CÜLUS

is. [ ər. ] Hökmdarın taxta çıxması.
Şah Abbasın cülusundan altı il keçib, yeddinci il başlanmışdı ki, aşağıda zikr olunan qəziyyə vaqe oldu. M.F.Axundzadə.
[Çopo:] Ərdicanın cülusu bir o qədər də təntənəli keçmədi, xalq yorulmuşdu. Çəmənzəminli.

□ Cülus etmək – taxta oturmaq, hökmdarlığa başlamaq.
[Vaqif:] Şah cülus edərkən, İranın dörd valisi tac mərasimində iştirak etməlidir. Çəmənzəminli.
[Mirzə Sadıq:] Şah taxta cülus edincə Mirzə Təqi xanı özünə sədriəzəm qərar verib. C.Cabbarlı.

CÜLLÜT
CÜMƏ

Значение слова в других словарях