Cəhri rayonu
Cəhri rayonu — Azərbaycan Sovet Sosialist Respublikası Naxçıvan Muxtar Sovet Sosialist Respublikasında 1921–1933-cü illərdə mövcud olmuş inzibati vahid. İnzibati mərkəzi Cəhri kəndi olmuşdur.
== Tarixi ==
1921-ci ildə yaradılan Cəhri rayonuna aşağıdakı qəsəbə və kəndlər daxil edilib: Cəhri, Sust, Xıncab, Əznəburd (Çalxanqala), Payız, Sultanabad, Sələsüz, Türkeş, Badamlı, Şada, Gərməçataq, Buzqov, Sultanbəy, Qarabay, (Qaraboya) İtqıran qəsəbəsi, Çigin-Almalı, Ağxaç, Göynük.
1933-cü ildə isə Azərbaycanda yeni rayonlaşma aparıldı. Həmin vaxt Cəhri kəndi yeni yaradılan və mərkəzi Naxçıvan şəhəri olan Naxçıvan rayonuna daxil edildi.