CANAVARGİLƏSİ

I
сущ. бот. волчник, волчеягодник
II
прил. волчниковый; canavargiləsi fəsiləsi волчниковые
CANAVAR
CANAVARLIQ
OBASTAN VİKİ
Canavargiləsi
Canavargiləsi (lat. Daphne) — bitkilər aləminin əməköməciçiçəklilər dəstəsinin timeleyakimilər fəsiləsinə aid bitki cinsi. == Sinonimləri == === Homotipik sinonimləri === Thymelaea All.
Adi canavargiləsi
Adi canavargiləsi (lat. Daphne mezereum) — bitkilər aləminin əməköməciçiçəklilər dəstəsinin timeleyakimilər fəsiləsinin canavargiləsi cinsinə aid bitki növü. == Təbii yayılması == Rusiyanın meşə zonasında, Avropanın şimalında, Qərbi Sibirdə, Şimali Qafqazda, Zaqafqaziyada və Dağıstanda rast gəlinir. == Botaniki təsviri == Hündürlüyü 1,5 m, möhkəm gövdə və budaqlı, yarpağı tökülən, az budaqlanan koldur. Yarpaqları növbəli, qısa saplaqlı, tünd yaşıl, alt tərəfi göyümtül, kənarları tükcüklü, uzunsov, uzunluğu 3-8 sm, eni 1-2 sm-dir, əks lansetvari, sadə, kənarları bütöv, zoğların uclarında yerləşmişdir. Tumurcuqları növbəli, çoxsaylı, spiral formasında yerləşmiş pulcuqlu, haşiyəlidir, ucda olanların uzunluğu 5–7 mm-dir, yanda olanlar xırdadır. Çiçəkləri ikicinsli, çox vaxt çəhrayı, bəzən ağ və digər çalarlı, ətirli, balvericidir, əsasən keçən ilki tökülən yarpaqların qoltuqlarında, çılpaq zoğlarda dəstələrlə - iki-beş və ya tək oturur. Çiçək yanlığı sadə, dörd bölümlü, diametri 1-1,5 sm-dir, boruvari bitişmiş, ləçəkvari kasayarpaqlardan əmələ gəlmişdir. Çiçək tacı dörd ləçəklidir. Erkəkcikləri 8 ədəd oturaqdır.
Ensizyarpaq canavargiləsi
Ensizyarpaq canavargiləsi (lat. Daphne mucronata) — bitkilər aləminin əməköməciçiçəklilər dəstəsinin timeleyakimilər fəsiləsinin canavargiləsi cinsinə aid bitki növü. == Ümumi yayılması == Qafqaz, Türkiyə, İran, Əfqanıstan, Pakistan və Hindistanda təbii arealı vardır. == Azərbaycanda yayılması == Təbii halda Naxçıvan MR-də, 2000 m yüksəkliyində və Göyçay rayonunda rast gəlinir. == Statusu == Azərbaycanın nadir bitkisidir. VU D2. == Bitdiyi yer == Tək-tək və ya qrup şəklində quru daşlı yamaclarda fıstıq-vələs meşələrində, 1900–2500 m yüksəkliklərdə rast gəlinir. == Təbii ehtiyatı == Azərbaycanda arealı geniş deyildir. == Bioloji xüsusiyyətləri == Hündürlüyü 1–2 (3) m olan budaqlı koldur. Budaqların qabığı bozdur; cavan zoğları qırmızımtıl-qonurdur.
Kürd canavargiləsi
Kürd canavargiləsi (lat. Daphne kurdica) — bitkilər aləminin əməköməciçiçəklilər dəstəsinin timeleyakimilər fəsiləsinin canavargiləsi cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aiddir –VU D2. Azərbaycanın nadir növüdür. == Qısa morfoloji təsviri == Qısa, çoxbudaqlı, alçaq koldur. Qabığı bozvə ya qonur rənglidir. Yarpaqlar ellipsivari və ya uzunsov–lansetvari, 1-3 sm uzunluğunda, 4–8 mm enindədir. Çiçəkləri 3-6, ağ və ya çəhrayı, budaqların üst tərəfindədir. Çiəkyanlığı bardaqvari, sıx, qısa boz tükcüklüdür. Boru 8–10 mm uzuluğundadır.
Qafqaz canavargiləsi
Qafqaz canavargiləsi (lat. Daphne caucasica) == Təbii yayılması == Qafqazda yayılmışdir, Qərbi Asiyada bitir. == Botaniki təsviri == Hündürlüyü 1,2 m olan yarpaqlı koldur. Yarpaqları növbəli, sadə, kiçik, oval, uzunluğu təxminən 2,5-4,5 sm, eni 8-12 mm, tutqun-lansetvari, açıq yaşıl və ya mavi-yaşıldır. Kiçik, ağ çiçəkləri 4-20 ədəd topalarda yerləşir, ətirlidir, meyvələri sarı və ya qonurdur. Budaqların uclarında yazın axırlarında 4-dən 20-dək kiçik, ağ, dörd ləçəkli çiçəkləri olur. Çiçəkləməsi yay ərzində əsasən maydan iyunadək, az dərəcədə iyundan sonra soyuqlar düşənədək davam edir. Ağ çiçəkləri şirin, ancaq ətirlidir. Meyvələri ətli, qırmızı və ya qaradır. == Ekologiyası == Orta miqdarda günəşli yerdə, turşulu, neytral, yaxşı drenajlı, qələvili olmayan gillicəli torpaqlarda yaxşı bitir.
Qoltuqçiçək canavargiləsi
== Ümumi yayılması: == Rusiya (Dağıstan), Gürcüstan və Kiçik Asiyada təbii аrеаlı vаrdır. == Azərbaycanda yаyılmаsı: == Təbii hаldа Göyçаy rаyоnundа rаst gəlinir. == Stаtusu: == Azərbaycanın nadir bitkisidir.VU D2. == Bitdiyi yеr: == Tək-tək və ya qrup şəklində palıd-vələs meşələrində müşahidə edilir. == Təbii еhtiyаtı: == Azərbaycanda arealı geniş deyildir. == Bioloji xüsusiyyətləri: == Təbiətdə qısaboylu, budaqlı kol bitkisidir. Budaqlarının rəngi bozumtul rəngdə olur. Canavargiləsinin yarpaqları ellipsşəkilli və ya uzunsuv neştərşəkilli olur. Yarpaqlarının uzunluğu 0,5-2 sm, eni isə 0,3-0,6 sm arasında ola bilir. Yarpaqlaqrının üst hissəsi seyrək tüklü, alt hissəsi isə uzunsov ağ tüklüdür.
Toplanmış canavargiləsi
Toplanmış canavargiləsi (lat. Daphne glomerata) — bitkilər aləminin əməköməciçiçəklilər dəstəsinin timeleyakimilər fəsiləsinin canavargiləsi cinsinə aid bitki növü. == Təbii yayılması == Şərqi Qərbi Türkiyədə, Qafqazda təbii halda yayılmışdır. == Botaniki təsviri == Həmişəyaşıl, hündürlüyü 30 sm-ə çatan, kökü üzdə olan koldur. Budaqları şaxələnmiş, çoxsaylı, cavan zoğları yuxarı qal xandır. Yarpaqları zoğların uclarında sıx yerləşmiş, uzunluğu 3–5 sm və eni 1,5 sm olan, əks-yumurtavari, uzunsovdan lansetvari və ya ellipsvari-lansetvariyədək dəyişir, bünövrəsinə tərəf daralmış, küt və ya ucu biz, iynəli, parlaq, çılpaq, dərili, sıx yaşıl, qısa saplaqlarda yerləşir. Çiçəkləri çox güclü şirin qoxulu, krem rəngli-ağ, 2–6 ədəd qoltuq salxımlarda yerləşərək iri, mürəkkəb, uc başcıqları formalaşdırır. Kasacığın borucuğunun uzunluğu 1,5 sm, nazik, çılpaq, bəzən çəhrayıtəhər, kasacığın əyrisinin diametri 1,5 sm-dək, hissələri uzunsov, kütdür. Çəyirdəkləri çəhrayı və ya qırmızı, ətlidir. İyun-iyul aylarında yarpaqlar açıldıqdan sonra çiçəkləyir.
Zaqafqaziya canavargiləsi
Cənubi Qafqaz canavargiləsi (lat. Daphne transcaucasica) — bitkilər aləminin əməköməciçiçəklilər dəstəsinin timeleyakimilər fəsiləsinin canavargiləsi cinsinə aid bitki növü. == Ümumi yayılması == Cənubi Qafqaz, Türkiyə və İranda təbii arealı vardır. == Azərbaycanda yayılması == Təbii halda Naxçıvan MR Şərur (Qaraquş d.), Culfa (Nəhərcik, Göynük k.) Ordubad (Parağa k.) və Göyçay rayonlarında rast gəlinir. == Statusu == Azərbaycanın nadir bitkisidir. VU D2. == Bitdiyi yer == Tək-tək və ya qrup şəklində quru daşlı yamaclarda fıstıq vələs meşələrində, 1900–2500 m yüksəkliklərdə rast gəlinir. == Təbii ehtiyatı == Azərbaycanda arealı geniş deyildir. Bioloji xüsusiyyətləri: Təbiətdə qısaboylu, çoxlu budaqları olan kol bitkisidir. Budaqlarının rəngi bozumtulqonur rəngdə olur.
Cənubi Qafqaz canavargiləsi
Cənubi Qafqaz canavargiləsi (lat. Daphne transcaucasica) — bitkilər aləminin əməköməciçiçəklilər dəstəsinin timeleyakimilər fəsiləsinin canavargiləsi cinsinə aid bitki növü. == Ümumi yayılması == Cənubi Qafqaz, Türkiyə və İranda təbii arealı vardır. == Azərbaycanda yayılması == Təbii halda Naxçıvan MR Şərur (Qaraquş d.), Culfa (Nəhərcik, Göynük k.) Ordubad (Parağa k.) və Göyçay rayonlarında rast gəlinir. == Statusu == Azərbaycanın nadir bitkisidir. VU D2. == Bitdiyi yer == Tək-tək və ya qrup şəklində quru daşlı yamaclarda fıstıq vələs meşələrində, 1900–2500 m yüksəkliklərdə rast gəlinir. == Təbii ehtiyatı == Azərbaycanda arealı geniş deyildir. Bioloji xüsusiyyətləri: Təbiətdə qısaboylu, çoxlu budaqları olan kol bitkisidir. Budaqlarının rəngi bozumtulqonur rəngdə olur.
Canavargiləsikimilər