Cadugər (romanlar seriyası)
Cadugər (pol. Saga o wiedźminie) — Polşalı yazıçı Andjey Sapkovski tərəfindən yazılmış Gerlat Of Rivia (Rivialı Geralt) adındakı canavar(bədheybət) ovçusu haqqında fantastik janrda hekayə və roman seriyası/
== Mövzu ==
Sapkovskinin kitablarında "Witcher", canavarlar ilə savaşmaq üçün, gənc yaşda qılınc dərsləri alan və böyük mutasiyalar keçirən canavar ovçusudur. Diqqətə çarpan xüsusiyyətləri pişiyəoxşar gözləri, kürəklərində daşıdıqları 2 uzun qılınc (biri canavarlar, biri insanlar üçün) və təhsil aldıqları məktəbin boyunbağıdır (Geraltın təhsil aldığı məktəb qurd məktəbi adlanır). Bu kitablar bir film , bir televiziya serialı , video oyunu seriyası, vizual roman və "Witcher Saga" olaraq da bilinən roman seriyası şəklində təqdim edilib.Hekayələr və romanlar İngilis dili də daxil olmaqla, bir çox dillərə tərcümə olunub.
== Kitablar ==
The Witcher qısa hekayələri, 1980-ci illərin əvvəlində Fantastyka adındaki polşa jurnalında yayınlanırdı. İlk hekayə "Wiedźmin" ("The Witcher") (1986), jurnal tərəfindən təşkil edilən müsabiqə üçün yazılmışdı və üçüncü yeri qazanmışdı. Sehrbaz Geralt haqqındaki ilk dörd hekayə, 1990-cı ildəki qısa hekayə kolleksiyası olan Wiedźmin ilə başlamışdı. Çıxış adı "Droga, z której się nie wraca" ("Qayıdışı Olmayan Bir Yol") olan seriya Witcher hekayələrinin başındaki dünya və Geraltın ailəsi haqqındadır.
İkinci nəşr olunan qısa hekayə kolleksiyası Miecz przeznaczenia (Taleyin Qılıncı)-dır. Ostatnie życzenie (Son Arzu), Taleyin Qılıncından sonra nəşr olunmasına baxmayaraq, "Qayıdışı Olmayan Bir Yol" istisna olmaqla (Geraltsız tək hekayə) bütün Witcher hekayələrini topladığı üçün ilk kitab olaraq qəbul edildi.