Mehdili (Cəbrayıl)

MehdiliAzərbaycan Respublikasının Cəbrayıl rayonunun inzibati ərazi vahidində kənd. Kənd cənubdan İranla həmsərhəddir. Kənd 3 oktyabr 2020-ci il tarixində Qarabağda gedən döyüşlər zamanı Azərbaycan Silahlı Qüvvələri tərəfindən azad edilmişdir.[1]

Mehdili
39°22′51″ şm. e. 47°16′31″ ş. u.HGYO
Ölkə  Azərbaycan
Rayon Cəbrayıl rayonu
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 300 m
Saat qurşağı
Xəritəni göstər/gizlə
Mehdili xəritədə
Mehdili
Mehdili

Rusiya İmperiyası dövründə Mehdili kəndi Yelizavetpol quberniyasının Cəbrayıl qəzasına daxil idi. "1886-cı il ailə siyahılarından çıxarılmış Zaqafqaziya bölgəsi əhalisinin statistik məlumatları toplusu"na görə, Mərcanlı kənd icmasına daxil olan Mehdili kəndində 69 ev var idi və burada 306 azərbaycanlı (o dövrdə "tatar" kimi göstərilmiş) yaşayırdı, bunlar dini baxımdan sünni idi və kəndlilər idi.[2]

Azərbaycan SSR-in Xalq Təsərrüfatının Uçotu İdarəsi (AzNEA) tərəfindən 1933-cü ildə hazırlanmış "Azərbaycan SSR-in İnzibati Bölgüsü" nəşrinə əsasən, 1 yanvar 1933-cü il tarixinə görə, kənddə 440 sakin (85 təsərrüfat, 220 kişi və 220 qadın) var idi. Bütün kənd sovetliyinin (Böyük Mərcanlı, Çaxırlı, Cocuq Mərcanlı, Usublu) milli tərkibi 100% türklərdən (azərbaycanlılardan) ibarət idi.

1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib.[3]

3 oktyabr 2020-ci il tarixində isə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir.[4][5]

Mehdili Cəbrayıl rayonunun eyniadlı inzibati ərazi vahidində kənddir. Düzənlik sahədədir. Yasayış məntəqəsi Qarabaglı İbrahimxəlil xanın oğlu Cəfərqulu xanın mülkü olmus, Bərdə rayonunun Lənbəran kəndindən köçürülmüş Mehdili adlı nəslin həmin xana məxsus torpaqda yerləşdirilməsi nəticəsində yaranmışdır.[6]

İqtisadiyyatı

[redaktə | mənbəni redaktə et]

Əsas təsərrüfatı heyvandarlıq, üzümçülükbaramaçılıq olmuşdur.

  1. "Ряд территорий Азербайджана освобожден от оккупации". 2020-10-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-10-04.
  2. Свод статистических данных о населении Закавказского края, извлеченных из посемейных списков 1886 г. Тф. 1893. 236.
  3. Административное деление АССР. Баку: Издание АзУНХУ. 1933. 24.
  4. twitter.com. "Bu gün #Azərbaycan #Ordusu Tərtər rayon Talış kəndini, Cəbrayıl rayon Mehdili, Çaxırlı, Aşağı Maralyan, Şəybəy və Quycaq kəndlərini, Füzuli rayonu Aşağı Əbdürrəhmanlı kəndini azad etmişdir" (az.). İlham Əliyev. 3 oktyabr 2020. 2020-10-04 tarixində arxivləşdirilib.
  5. "Минобороны: Ряд территорий Азербайджана освобожден от оккупации". Информационное Агентство Репорт (rus). İstifadə tarixi: 2020-10-03.
  6. Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427