BUXOVLU

sif. Ayağında buxov olan, buxovlanmış.
// Qandallı, ayağına qandal vurulmuş.

Синонимы

  • BUXOVLU qandallı — cidarlı
  • BUXOVLU BUXOVLU (əl və ayaqları buxovlanmış) Atlıların qabağınca əli ardından bağlı, ayağı buxovlu bir piyada gedirdi (Anar); QANDALLI Araz dəhlizdəki ayağı q
BUXOVLATMAQ
BÚXTA
OBASTAN VİKİ
Buxovlu kilsəsi
Buxovlu kilsəsi―Bu kilsənin qalıqları Zaqatala rayonunda, Pipan məbədlərindən 3km aralıda, dağın başındakı meşəlikdə, Buxovlu deyilən ərazidə tapılıb. Abidənin yalnız divarlarının bir hissəsi qalıb, elementlər və dekor tam məhv olub. Mərkəzi hissədə iri bir nefli zalı, iki cüt pilyastrları və tağları var. Məbəd yarımdairəvi apsidlə, üç tərəfdən qalereya ilə əhatə olunub.Buxovlu məbədindən günümüzə yalnız uçmuş divarlar qalmış, dam örtüyü isə tamamilə dağıdılmışdır. Ölçülərinə görə bu məbəd Pipan bazilikasından daha böyükdür və mərkəzi hissədə bir cüt pilyastr, tapqırı tağlı böyük zala malikdir.İkinci Pipan kilsəsindən fərqli olaraq, pilyastrlar T-şəkillidir və nəyinki tağbəndi, eyni zamanda divarda uzununa istiqamətdə yerləşən tağları da saxlayır. Bu məbəd bir nefli, yarımdairəvi apsidaya, üç tərəfdən qalereyaya malikdir. Onun quruluşu düzbucaqlı şəklindədir. == Tarixi == Abidə Zaqatalanın Pinalı kəndi ərazisində yerləşən digər iki kilsədən daha cavan olanıdır. Kilsə çay daşından və kərpicdən tikilib, damı isə kirəmitlə örtülüb. A.Qaraəhmədova Buxovlu məbədini VII-VIII əsrlərə aid edir.

Значение слова в других словарях