sonralar M. Şahtaxtlı və onun redaktorluğu ilə nəşr edilən “Şərqi-Rus” qəzeti ilə əməkdaşlıq etmişdir. Buvanın “Jurnal Aziatik”də Azərbaycan ədəbiyyatına və mətbuatına dair bir sıra məqalələri dərc olunmuşdur (“Azəri türklərində bir siyasi-ictimai qəzet” və s.). 1922-ci ildə Parisdə çap edilmiş Y.V. Çəmənzəminlinin “Azərbaycan ədəbiyyatına bir nəzər” əsərini də fransız dilinə tərcümə etmişdir.
== Əsərləri ==
=== Tərcümələri ===
Mirza Feth-Ali Achonzade: Monsieur Jourdan, le botaniste parisien, dans le Karabâgh, et le derviche Mèst Alî Châh, célèbre magicien. Comédie en 4 actes. Éditions Leroux, Paris 1906.