Pavetta (Cadugər)

Pavetta (pol. Pavetta) – Polşa yazıçısı Andjey Sapkovskinin "Cadugər" romanlar seriyasının personajı, Sintra şahzadəsi. Kraliça Kalantenin qızı və Sirinin anasıdır.

Pavetta
pol. Pavetta
Cadugər romanlar seriyası personajı
İlk görünmə Qiymət məsələsi
Yaradan Andjey Sapkovski
Canlandıran Aqata Buzek
Qaya Mondadori
Məlumat
Cinsi qadın
Peşə şahzadə
Həyat yoldaşı Erlenvaldlı Yoj

Bioqrafiya[redaktə | mənbəni redaktə et]

Pavetta Kral Ryöqner və kraliça Kalantenin yeganə övladıdır. Atası hələ uşaq doğulmazdan əvvəl onu, Erlenvaldlı cəngavər Yoja verməyə and içmişdi. Sonradan Yoj Nilfqaard taxtının varisi olur. Pavettanın on beş yaşı tamam olduqda Kalante vəfat etmiş ərinin sözünü yerinə yetirməli olur. Yoja ərə gedən Pavetta qız uşağı dünyaya gətirir və onu Sirilla adlandırırlar. Bir neçə il sonra gəmi qızası zamanı Pavetta vəfat edir. Sonradan bəlli olur ki, Pavetta Böyük qanın daşıyıcısı imiş və onun vasitəsiylə həmin qan qızına keçmişdir.

Seriallarda[redaktə | mənbəni redaktə et]

Polşa istehsalı olan “Cadugər” teleserialında Pavetta rolunu Aqata Buzek canlandırmış, onun ifasında personaj tənqidçilər tərəfindən yüksək qiymətləndirilmişdir. ABŞ istehsalı olan Cadugər teleserialında isə Pavetta rolunu aktrisa Qaya Mondadori canlandırmışdır. Personaj serialın dördüncü seriyasında təqdim edilmişdir.