Minbaşılı (Cəbrayıl)

Minbaşılı[1]Azərbaycan Respublikasının Cəbrayıl rayonunun Minbaşılı kənd inzibati ərazi dairəsində kənd.[2] Minbaşılı Azərbaycanın Cəbrayıl rayonunun Araz düzündə, Cəbrayıl şəhərindən[3] 6 km cənubda, Çaylaq çayının[1] (Arazın sol qolu) sağ sahilində yerləşir.

Minbaşılı
39°20′33″ şm. e. 47°01′43″ ş. u.HGYO
Ölkə
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 370 m
Saat qurşağı
Xəritəni göstər/gizlə
Minbaşılı xəritədə
Minbaşılı
Minbaşılı

1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib 2020-ci ilin 23 oktyabırında Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir[4].

19-cu əsrdə kənd Köhnəqışlaq ərazisində bir neçə oymaqdan (düşərgədən) ibarət idi. Sonralar əhali Parayataq adlanan bu ərazidə məskunlaşıb. Kənddə iki nəsil yaşayırdı: minbaşılılar və cəfəralılar.[5]

Sovet hakimiyyəti illərində kənd Azərbaycan SSR Cəbrayıl rayonunun eyniadlı kənd sovetinin tərkibində olub. Kənddə orta məktəb, kitabxana, mədəniyyət evi, tibb məntəqəsi var idi[3].

Birinci Qarabağ müharibəsi nəticəsində 1993-cü ilin avqustunda tanınmamış Dağlıq Qarabağ Respublikasının nəzarətinə keçib və onun inzibati-ərazi bölgüsünə görə Hadrut rayonunun tərkibində olub. 2020-ci il oktyabrın 23-də Azərbaycan prezidenti İlham Əliyev “Azərbaycan ordusunun Minbaşılı kəndini işğaldan azad etdiyini” bəyan edib.[6] Həmin gün Azərbaycan Müdafiə Nazirliyi Azərbaycanın nəzarəti altında olan Minbaşılı kəndini əks etdirən videogörüntülər dərc edib.[7]

Düzənlikdədir. XIX əsrdə kənd Köhnəqışlaq adlandırılan sahədə bir neçə oymaqdan ibarət olmuşdur. Sonralar Parayataq adlı indiki yerə köçmüşdür. Kənddə iki nəsil vardlr: minbaşılılar ve cəfəralılar. Kənd minbaşılı nəslinin adını daşıyır.[8]

Azərbaycan SSR (AzNHU) Xalq Təsərrüfatı İdarəsi tərəfindən 1933-cü ildə hazırlanmış “ASSR-in inzibati bölgüsü” nəşrinin 1933-cü il yanvarın 1-nə olan məlumata görə, Azərbaycan SSR Cəbrayıl rayonunun Daşveysəlli kənd sovetinin tərkibində olan Minbaşılı kəndində 45 təsərrüfat və 237 nəfər sakin yaşayırdı. Kənd sovetinin bütün əhalisi azərbaycanlılar (mənbədə “türklər”) idi.[9] 1981-ci ildə kənddə 235 nəfər yaşayırdı. Kənd əhalisi heyvandarlıq, buğda əkini, üzümçülük və ipəkçiliklə məşğul olurdu.[3]

İqtisadiyyatı

[redaktə | mənbəni redaktə et]

Əsas təsərrüfatı heyvandarlıq idi.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
  1. 1 2 Şablon:Карта
  2. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. "İnzibati ərazi bölgüsü təsnifatı, 2024" (PDF) (az.). stat.gov.az. 2024-02-28. 2024-03-14 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-04-05.
  3. 1 2 3 АСЭ, 1982
  4. "Xocavənd, Cəbrayıl və Zəngilanın bu kəndləri azad edildi". 2021-09-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-10-23.
  5. Sitat səhvi: Yanlış <ref> teqi; lüğət adlı istinad üçün mətn göstərilməyib
  6. "Президент Ильхам Алиев: Азербайджанская армия освободила от оккупации 2 села Ходжавенда, 5 сел Джебраила, 2 села Зангилана". 2020-10-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-11-01.
  7. "Освобожденное от оккупации село Минбашилы Джебраильского района". 2024-02-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-11-01.
  8. Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427
  9. Административное деление АССР. Б.: Издание АзУНХУ. 1933. 24.