BƏRZAN

(Başkeçid, Borçalı, Gədəbəy, Qazax)
yunan. – Bir bərzan gəlseydi, bağımızı bellərdi (Borçalı); – O vaxt bura bir bərzan gəlmişdi, pəhdivanıdı o (Gədəbəy): – Desbinə bərzan qızıydı, yaman göyçəyidi (Qazax)
BƏRTİX’
BƏRZƏBƏND
OBASTAN VİKİ
Bərzani
Mustafa Bərzani — kürd siyasi və hərbi xadimi Məsud Bərzani — İraq Kürdüstanının birinci prezidenti. Neçirvan Bərzani — İraq Kürdüstanının ikinci prezidenti.
Mustafa Bərzani
Mustafa Bərzani (kürd. مەلا مسته‌فا بارزانی) və ya Molla Mustafa Bərzani (kürd. Mela Mustefa Barzanî; 14 mart 1903, Bərzan[d], İraq Kürdüstanı – 1 mart 1979, Vaşinqton) — kürd lideri, komandiri və müasir kürd siyasətinin ən görkəmli siyasi xadimlərindən biri. O, 1946-cı ildə İraq rejimlərinə qarşı kürd inqilabına öndərlik etmək üçün Kürdüstan Demokrat Partiyasının (KDP) lideri seçilmişdir. Bərzani 1979-cu ilin martında ölənə qədər kürd inqilabının əsas siyasi və hərbi lideri olmuşdur. O, İraq və İran hökumətlərinə qarşı silahlı mübarizə kampaniyalarına rəhbərlik etmişdir. == Erkən illəri == Mustafa Bərzani 1903-cü ildə İraq Kürdüstanının Bərzan kəndində anadan olmuşdur. Tayfasının üsyanından sonra o cəmi üç yaşı olanda ailəsi ilə birlikdə həbs olunmuşdur. Bərzaninin atası, babası və bir qardaşı daha sonra digər üsyanlara görə Osmanlı hakimiyyəti tərəfindən edam edilmişdir. Bərzani kiçik yaşlarında böyük qardaşı və tayfa başçısı Əhməd Bərzani tərəfindən Zibardakı kürd başçılarının İraqda ingilislərə qarşı qiyamına qoşulmaq üçün göndərilmişdir.1931-ci ildə Bərzani hakimiyyətin İraqdakı kürd bölgələrində tayfa hakimiyyətini məhv etmək cəhdlərinə qarşı üsyana rəhbərlik edən Əhməd Bərzaniyə qoşulmuşdur.
Məsud Bərzani
Məsud Bərzani (16 avqust 1946[…], Məhəbad, Mahabad Cümhuriyyəti) — İraq Kürdüstan Regional Hökuməti başçısı (2005 — indiyə kimi).
Neçirvan Bərzani
Neçirvan İdris Bərzani (kürd. نێچیرڤان بارزانی, Nêçîrvan Îdrîs Barzanî; 21 sentyabr 1966, Bərzan[d], İraq) — kürd siyasətçi. O, İraq Kürdüstanının ikinci prezidentidir. == Həyatı == Neçirvan Bərzani 21 sentyabr 1966-cı ildə anadan olmuşdur. O, Tehran Universitetindən məzun olmuşdur. Neçirvan Bərzani 2010-cu ildə Kürdüstan Demokrat Partiyasının vitse-prezidenti təyin edilmişdir. O, bundan əvvəl 2007-ci ilin martından 2009-cu ilin avqustuna və 2012-ci ilin mart ayından 2019-cu ilin may ayına qədər Kürdüstan Regional Hökumətinin baş naziri vəzifəsində çalışmışdır. Neçirvan Bərzani həm də Kürdüstan Universitetinin təsisçisidir. O, hal-hazırda İraq Kürdüstanının ikinci prezidentidir. Neçirvan Bərzani 2019-cu ilin iyununda Kürdüstan Parlamenti tərəfindən vəzifəyə seçilmişdir.