CANBUL

qala, sulu, duru.
CANBƏXŞ
CANBULAD
OBASTAN VİKİ
Canbulaq (Bükan)
Canbulaq (fars. جانبلاغ‎‎) — İranın Qərbi Azərbaycan ostanının Bükan şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 174 nəfər yaşayır (37 ailə).
Canbulaq Rzayev
Canpolad Rzayev (26 fevral 1968, Ağdam rayonu – 26 fevral 1992, Xocalı) — Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi. == Həyatı == 1968-ci il 26 fevral Ağdam rayonunun Çuxurməhlə kəndində anadan olmuşdur. Burada Əhmədavar kənd orta məktəbini bitirmişdir. 1988-ci ildə hərbi xidmətə çağırılan Canpolad raket qoşunlarında xidmət etdi və leytenant rütbəsi almışdı. Qarabağ müharibəsi başlayanda o, könüllü olaraq vətənə döndü. == Döyüşlərdə iştirakı == Xramort, Xanabad, Əsgəran, Qarakənd uğrunda gedən döyüşlərdə rəşadətlə vuruşurdu. 26 fevral 1992-ci il Xocalıdan gələn xəbər ona yaman təsir etmişdi…erməni vəhşiləri Xocalı şəhərində Rusiyaya məxsus 366-cı moto-atıcı alayla birlikdə dinc sakinləri vəhşicəsinə öldürür, uşaqların, körpələrin başlarını kəsir, evləri yandırırdılar. Bu xəbəri alan Canpolad tankına oturaraq Qaraqaya kəndinə üz tutdu. Burada xeyli erməni quldurunu sərrast atəşlərlə məhv edən cəsur döyüşçü yüzlərlə dinc sakinin mühasirədən çıxmasına şərait yaratdı. Hər tərəfdən atəşə məruz qalan Canpolad döyüş meydanında qəhrəmancasına həlak oldu.
İsmayıl Canbulad
İsmayıl Canbulad (1880, Konstantinopol – 13 iyul 1926, İzmir) — Türk siyasətçi. Çərkəs soyqırımı zamanı Anadoluya köç edən Adıgey Hatko ailəsindəndir. Hərb məktəbini bitirdikdən sonra Manastır və Salonikidə xidmətdə oldu. Konstitusiyalı monarxiyasını elan etmək üçün Makedoniyada əhəmiyyətli işlər görmüşdü. Daha sonra isə İstanbula geri dönərək hərbi məktəbdə tarix müəllimi kimi fəaliyyət göstərməyə başladı. 1909-cu ildə hərbi xidmətdən ayrılaraq Böyükada bələdiyyəsində vəzifəyə təyin edildi. 1912-ci ildə İzmit millət vəkili kimi Məclis-i Məbusana daxil oldu. Balkan müharibələrinə könüllü olaraq ehtiyatda olan zabit kimi qoşuldu. Müharibədən sonra Milli Təhlükəsizlik Nazirliyinə. Daha sonra isə Ümumi Təhlükəsizlik İdarəsinə təyin edildi.