CƏBRAYIL, CƏBRAİL

Allahın dörd mələyindən (Cəbrayıl, Əzrayıl, Mikayıl, İsrafil) biri, Allahın sözlərini peyğəmbərə yetirən.
CEHAR
CƏFƏRİLİK
OBASTAN VİKİ
Cəbrail
Cəbrayıl (Cibril) — iudaistik, xristian və müsəlman ənənələrinə görə Allaha ən yaxın olan mələklərdən biri. Xristianlıqda o, arxmələkdir və əvvəlcə Vəftizçi Yəhyanın, sonra isə Məryəmə İsanın doğulacağını (Müjdə) qabaqcadan xəbər verir. İslam ənənəsinə görə o, Allahın iradəsini Qurana köçürmüş və ayrı-ayrı vəhylər şəklində Məhəmməd peyğəmbərə çatdırmışdır. Roland haqqında nəğmədə o, Böyük Karla baş verən hadisələri xəbər verir. Cəbrayıl Azərbaycan folkloruna da daxil olmuşdur. Rəvayətlərdə Cəbrayılın Məhəmməd (ə.s) peyğəmbərə gah Pak Ruh gah da cavan oğlan kimi göründüyü bildirilir. == Etimologiyası == Üç səmavi dində adı keçən bu mələk İbranicə Gavriel; Latınca Gabrielus; Yunanca Gabriel; Aramicə Gabr-el və Ərəbcədə isə Cəbrayıl və ya Cibril olaraq bilinir. Təbəriyyə görə "Cəbrayıl" sözü "Cəbr" və "İl" sözlərinin birləşməsindən yaranmışdır. Burada "Cəbr" "Əbd" (qul) mənasında "İl" isə Allah deməkdir. Dolayısı ilə bu söz Allahın qulu mənasına gəlir.
Cəbrail Osmanov
Cəbrail Osmanov (1 yanvar 1936, Koraoba, Astara, Azərbaycan SSR, SSRİ) — rabitə veteranı, əməkdar rabitə işçisi, prezident təqaudçüsü. == Həyatı == Cəbrail Osmanov 1936-cı ildə Astara rayonunun Koraoba (indiki Tüləgüvan) kəndində anadan olub. 1954-cü ildən rabitəçi kimi çalışıb. Azərbaycan SSR rəhbərliyi tərfində müxtəlif medal və ordenlərlə təltif olunub. Müstəqillik dövründə də əmək fəaliyyətini davam etdirən Cəbrail Osmanov, İlham Əliyevin 2007-ci il sərəncamına əsasən "Prezident Təqaüdü" ilə mükafatlandırılıb. Uzunömürlü, ikinci dünya müharibəsi iştirakçısı, xeyriyyəçi Ömər Əliyevin oğludur. == Mükafatları == 1971. "Şərəf nişanı" ordeni 1974. "Sosialist Yarışı Qalibi" nişanı 1980. "Qırmızı əmək bayrağı" ordeni 1985.
Cəbrail Xanməmmədov
Cəbrayıl
Cəbrayıl — Azərbaycan Respublikasında şəhər, Cəbrayıl rayonunun inzibati mərkəzi. == Tarixi == 1841-ci ildə Cəbrayıl ərazisi mərkəzi Şamaxı şəhəri olan Xəzər vilayətinin, 1846-cı ildə isə Şuşa qəzasının tabeliyinə verilmişdir. 1873-cü ildə Cəbrayıl və ona qonşu olan ərazilər Şuşa qəzasının tərkibindən çıxarılaraq Yelizavetpol quberniyasının tərkibində Cəbrayıl qəzasına verilib. Cəbrayıl şəhəri 1993-cü ilin avqust ayının 23-ü ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuşdur. 2020-ci ilin 4 oktyabrında Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad olunmuşdur. == Əhalisi == Rusiya imperiyasında 1897-ci ildə əhalinin siyahıya alınmasının nəticələrinə görə Cəbrayılda 520 nəfər yaşayırdı. Onlardan 228-si azərbaycanlı, 186-sı rus, 76-sı erməni, 18-i ukraynalı və 12-si isə başqa xalqların nümayəndələri idi. SSRİ-də 1989-cu il ümumittifaq əhali siyahıya alınmasına əsasən Cəbrayılda 6070 nəfər yaşayırdı.
Cəbrail Hüseynxan oğlu Xanməmmədov
Hacılı (Cəbrayıl)
Hacılı — Azərbaycan Respublikasının Cəbrayıl rayonunun eyniadlı inzibati-ərazi vahidinə daxil olan bir kənddir. Kənd düzənlikdə yerləşir. Cəbrayıl şəhərindən 5 km cənubdadır. == Tarixi == Rusiya İmperiyası dövründə Hacılı 1 və Hacılı 2 kəndləri Yelizavetpol quberniyasının Cəbrayıl qəzasının eyniadlı kənd dairəsinə daxil idi. Sovet işğalından sonra Hacılı Azərbaycan SSR-in Cəbrayıl rayonunda eyniadlı kənd sovetliyinin tərkibinə daxil idi. Kənddə klub, kitabxana və tibb mərkəzi var idi. 1933-cü ildə Azərbaycan SSR-in Xalq Təsərrüfatının Uçotu İdarəsi (AzNEA) tərəfindən hazırlanmış "Azərbaycan SSR-in İnzibati Bölgüsü" nəşrinə əsasən, 1 yanvar 1933-cü il tarixinə görə, Azərbaycan SSR-in Cəbrayıl rayonunun Daş Veysəlli kənd sovetliyinə daxil olan Hacılı kəndində 79 təsərrüfat (17 ümumiləşdirilmiş və 62 xüsusi sahibkar) və 296 sakin (153 kişi və 143 qadın) var idi. Daş Veysəlli kənd sovetliyinin bütün əhalisi türklərdən (azərbaycanlılardan) ibarət idi. 1993-cü ilin avqustunda Qarabağ müharibəsinin nəticəsi olaraq kənd Ermənistan qüvvələri tərəfindən işğal olunmuşdur. 19 oktyabr 2020-ci ildə Azərbaycan Prezidenti İlham Əliyev Hacılı kəndinin bir hissəsinin Azərbaycan Ordusu tərəfindən azad edildi.
Hüseynallar (Cəbrayıl)
Hüseynalılar, Hüseynallar — Azərbaycan Respublikasının Cəbrayıl rayonunun Hacılı kənd inzibati ərazi dairəsində kənd. 2020-ci il noyabr ayının 9-u Azərbaycan Silahlı qüvvələri tərəfindən işğaldan azad edilmişdir. == Tarixi == 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. == Toponimikası == Arazboyu düzənlikdədir. Yaşayış məntəqəsi inqilabdan əvvəl Cəbrayıl qəzasının hacılı icmasına mənsub hüseynalılar tirəsinin məskunlaşması nəticəsində yaranmışdır. Etnotoponimdir. == İqtisadiyyatı == Əsas təsərrüfatı heyvandarlıq idi.
Hüseynalılar (Cəbrayıl)
Hüseynalılar, Hüseynallar — Azərbaycan Respublikasının Cəbrayıl rayonunun Hacılı kənd inzibati ərazi dairəsində kənd. 2020-ci il noyabr ayının 9-u Azərbaycan Silahlı qüvvələri tərəfindən işğaldan azad edilmişdir. == Tarixi == 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. == Toponimikası == Arazboyu düzənlikdədir. Yaşayış məntəqəsi inqilabdan əvvəl Cəbrayıl qəzasının hacılı icmasına mənsub hüseynalılar tirəsinin məskunlaşması nəticəsində yaranmışdır. Etnotoponimdir. == İqtisadiyyatı == Əsas təsərrüfatı heyvandarlıq idi.
Həsənli (Cəbrayıl)
Hasanlı — Azərbaycan Respublikasının Cəbrayıl rayonunun Maşanlı kənd inzibati ərazi dairəsində kənddir. Araz düzündə, Cəbrayıl şəhərindən 20 km cənubda yerləşir. == Tarixi == Rusiya İmperiyası dövründə Həsənli kəndi Yelizavetpol quberniyasının Cəbrayıl qəzasına daxil idi. Sovet işğalından sonra Həsənli Azərbaycan SSR-in Cəbrayıl rayonunda eyniadlı kənd sovetliyinin tərkibinə daxil idi. 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 19 oktyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. == Toponimikası == Kənd yerli əhali arasında Hasanlı adı ilə tanınır. Yerli əhalinin məlumatına görə, yaşayış məntəqəsini əfşar tayfasından olan Cəbrayıl (XVI əsrdə yaşamışdır) adlı Şəxsin altı oğlundan biri Həsən salmışdır Kənd öz qurucusunun adını daşıyır. Yerli əhali kəndi Həsənli adlandırırdı. == Əhalisi == "1886-cı il ailə siyahılarından çıxarılmış Zaqafqaziya bölgəsi əhalisinin statistik məlumatları toplusu"na əsasən, Cəbrayıl qəzasının Kovşutlu kənd dairəsinin Həsənli kəndində 24 ev var idi və burada 98 azərbaycanlı (mənbədə "tatar" kimi göstərilmiş), dini baxımdan şiə olan kəndlilər yaşayırdı.
Kürdlər (Cəbrayıl)
Kürdlər — Azərbaycan Respublikasının Cəbrayıl rayonunun Xələfli kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Cəbrayıl rayonunun Sirik kənd Sovetindən Kürdlər kəndi Xələfli kənd Sovetinin tərkibinə verilmişdir. 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal olunmuşdur. 25 oktyabr 2020-ci ildə Azərbaycan Respublikası Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. == Toponimikası == Yerli əhalinin məlumatına görə, keçmiş adı Hacıisaqlı olmuşdur. Əvvəllər bu ərazidə Zəngəzur qəzasındakı Şotlanlı kürd tayfasına məxsus qışlaq yeri (Kürdlər qışlağı adlanırdı) olmuşdur. Sonralar burada salınmış yaşayış məntəqəsi köhnə qışlağın adı ilə tanınmışdır. Əslində isə kənd sakinlərinin kürdlərlə heç bir etnik əlaqəsi yoxdur. 1922-ci ildə çap edilmiş yaşayış məntəqələrinin siyahısında da kəndin adı Hacıisaqlı kimi qeydə alınmışdır. == Tarixi == == Coğrafiyası və iqlimi == Kənd Qarabağ silsiləsinin ətəyində yerləşir.
Mahmudlu (Cəbrayıl)
Mahmudlu (kənd, Cəbrayıl)
Mehdili (Cəbrayıl)
Mehdili — Azərbaycan Respublikasının Cəbrayıl rayonunun inzibati ərazi vahidində kənd. Kənd cənubdan İranla həmsərhəddir. Kənd 3 oktyabr 2020-ci il tarixində Qarabağda gedən döyüşlər zamanı Azərbaycan Silahlı Qüvvələri tərəfindən azad edilmişdir. == Tarixi == Rusiya İmperiyası dövründə Mehdili kəndi Yelizavetpol quberniyasının Cəbrayıl qəzasına daxil idi. "1886-cı il ailə siyahılarından çıxarılmış Zaqafqaziya bölgəsi əhalisinin statistik məlumatları toplusu"na görə, Mərcanlı kənd icmasına daxil olan Mehdili kəndində 69 ev var idi və burada 306 azərbaycanlı (o dövrdə "tatar" kimi göstərilmiş) yaşayırdı, bunlar dini baxımdan sünni idi və kəndlilər idi. Azərbaycan SSR-in Xalq Təsərrüfatının Uçotu İdarəsi (AzNEA) tərəfindən 1933-cü ildə hazırlanmış "Azərbaycan SSR-in İnzibati Bölgüsü" nəşrinə əsasən, 1 yanvar 1933-cü il tarixinə görə, kənddə 440 sakin (85 təsərrüfat, 220 kişi və 220 qadın) var idi. Bütün kənd sovetliyinin (Böyük Mərcanlı, Çaxırlı, Cocuq Mərcanlı, Usublu) milli tərkibi 100% türklərdən (azərbaycanlılardan) ibarət idi. 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 3 oktyabr 2020-ci il tarixində isə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. == Toponimikası == Mehdili Cəbrayıl rayonunun eyniadlı inzibati ərazi vahidində kənddir.
Minbaşılı (Cəbrayıl)
Minbaşılı — Azərbaycan Respublikasının Cəbrayıl rayonunun Minbaşılı kənd inzibati ərazi dairəsində kənd. Minbaşılı Azərbaycanın Cəbrayıl rayonunun Araz düzündə, Cəbrayıl şəhərindən 6 km cənubda, Çaylaq çayının (Arazın sol qolu) sağ sahilində yerləşir. == Tarixi == 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib 2020-ci ilin 23 oktyabırında Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. 19-cu əsrdə kənd Köhnəqışlaq ərazisində bir neçə oymaqdan (düşərgədən) ibarət idi. Sonralar əhali Parayataq adlanan bu ərazidə məskunlaşıb. Kənddə iki nəsil yaşayırdı: minbaşılılar və cəfəralılar. Sovet hakimiyyəti illərində kənd Azərbaycan SSR Cəbrayıl rayonunun eyniadlı kənd sovetinin tərkibində olub. Kənddə orta məktəb, kitabxana, mədəniyyət evi, tibb məntəqəsi var idi. Birinci Qarabağ müharibəsi nəticəsində 1993-cü ilin avqustunda tanınmamış Dağlıq Qarabağ Respublikasının nəzarətinə keçib və onun inzibati-ərazi bölgüsünə görə Hadrut rayonunun tərkibində olub. 2020-ci il oktyabrın 23-də Azərbaycan prezidenti İlham Əliyev “Azərbaycan ordusunun Minbaşılı kəndini işğaldan azad etdiyini” bəyan edib.
Mirzə Cəbrayıl
Mirzə Cəbrayıl ( azərb. Mirzə Cəbrayıl‎ ; 1822, Ştul, Kyurinski rayonu, Dağıstan vilayəti, Rusiya İmperiyası - 1902, Dərbənd, Dağıstan vilayəti, Rusiya İmperiyası ) - XIX əsr ləzgi əsilli Azərbaycan şairi, Mirzə Kərimin qardaşı. == Həyatı == Mirzə Cəbrayıl 1822 -ci ildə Ştul kəndində anadan olmuşdur. O, şair Mirzə Kərimin qardaşıdır. Yaraqdan olan məşhur alim Məhəmmədin mədrəsəsində elm almışdır. Şairin ailəsi Dərbəndə köçdükdən sonra Dərbənd məktəbində müəllim işləmişdir. 1902 -ci ildə orada vəfat etmişdir . == Yaradıcılığı == Mirzə Cəbrayıl “Süpehri” təxəllüsü ilə mərsiya, qoşma, gəraylı, məsnəvi janrlarında çoxlu şeirlər yazmışdır . O, “Böyək” əsərini 19-cu əsrin ikinci yarısında Dağıstanda ağcaqayın yetişdirilməsinin faciəvi nəticələrinə həsr etmişdir. Cəmiyyət müxtəlif peşələrin nümayəndələrindən ibarətdir: dülgər, şumçu, çoban, dərzi, alim, müəllim, müğənni, hamam qulluqçusu, saç ustası, satıcı, həkim.
Mollahəsənli (Cəbrayıl)
Molla Həsənli — Azərbaycan Respublikasının Cəbrayıl rayonunun Sirik kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Cəbrayıl rayonunun Molla Həsənli kəndi Sirik kənd Sovetinin tərkibində rayonun yaşayış məntəqələri siyahısına daxil edilmişdir. 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal olunmuşdur. 9 noyabr 2020-ci ildə Azərbaycan Respublikası Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. == Toponimikası == Yerli məlumata görə, yaşayış məntəqəsini vaxtilə Qarabağdan gəlmiş Molla Həsən adlı şəxs saldığına görə onun adı ilə aldandırılmışdır. Həmçinin bu adda Masallı və Daşkəsən rayonlarında kənd mövcuddur. == Tarixi == == İqtisadiyyatı == Kənd əhalisinin əsas məşğuliyyətini heyvandarlıq təşkil edib.
Məzrə (Cəbrayıl)
Məzrə — Azərbaycan Respublikasının Cəbrayıl rayonunun Sarıcallı kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Cəbrayıl rayonunun Şükürbəyli kənd Sovetindən Məzrə kəndi Sarıcallı kənd Sovetinin tərkibinə verilmişdir. 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal olunmuşdur. 5 oktyabr 2020-ci ildə Azərbaycan Respublikası Silahlı Qüvvələri tərəfindən işğalından azad edilmişdir. == Toponimikası == == Tarixi == 1918–1920-ci illərdə Azərbaycan–Ermənistan müharibəsi dövründə ermənilərin silahlı dəstəsi Məzrə kəndinə hücum edərək kəndi yandırmış, əhalinin əmlakını talan etmiş və dağıtmışdır. Hücum nəticəsində kəndin əhalisindən 5 nəfər öldürülmüşdür. == Coğrafiyası və iqlimi == Kənd düzənlikdə yerləşir. == İqtisadiyyatı == Kənd əhalisinin əsas məşğuliyyətini heyvandarlıq təşkil edib.
Paxan Cəbrayıl
Qurd Cəbrayıl və ya Paxan Cəbrayıl (əsl adı: Cəbrayıl Əlibaxış oğlu Baxşıyev) — "Arxadan vurulan zərbə" bədii filminin əsas personajlarından biri. Filmdə mənfi obraz kimi təqdim olunsa da, insanların yaddaşında filmin qəhrəmanı kimi məhz Qurd Cəbrayıl qalıb. Elçin Əfəndiyevin "Ox kimi bıçaq" adlı kino-povesti əsasında çəkilən filmin qəhrəmanının real həyatda, yəni sənəd üzərindəki adı belədir: Baxşıyev Cəbrayıl Əlibaxış oğlu. == Həyatı == Qurd Cəbrayıl 1900-cü ildə Bakının Maştağa kəndində anadan olub. 6 aylığında anasını, 9 yaşında isə atasını itirən Cəbrayıl babasının himayəsində qalıb. Cəbrayılın ata babası Kərbəlayi Sonqulu indiki Bakı Dövlət Sirkinin yerində olan evdə yaşayırmış. "O olmasın, bu olsun" filmində belə bir epizod var. Dovğa satan bir kişi "Kəblə Sonqulu dovğası, Kəblə Sonqulu dovğası" deyərək, müştəri haraylayır. Əslində bu, Cəbrayılın babası Sonquludur. == Səhv gəmiylə Həştərxana == Zəmanəsində dadlı dovğa bişirməsi ilə tanınan babasının yanında dovğa satan 9 yaşlı Cəbrayıl uşaqlıqdan diribaş, həm də dəcəl olub.
Pərviz Cəbrayıl
Pərviz Şahbaz oğlu Cəbrayıl (18 yanvar 1971, Puşkin rayonu) — şair, yazıçı, publisist, "Azadlıq" qəzetinin redaktoru. == Həyatı == Pərviz Cəbrayıl 18 yanvar 1971-ci ildə Biləsuvar rayonunun İsmətli kəndində ziyalı ailəsində doğulub. 1988–1990-cı illərdə hərbi xidmətdə olub. 1991-ci ildə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinə daxil olub. 1992-ci ildən "Azadlıq" qəzetində çalışmağa başlayıb. 1994-cü ildə "Azad Söz" qəzetinin baş redaktoru olub. Daha sonralar Azərbaycanın "525-ci qəzet", "Carçı", "Avrasiya", "Ekspress" qəzetlərində çalışıb, Qafqazın ilk tele-jurnalı olan "Tv-tel" jurnalının redaktoru olub. 2000-ci ildə "Millətin səsi" qəzetinin baş redaktoru kimi fəaliyyət göstərib. 2001–2006-cı Rusiyanın Novosibirsk şəhərində çalışıb. 2007-ci ildə yenidən "Azadlıq" qəzetinə qayıdıb, baş redaktorun müavini kimi fəaliyyətə başlayb.
Qalacıq (Cəbrayıl)
Qalacıq — Azərbaycan Respublikasının Cəbrayıl rayonunun Hovuslu kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 9 Noyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. == Toponimikası == Çaxmaq çayının (Arazın qolu) sahilində, Qarabag silsiləsinin ətəyindədir. Keçmis adl Əhmədli olmuşdur. Yasayış məntəqəsi orta əsrlərə aid qədim qala xarabalığının yaxlnlığında salindığı üçün belə adlandırılmışdır. == İqtisadiyyatı == Əsas təsərrüfatı heyvandarlıq idi.
Qaraağac (Cəbrayıl)
Qaraağac — Azərbaycan Respublikasının Cəbrayıl rayonunun Dağ Tumas kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 28 oktyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. == Toponimikası == Bu adda Cəlilabad, Qubadlı və Sabirabad rayonlarında qeydə alınmışdır. == İqtisadiyyatı == Əsas təsərrüfatı heyvandarlıq idi.
Qaracallı (Cəbrayıl)
Qaracallı — Azərbaycan Respublikasının Cəbrayıl rayonunun Balyand kənd inzibati ərazi dairəsində kənd. Kənd 1993-cü ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunub. 9 oktyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin uğurlu əks-hücum əməliyyatı nəticəsində düşmən işğalından azad edilib. == Tarixi == == Toponimikası == == Mədəniyyəti == == Coğrafiyası və iqlimi == Gəyən çölündə yerləşir. == Əhalisi == == İqtisadiyyatı == Əsas təsərrüfatı heyvandarlıqdır.
Qoşabulaq (Cəbrayıl)
Qoşabulaq — Azərbaycan Respublikasının Cəbrayıl rayonunun Şahvəlli kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Cəbrayıl rayonunun Qoşabulaq kəndi Şahvəlli kənd Sovetinin tərkibində rayonun yaşayış məntəqələri siyahısına daxil edilmişdir. 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal olunmuşdur. 2020-ci il noyabrın 2-də Azərbaycan Respublikası Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. == Toponimikası == Bu adda Gədəbəy rayonunda da qeydədə alınmışdır. == İqtisadiyyatı == Kənd əhalisinin əsas məşğuliyyətini heyvandarlıq təşkil edib.
Qumlaq (Cəbrayıl)
Qumlaq (kənd, Cəbrayıl) — Azərbaycan Respublikasının Cəbrayıl rayonunun Qumlaq kənd inzibati ərazi dairəsində kənd. Qumlaq (qəsəbə, Cəbrayıl) — Azərbaycan Respublikasının Cəbrayıl rayonunun Qumlaq kənd inzibati ərazi dairəsində qəsəbə.
Qurbantəpə (Cəbrayıl)
Qurbantəpə — Azərbaycan Respublikasının Cəbrayıl rayonunun Cəbrayıl şəhər inzibati ərazi dairəsində kənd. == Tarixi == 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 30 oktyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. == Toponimikası == Gəyan çölündədir. Yerli məlumata görə, yaşayış məntəqəsini qonşu Hacılı kəndindən gəlmiş ailələr Qurban təpəsi adlı ərazidə saldığı üçün belə adlanmışdır. == İqtisadiyyatı == Əsas təsərrüfatı heyvandarlıq idi.
Qurd Cəbrayıl
Qurd Cəbrayıl və ya Paxan Cəbrayıl (əsl adı: Cəbrayıl Əlibaxış oğlu Baxşıyev) — "Arxadan vurulan zərbə" bədii filminin əsas personajlarından biri. Filmdə mənfi obraz kimi təqdim olunsa da, insanların yaddaşında filmin qəhrəmanı kimi məhz Qurd Cəbrayıl qalıb. Elçin Əfəndiyevin "Ox kimi bıçaq" adlı kino-povesti əsasında çəkilən filmin qəhrəmanının real həyatda, yəni sənəd üzərindəki adı belədir: Baxşıyev Cəbrayıl Əlibaxış oğlu. == Həyatı == Qurd Cəbrayıl 1900-cü ildə Bakının Maştağa kəndində anadan olub. 6 aylığında anasını, 9 yaşında isə atasını itirən Cəbrayıl babasının himayəsində qalıb. Cəbrayılın ata babası Kərbəlayi Sonqulu indiki Bakı Dövlət Sirkinin yerində olan evdə yaşayırmış. "O olmasın, bu olsun" filmində belə bir epizod var. Dovğa satan bir kişi "Kəblə Sonqulu dovğası, Kəblə Sonqulu dovğası" deyərək, müştəri haraylayır. Əslində bu, Cəbrayılın babası Sonquludur. == Səhv gəmiylə Həştərxana == Zəmanəsində dadlı dovğa bişirməsi ilə tanınan babasının yanında dovğa satan 9 yaşlı Cəbrayıl uşaqlıqdan diribaş, həm də dəcəl olub.