buz hazırlama qabliyyəti

ру ледоделательная способность en ice-making capacity de Eisleistung fr capacité de production de glace es capacidad de producción de hielo it capacità di produzione di ghiaccio
buz generatoru
buz istehsalı zavodu
OBASTAN VİKİ
Buz
Buz — bərk aqreqat halında olan su, mineral. Bəzən buz dedikdə bərk aqreqat halında olan maddələr də nəzərdə tutulur. Məsələn, quru buz, ammiak buzu və ya metan buzu. == Buzun sürüşkənliyi == Buz hamar bir səth olduğu üçün düşünüldüyü kimi sürüşkən deyil. Bu vəziyyət belədir, buz konkisinin çox kiçik səthinə olan təzyiq nəticəsində toxunduğu yerdəki buz əriyir və konki bu nazik su təbəqəsi üzərində hərəkət edir. (Ucu iti bıçaq kimi olan konkilərin sahəsi buza o qədər kiçik toxunur ki, buzun səthini dərhal əridir, ərimə temperaturunu 1 °C azaltmaq üçün tam olaraq 130 kq/sm2 tələb olunur.) == Su buzunun əsas xüsusiyyətləri == Hazırda üç amorf və 15 kristal formalı buz modifikasiyası məlumdur. Təbii şəkildə Yerdə buz ancaq bir kristal modifikasiyada, geksoqonal sinqoniya (Buz Ih) şəklində mövcuddur. Ih buzunda hər Н2O molekulu eyni məsafədə yerləşən dörd molekulla əhatə edilir. Bu məsafə 2,76 Å-yə bərabərdir və düz tetraderin zirvəsində yerləşir. Buzun sıxlığı 0 °C-də 916,7 kq/m³-dir, bu isə suyun (999,8 kq/m³) sıxlığından azdır.
Buz generatoru
Buz generatoru — sudan süni buz almaq üçün soyuducu qurğu. Buz generatorunda müxtəlif formalı (kub, blok, tava, kristal) və ölçülü texniki və qida buzu hazırlanır. Buz generatoruları iki tipə ayrılır. Birinci tip bilavasitə (birbaşa) soyuduculu Buz generatorunda buz buxarlandırıcı aparatın səthində dondurulur. İkinci tip Buz generatorunda buz qəlibləri –10 °C-dən –12°C-yədək temperaturda sirkulyasiya edən duz məhlulu vasitəsilə soyudulur. Borulu, pulcuqlu və qarlı (kristal) buz yaradan Buz generatoruları daha intensivdir, onlarda buz qəlibləri olmur. Suyu təbəqə-təbəqə fasiləsiz dondurmaqla buz alınır; bu, donmuş səth vahidindən daha çox buz almağa imkan verir. Belə Buz generatorunun məhsuldarlığı sutkada 40 t-a çatır.
Buz nəhəngi
Buz nəhəngi — i əsasən, karbon, oksigen azot və kükürd kimi hidrogen və heliumdan daha ağır elementlərdən ibarət nəhəng planetdir. Günəş sistemində iki buz nəhəngi var: Uran və Neptun. Astrofizikada və planetar elmdə "buzlar" termini müvafiq olaraq donma nöqtələri 273 K (0°C), 195 K (-78°C) və 91 K (-182°C) olan su, ammonyak və ya metan kimi təxminən 100 K-dən yuxarı donma nöqtələrinə malik uçucu kimyəvi birləşmələrə aiddir (bax Uçucu maddələr). 1990-cı illərdə Uran və Neptunun, əsasən hidrogen və heliumdan ibarət qaz nəhəngləri olan digər nəhəng planetlərdən, Yupiter və Saturndan ayrı nəhəng planetlər sinfi olduğu müəyyən edilmişdir.
Buz səhrası
Buz səhrası == Buz səhra == Buz Səhra soyuq səhranın bir növü. Buz səhrası bitki örtüyünün olmaması, havanın alçaq temperaturu və mümkün fizioloji rütubətin çatışmaması ilə izah edilir. Buzlağın geniş məskəni olan Antarktida çox sayda buz var.
Buz şəlaləsi
Buz şəlaləsi – buzlaq yatağının çox meyilli olduğu yerdə buzlağın parçalanıb yarıqlar və pillələr əmələ gətirdiyi hissədir. .
Meyvəli buz
Meyvəli buz-Soyuq desert olub, donmuş içəcəkdən hazırlanır. Bəzən çay və ya meyvəli içəçəklərdən istifadə edilir. Meyvəli buzu hazırlayan zaman mayenin donması üçün çubuqun ətrafına dolanır. Bəzən rəngləşdiricilərdən də qatırlar. Bəzi növ meyvəli buzlar isə stakana qoyulur, çubuqlar isə yanına qoyulur. İlk dəfə meyvəli buz 1905-ci ildə hazırlanıb. 11 yaşlı San-Fransiskolu Frenk İpperson stakanda qazlı suyu içərisindəki taxta qaşıqla unudub qoyub. Gecə temperaturun aşağı düşməsi ilə stakanda olan qazlı su donmuş və Frenk onu səhəri gün aşarlayır. O əvvəl buzu əritmək istəyir və qaşıqdan tutaraq onu çıxarır. Sonra eləcə yeyir.
Quru buz
Quru buz - quru buz özü ilə karbon 4 – oksidin və ya karbon qazının bərk fazasını təmsil edir. Onu karbon qazı adlandırmaq qəbul olunmuşdur. Karbon qazının fərqləndirici xüsusiyyəti onun üçqat nöqtələridir: bu o deməkdir ki, 0,536 MPa təzyiqində və uyğun olaraq temperatur -56,6 C olduqda karbon qazı həmin an üç vəziyyətdə ola bilir: bərk, maye və qaz halında. Daha aşağı təzyiqdə, yəni atmosfer təzyiqində ancaq iki vəziyyətdə ola bilər: bərk və qaz halında. Beləliklə, atmosfer şəraitində bərk karbon qazı maye fazasını örtərək, birbaşa qaz halına keçir. Buradan bərk karbon quru buz adlandırılmağa başlandı. 0,1 MPa təzyiqdə quru buz -78,9C-də sublimasiya edir. Təzyiqin azalmasında sublimasiya temperaturu aşağı düşür. Normal şəraitdə karbon qazının sıxlığı 1,877 kq/m³-dir. Bu qaz havadan 1,529 dəfə ağırdır.
Ölü buz
İtalyansayağı buz
İtalyansayağı buz — soyuq desertdir. Bu buzu hazırlamaq üçün sirop smesindən və meyvəli puredən istifadə olunur. Bunu hazırlamaq üçün müxtəlif növ sirop və meyvədən istifadə etmək olar. Buz üçün lazım olan bütün komponentlər adrıcıl olaraq blenderə qatılır və pure halına salınır və bundan sonra onu soyuducuya qoyulur. İtalsayağı buzun miqdarı ona əlavə edəcəyimiz məhsullardan asılıdır. Bəzən "hurman italsayağı buz" adına rast gəlirik. Onun italiyansağı buzdan fərqi onun hazırlamasında iki məhsuldan istifadə edilir. Həmçinin ona albalı, kokos, limon şirəsi əlavə edilir. Bununla yanaşı şokolad ,portağalda əlavə edilə bilər. İtalyan buzu Filadelfiyada "su buzu" olaraq da tanınır.
Buz Kralı
Buz Kralı (həmçinin Saymon Petrikov kimi bilinir) — "Macəra zamanı" cizgi serialındakı personajlardan biri. Tom Kenni tərəfindən səsləndirilmişdir. Başlanğıcda personaj həmişə şahzadələri ələ keçirməyə çalışan pis niyyətli bir sehrbaz kimi təqdim edildi. Növbəti mövsümlərdə məlum oldu ki, onun bu cür şeylər etməsinin səbəbi ona buz güclər qazandıran başına taxtığı tacdır. Üçüncü mövsümdə onun bir vaxtlar Saymon Petrikov adlı normal insan olduğu və tac taxdıqdan sonra dəli olduğu üzə çıxır.
Buz dövrü
Buz dövrü (Qədim buzlaşma) — bir neçə milyon il davam edən, qitələrin və okeanların buzlaqlarının olduqca kəskin şəkildə artması ilə ümumi iqlimin soyuqlaşması dövrü. Yer kürəsinin tarixində onlar qeyri-bərabər paylanaraq bir neçə onillikdən 200 milyon ilə qədər davam edən buzlaq dövrlərində qruplaşdırılıblar . Yerin geoloji tarixində (dördüncü dövr) bir hadisə üçün ümumiləşdirilmiş bir termindir, bu müddət ərzində iqlimin ümumi nisbi soyuması və kontinental buz təbəqələrinin əhəmiyyətli dərəcədə genişlənməsi baş verir. Buz dövrü — buzlaq epoxaları toplusudur . Buzlaq epoxaları nisbi istiləşmələrlə növbələşir — buzlaşmanın azaldığı dövrlər üzrə ( buzlaqlararası) . Son Kaynozoy buzlaşması adlanan hazırkı buz dövrü son 34 milyon ildir davam edir. Son buz dövründən sonra 12 min il əvvəl başlayan buzlaqlararası dövr, holosen, dördüncü dövrün ( dördüncü buzlaşmanın başladığı və davam etdiyi) bir hissəsidir, bu da öz növbəsində 66 milyon il əvvəl başlayan kaynozoy erasının bir hissəsidir.
İnternetdə mövcud bomba hazırlama təlimatları
İnternetdə bomba hazırlamaq təlimatının mövcudluğu qanunvericilər və siyasətçilər arasında onlayn mövcud olan "təhlükəli" hesab edilən müəyyən növ məlumatlara senzura tətbiq etməklə internet sərhədini cilovlamaq niyyətində olan şöhrətə səbəb olub. Ucuz, asanlıqla əldə olunan inqrediyentlərdən yaradılmış partlayıcı maddələrin "sadə" nümunələri verilmişdir. Federal Təhqiqatlar Bürosu bildirir ki, 1989-cu ildə 1699, 1994-cü ildə isə 3163 bombalama cinayəti törədilib. 19-cu əsrin sonlarında İohan Most Avstriya hərbi sənədlərini "İnqilabi Hərb Elmi" başlığı altında partlayıcı maddələrin istifadəsini nümayiş etdirən kitabçaya çevirdi və heç bir əks-səda vermədən anarxist pikniklərdə payladı. İnternetdə təlimatları dərc etməkdə ittiham olunan amerikalı anarxist Şerman Ostinin mühakimə olunmasını tənqid edənlər qeyd ediblər ki, Molotov kokteylləri ilə bağlı Vikipediya məqaləsi Ostinin vebsaytından daha ətraflı şəkildə əldə edilən partlayıcı maddələrin istehsalına dair təlimatları ehtiva edir. 1986-cı ildə internetin geniş istifadəsindən əvvəl polis özünü "Phoenix Force" adlandıran sinif yoldaşları ilə birlikdə və sadaladığı bombaların çoxunu hazırlamaq üçün sınaqdan keçirən bir qrup tərəfindən yazılmış "Partlayıcıların Tam Kitabı" adlı rəqəmsal dərslikdən kompüter çapının paylaşılmasını araşdırdı. 1995-ci ildə Oklahoma Siti bombalanmasından sonra, anonim usenet yazıları bombanın inşasını tənqid etdi və bombanın maksimum nəzərdə tutulan zərəri verməməsinin aradan qaldırılmasına dair təkliflər verdi. 23 mart 1996-cı ildə "Terrorçu Təlimatı"nın tam mətni, təklif olunan təkmilləşdirmələrlə birlikdə bombardmanda istifadə edilən bombanın yaradılmasına dair təlimatlar da daxil olmaqla onlayn nəşr olundu. Məhəmməd Osman Sadiq 2006-cı ildə həbs edildikdə, o, CD-ROM-da təlimatın nüsxəsinə malik olduğu üçün "terror aktı törədən və ya hazırlayan şəxs üçün faydalı ola biləcək məlumatı ehtiva edən sənəd və ya qeydlərə sahib olmaqda" ittiham edildi. 1999-cu ildə Devid Koplənd Londonda mismar bombası yerləşdirdi, 3 nəfərin ölməsinə və 139 nəfərin yaralanmasına səbəb oldu, bombanı "Terrorçu Təlimatı" və "Bombalar Necə Hazırlanır: İkinci Hissə" başlıqlı internetdən yüklədiyi kitablar əsasında hazırlamışdı.
Buz-adam (personaj)
Buz adam (ing. Iceman) — Marvel Comics tərəfindən yaradılan komiks personajı. Bir mutantdır. İlk dəfə 1963-cü ildə görünmüşdür. Əsas gücü soyuğu idarə edərək buz və qar əmələ gətirməkdir. Daha çox İks-adamlar komandası ilə birlikdə olmuşdur. Əsl adı Robert Luis Dreykdir. == Həyatı == Nyu York ştatının Floran Park şəhərində yəhudi ananın və katolik irland atanın ailəsində anadan olmuşdur. Güclərini gənc yaşında ikən soyuqdan titrərkən kəşf etmişdir. Oxuduğu məktəbin zorbası Rokki Biesi ona və qız dostuna hücum çəkərkən Robert panikaya düşmüş və Rokkini donduraraq güclərini ortaya çıxartmışdır.
Buz adam (personaj)
Buz adam (ing. Iceman) — Marvel Comics tərəfindən yaradılan komiks personajı. Bir mutantdır. İlk dəfə 1963-cü ildə görünmüşdür. Əsas gücü soyuğu idarə edərək buz və qar əmələ gətirməkdir. Daha çox İks-adamlar komandası ilə birlikdə olmuşdur. Əsl adı Robert Luis Dreykdir. == Həyatı == Nyu York ştatının Floran Park şəhərində yəhudi ananın və katolik irland atanın ailəsində anadan olmuşdur. Güclərini gənc yaşında ikən soyuqdan titrərkən kəşf etmişdir. Oxuduğu məktəbin zorbası Rokki Biesi ona və qız dostuna hücum çəkərkən Robert panikaya düşmüş və Rokkini donduraraq güclərini ortaya çıxartmışdır.
Buz döyüşü (1242)
Buz döyüşü (1242) — aprelin 5-də buz bağlamış Çud gölü üzərində rus qoşunu ilə Livoniya ordeninin səlibçi cəngavərləri arasında vuruşma. == Haqqında == Səlibçilər (təqribən 5-7 min nəfər) Böyük Novqorodu, Kareliyanı və Neva rayonundakı torpaqları ələ keçirmək istəyirdilər. Rus qoşununun (təqribən 15-17 min nəfər) başçısı knyaz Aleksandr Nevski düşməni Böyük Novqoroda və Pskova gedən yolların üstündə, Cud gölünün cənub hissəsində döyüşə cəlb etdi. O, düşmənə cinahdan zərbə vuraraq, cərgələrini dağıtdı. Rus qoşunu qəti qələbə qazandı. 1242-ci ildə Novqorod ilə Livoniya ordeni arasında sülh müqaviləsi bağlandı. Müqaviləyə görə, orden Pskov, Luqa, Vod torpaqlarına və başqa ərazilərə olan iddialarından imtina etdi. Buz döyüşü Novqorod respublikasının qərb sərhədlərinin təhlükəsizliyini təmin etdi və alman cəngavərlərinin şərqə hərəkətlərini dayandırdı.Buz döyüşünün təsiri ilə Litva və Pomorye xalqlarının səlibçilərə qarşı mübarizəsi gücləndi. == Mənbə == Azərbaycan Milli Ensiklopediyası, V cild, Bakı,2014, səh.136.
Buz mağarası (Goranboy)
Buz mağarası — Goranboy rayonunda mağara. == İnzibati yeri == "Buz mağarası" adlanan təbiət abidəsi Goranboy rayonunun Buzluq kəndinin cənub qurtaracağında, Kürəkçayın sol tərəfində, dəniz səviyyəsindən 1800 m hündürlükdə, Goranboy Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin xidməti ərazisinin meşə ilə örtülü sahəsi ilə həmsərhəd Buzluq kəndinin bələdiyyə mülkiyyətinə aid torpaq sahəsində yerləşir. == Tarixi == Mağara uzaq keçmişdə təbii fəlakət zamanı bərk süxurlardan ibarət iri qaya parçalarının mütləq hündürlüyü daha çox olan ərazilərdən yuvarlanaraq qala şəklində Kürəkçayın məcrasına toplanması nəticəsində əmələ gəlmişdir. İri qaya parçalarının toplandığı ərazi 0,22 hektar sahəni təşkil etməklə hər bir təərəfi ağaçlarla əhatələnmişdir. Buz mağarası təxminən onun mərkəzi hissəsində qaya parçalarının altında yerləşir və içərisində daim buz olur. Mağaraya daxil olmaq üçün qaya parçalarının arasından 3-3,5 metr şaquli istiqamətdə çox çətinlikə keçilə bilən dar keçidlərlə aşağıya düşmək lazım gəlir. Yay fəslinin və ərazidə yüksək hərarətin olmasına baxmayaraq mağaradan buz parçaları çıxarılır.
Buz qalağı (coğrafiya)
Buz qalağı - çay yatağının və ya sulu horizontun donması zamanı yeraltı və ya səth sularında təzyiqin azalması sayəsində çay suyunun və ya səthə çıxan yeraltı suyun lay-lay donması nəticəsində əmələ gələn, buz qatı.
Xumbu buz divarı
Xumbu buz divarı — Xumbu Buzlağının başında və Sükut dərəsinin ətəyində yerləşən buz divarı. Xumbu buz divarı Everest dağının Nepal yamaclarında 5,486 metr (17,999 ft) hündürlükdə yerləşir və Baza düşərgəsindən o qədər də uzaq deyil. Buz divarı Everest zirvəsinə gedən Cənubi Kol marşrutunun ən təhlükəli mərhələlərindən biri hesap olunur. Xumbu buz divarı Xumbu buzlağının elə sürətlə hərəkət edən bir bölməsidir ki, burada daim birdən-birə açılmış böyük çatlaqlara və buz qüllələrinə rast gəlmək mümükündür. Buzlaqdan daim ölçüsü avtomobildən tutmuş böyük evlərə qədər olan nəhəng buz parçaları düşür. Buzlağın dağdan hər gün 0.9 to 1.2 metr (3 to 4 ft) uzaqlaşdığı təxmin edilir. Əksər alpinistlər səhər tezdən, günəş doğmadan əvvəl, gecə qismən donub qaldıqda və daimi hərəkətlər az olduqda buz divarını keçməyə çalışırlar. Güclü günəş işığı ərazini isitdikcə buz quruluşu arasındakı sürtünmə azalır və yarıqların açılması və ya qar və buz bloklarının düşmə şansını artırır. Xumbu buz divarını keçmək üçün ən təhlükəli vaxt ümumiyyətlə günortadan axşama qədər yəni günəşin daha isti və buzlaqdakı hərəkətlərin daha intensiv olduğu vaxta qədərdir. Təcrübəli, uyğunlaşmış alpinistlər buz divarını bir neçə saat ərzində keçə bilər, ilk dəfə bu ərazidən keçən və yaiqlimə hələ də uyğunlaşa bilməyən alpinistlər təxminən 10-12 saatda buzlağı keçirlər.
Buz dövrü: Ərimə
Buz dövrü: Ərimə (ing. Ice Age 2: The Meltdown) — 2006-cı ildə istehsal olunmuş animasiyadır. Mamont Manfred (qısa adı: Menni), tənbəl Sid və pələng Diyeqo macəralarına davam edirlər. Onlar öyrənirlər ki, yaşadıqları sahə əriməyə başlayacaqdır. Bu səbəbdən buranı tərk etmək məcburiyyətində qalırlar. Skret adında dələ isə əvvəlki kimi öz palıd qozasının axtarışındadır. Mamont Menni hələ öz növündən biriylə qarşılaşmamışdır. Dünyada qalan son mamont olduğuna inanmağa çalışarkən Elli adlı mamontla tanış olur. Ancaq Elli özünün mamont olduğunu qəbul etməməkdədir. Elli qardaşlarını opossumlar olan Kreş və Eddini hesab edir… «Buz dövrü 2» — Internet Movie Database saytında.
Xəzər dənizinin buz rejimi
Xəzər dənizinin dayaz şimal hissəsi hər il donur, amma dənizin dərin digər hissələri isə həmişə donmur. Buzların yaranma əraziləri, müddəti və onun sonrakı inkişafı ilin qış vaxtında dəniz üzərindəki atmosfer prosesləri ilə müəyyən edilir. Sərt qışda Şimali Xəzərin bütün səthi, mülayim qışda isə 3 m izobata qədər olan əraziləri donur. Burada ən böyük buz qatı yanvar-fevral aylarında (sərt qışda sal buzun qalınlığı 70 – 90 sm, mülayim qışda 35 – 40 sm) müşahidə edilir. Orta Xəzər buz əmələgəlmə adətən noyabr ayının axırında, şərq sahillərinin qapalı buxtalarında başlayır. Qərb sahillərində Maxaçqala-Niyazobaya qədər ərazisində sərt qışda ilkin yerli buzlar noyabrın axırında, mülayim qışda isə yanvarda müşahidə edilir. Burada buzların qalınlığı 20 – 25 sm, şərq sahillərində eyni coğrafi enlikdə isə 40 – 45 sm təşkiledir.İsti qış mövsümündə qərb sahillərində ümumiyyətlə buz müşahidə edilmir. Ən sərt qış mövsümündə uzunmüddətli əsən şimal küləkləri üzən buzları qərb sahilləri boyu hərəkət etdirərək Abşeron yarımadasına gətirib çıxa bilər. Axırıncı dəfə bu hadisə 1953-1954 - cü ildə qışda müşahidə edilmişdir, 5 fevral 1954 – cü il tarixində Abşeron yarımadasının şimal hissəsində möhkəm salbuz yaranmışdır. Cənubi Xəzərdə çox nadir hallarda buz yaranır.
Buz dövrü: Toqquşma qaçılmazdı
Buz dövrü: Toqquşma qaçılmazdı (ing. Ice Age: Collision Course) — 2016-cı ildə istehsal olunmuş animasiyadır. Dördüncü filmin hadisələrindən bir müddət sonra Menni və Elli qızları Peaches və onun yaxşı xasiyyətli nişanlısı Culian arasında qarşıdan gələn evliliyə hazırlaşırlar, lakin Menni toydan əmin deyil. Dieqo və arvadı Şira ailə qurmaq istəyirlər, lakin onların şiddətli görünüşü uşaqları qorxudur. Sid öz saxta sevgilisi Francine-ə evlilik təklifi etmək üzrədir, lakin Sid əvvəllər ona zəhərli sarmaşıq alt paltar verdikdən sonra onu tərk edir və o, təkliyindən gileylənir. Manny və Ellie'nin evlilik ildönümü şənliyi zamanı asteroidlər (əvvəllər palamutunu basdırmaq cəhdi zamanı tərk edilmiş bir kosmos gəmisində kosmosa göndərilən Skratın səbəb olduğu) yerə çırpılır və Sürü çətinliklə qaçır. Bu arada, yeraltı itirilmiş dünya zamanı Bak, Qavin, Gerti və Gerti adlı uçan dromeozavrlar üçlüyü tərəfindən oğurlandıqdan sonra Xazmozavr yumurtasını qanuni sahibinə qaytarır. Rocer. Bak qədim bir daş sütunu kəşf edir və onu səthə çıxarır və burada illər sonra ilk dəfə Sürü ilə qarşılaşır. Buck The Herd-ə izah edir ki, sütuna görə, asteroidlər keçmişdə "at nalı cır-böyüyən şeylər" və dinozavrların iki nəslinin kəsilməsinə səbəb olmuşdu və növbətisi ilə o, dayanmaq üçün bir ipucu tapa biləcəkləri yeganə yer olduğuna inanır.
Buz dövrü: Dinozavrların şəfəqi
Buz dövrü: Dinozavrların şəfəqi (ing. Ice Age: Dawn of the Dinosaurs) - 2009-cu ildə istehsal olunmuş animasiyadır. Sid öz ailəsini qurmaq istəyir. O, yumurtaları tapır. Tezliklə bu yumurtalardan dinozavr balaları çıxır. Qəzəblənmiş ana dinozavr balalarını tapır və onları Sidlə birlikdə dinozavrların yaşadığı yeraltı dünyasına aparır. Onun dostları gecikmədən Sidi xilas etməyə yollanırlar... "Buz dövrü 3: Dinozavrların erası" — Internet Movie Database saytında.
Buz dövrü: Kontinental dreyf
Buz dövrü 4: Kontinental dreyf (ing. Ice Age: Continental Drift) - 2012-ci ildə istehsal olunmuş animasiyadır. Hadisələrdən yeddi il keçmişdir. Mamontlar olan Menni və Ellinin "Şaftalı" adlı qız övladı böyümüşdür. "Şaftalı" İtan adlı mamonta aşiqdir. Lakin atası Menni övladını özgə şəxslərdən qorumaq səbəbindən buna razılıq vermir. Onlar arasında mübahisə baş verir. Menninin qızına köstəbək Luist aşiqdir. Lakin "Şaftalı" onu dostu kimi qəbul edir... Rəsmi sayt «Buz dövrü 4» — Internet Movie Database saytında.
Buz dövrü: Mamont miladı
Buz dövrü: Mamont miladı (ing. Ice Age: A Mammoth Christmas) — 2011-ci ildə "Blue Sky Studios" tərəfindən istehsal olunmuş qısametrajlı animasiyadır. Safsar Sid mamontların ailəsinə mənsub daşı təsadüfən sındırır. Manfred Sidə deyir ki, bu daşı sındıran hər bir kəs Santa Klausun qara siyahısına düşür və hədiyyə almır. Sid qərara gəlir ki, Şimal qütbünə gedərək Santa Klausdan üzr istəsin. Onun ardınca digər qəhrəmanlarda gedirlər. Ancaq səyahət zamanı yeni problem çıxır. Qəhrəmanlar təsadüfən Santa Klausun hədiyyə düzəldən emalatxanasını dağıdırlar. Bu səbəbdən onlar bütün dünya üçün Yeni ili mütləq xilas etməlidirlər… Rəsmi sayt "Buz dövrü: Nəhəng milad" — Internet Movie Database saytında.
Buz dövrü (film, 2002)
Buz dövrü (ing. Ice Age) - 2002-ci ildə "Blue Sky Studios" şirkəti tərəfindən istehsal olunmuş animasiyadır. Eramızdan 20 min il əvvəl canlılar Buz dövrünün yaxınlaşması ilə əlaqədar cənuba köç edirlər. Lakin köç edən canlılardan fərqli olaraq Mamont Manfred və tənbəl Sid yerlərində yaşamağa qərara gəlirlər. Bu müddətdə pələng dəstəsi insanların yaşadığı yerə hücum edir. Bu zaman körpəsi olan ana onlara yem olmamaq üçün buradan qaçır və sonda körpəsi ilə birgə çayda üzməyə məcbur olur. Ölməmişdən əvvəl ana körpəsini Mamonta və tənbəl Sidə verir. Bu səbəbdən onlar körpəni geri qaytarmaq üçün uzun müddət səyahət etməyə məcbur olurlar. Bu müddətdə isə körpəni əldə etmək pələng dəstəsinin başçısı bu işi Diyeqoya tapşırır... «Buz dövrü» — Internet Movie Database saytında.