BƏSLƏYİCİ

sif.
1. Tərbiyə edib böyüdən, boya-başa çatdıran, yetişdirən, becərən.
// Mənəvi qida verən.
Ana! Sənin tükənməz əməyin, oxşayıcı şəfqətin, bəsləyici məhəbbətin, qəlb ülviyyətin kimə məlum deyil! Mir Cəlal.

// İs. mənasında. Uşağın bəsləyicisi anadır.
2. Qidalandırıcı, qidalı, qida verən. Bəsləyici maddələr.
BƏSLƏNMƏK
BƏSLƏYİŞ

Значение слова в других словарях