Bərbərlər
Bərbərlər ( yun. βάρβαροι, lat. barbari; öz adları amaziq, amaxaq - "azad kişi") — Afrikanın şimalında Misirdən Atlantik okeanına qədər ərazidə VII əsrdə islam dinini qəbul etmiş yerli xalqların ümumi adı. Bərbərlər Şimali Afrikanın ən qədim sakinlərindəndirlər. Dini inanca görə sünnidirlər.
Avropalılar onlara "bərbər" adını ehtimal ki, yun."barbaros" sözündən yaranmışdır.
== Tarixi ==
Müsəlmanların fəthindən bəri Məğrib sakinləri ərəb mədəniyyətindən əhəmiyyətli dərəcədə təsirlənmişlər. Onların əksəriyyəti ərəb dilində, bəziləri isə müstəmləkə dövründə (XIX—XX əsrlər) Şimali Afrikaya yayılan fransız və ispan dillərində danışırlar. Fransada əhəmiyyətli bir Bərbər diasporası var və bir sıra məşhur şəxsiyyətlər oradan çıxmışdır.
Bərbərlərin Bərbər adlı xüsusi dili də var.